Azərbaycan Respublikasının Silahlı Qüvvələri xalqın qürur mənbəyidir
Azərbaycan Respublikasının Silahlı Qüvvələri xalqın qürur mənbəyidir





Müstəqil respublikanın gərək güclü ordusu olsun. Bu gün torpaqlarımızı müdafiə etmək üçün belə ordu bizə hava-su kimi lazımdır. Belə ordu sabah, gələcək üçün, müstəqil respublikamızın müstəqilliyini təmin etməkdən ötrü də lazımdır. Ona görə də ordu quruculuğu, ordu yarat­maq hər birimizin müqəddəs borcudur.

Heydər ƏLİYEV

Ümummilli lider






Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 or­dusunun siyahısına daxildir. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bizim şanlı ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti





Silahlı Qüvvələrimizin iradəsi, gücü, düşmən üzərində qazanılan tarixi qələbə Azərbaycan dövlətinin qüdrətinin təcəssümüdür. Nəyə qadir olduğumuzu, hansı məqsədlər uğrunda mübarizə apardığımızı aydın göstərir. Əlbəttə bu uğurlar illərin sınaqlarında formalaşıb, ordumuz, əsgər və zabitlərimiz çətin mübarizə yolları keçib.

Ölkəmizin müdafiə qüdrətini möhkəmləndirmək, ordu quruculu­ğunu formalaşdırmaq Azərbaycan dövlətinin ən başlıca vəzifələrindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdiyi ilk günlər bu vəzifə ön pla­na çəkilmiş və ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmışdır.

Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ciddi çətinliklərə baxmayaraq, ölkəmizdə hərbi kadrların hazırlanması sahəsində mühüm tədbirlər görül­müş, 1971-ci ildə Cəmşid Naxçıvans­ki adına hərbi lisey yaradılmışdır. Bu məktəbin fəaliyyətə başlaması hərb peşəsinə olan marağın artırılması, bacarıqlı hərbiçilərin hazırlanması, gələcəkdə ordu quruculuğunun inki­şaf etdirilməsi demək idi.

Ulu öndərin gərgin zəhməti sayəsində gənclərin ovaxtki ittifaqın ali hərbi məktəblərinə göndərilməsi, Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəbində təhsil almaları, əlbəttə ki, torpaqları­mızın azğın düşməndən qorunmasın­da, 44 günlük müharibədə öz parlaq nəticələrini göstərdi.

Heydər Əliyev bütün fəaliyyəti dövründə ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, peşəkar hərbi kadrların hazırlanmasına, orduda ruh yüksəkliyi yaradılmasına, əsgər və zabitlərin iş və həyat şətaitlərinin yaxşılaşdırılmasına diqqətlə yanaş­mış, hərb tariximizin öyrənilib təbliğ edilməsini, müasir silahların orduda tətbiq olunmasını tövsiyə etmiş və bu vəzifənin uğurla icra olunmasına ciddi nəzarət edmişdir. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü də məhz Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri daha güclü və yenilməzdir. Azərbaycan Prezidenti, Ali Baş Ko­mandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçir­diyi çox mühüm tədbirlər, ordunun moderinləşdirilməsi, maddi - texniki bazasının möhkəmləndirilməsi, müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərə qayğı və diqqətin artırılması 44 günlük müharibədə öz sözünü dedi. O taleyüklü günlərdə Azərbaycanın Silahlı Qüvvələri, igid oğullarımız döyüşlərdə əfsanəvi qəhrəmanlıqlar göstərdilər.

Elə buna görə də hər birimiz ordumuzla, Ali Baş Komandanı­mızla, əsgər və zabitlərimizlə fəxr edir, onları alqışlayır və gələcək qələbələrimizə inanırıq. Silahlı qüvvələr günü hər birimiz üçün ol­duqca, əziz və qürurverici bir gündür.

İbrahim Cəfərov,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru.
Professor.




Tarix: 27-06-2022, 14:23