Ceyhun Bayramov Zəfər Günü ilə əlaqədar paylaşım edib - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özünün rəsmi "Twitter" səhifəsində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar paylaşım edib.
Trend bildirir ki, paylaşımda deyilir:
"Bu gün tarixi ədalətin bərqərar olduğu gün - ölkəmizdə Zəfər Günüdür. Azərbaycan öz tarixinə Müzəffər Ali Baş Komandanının başçılığı altında Rəşadətli Azərbaycan Ordusu ilə qızıl hərflərlə Şanlı səhifə yazdı. Yaşasın qüdrətli Azərbaycan! Şanlı Zəfərimiz mübarək!"
Tarix: 8-11-2021, 09:04