“NATO zəmanət verməlidir” - Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Annalena Baerbokla görüşündə NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini vurğulayıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Lavrov Almaniyanın yeni xarici işlər naziri Baerbok ilə ilk telefon danışığını edib.
Lavrov NATO-nun şərqə doğru genişlənməyəcəyi və Alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə köçürülməyəcəyi ilə bağlı hüquqi öhdəliklər şəklində təhlükəsizlik zəmanətlərinin Moskvaya təqdim edilməli olduğunu deyib.
Rusiyalı nazir Rusiya-Almaniya münasibətlərinin vəziyyəti və gələcəyinə dair həmkarı ilə fikir mübadiləsi aparıb.
O, Almaniyanın yeni hökuməti ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoq qurmaq niyyətində olduqlarını bildirib.
Tarix: 15-12-2021, 07:26