Mehriban Əliyeva Vətənə xidmətin meyarlarını gözəl bilən parlaq dövlət xadimidir

Tarix dəfələrlə bu həqiqəti təsdiq edib ki, hər bir dahi kişinin arxasında görkəmli qadın dayanır. Bu həqiqət bu və ya digər formada həm Oskar Uayldın, həm Qrey Conun, həm Anatol Fransın və başqalarının deyimlərinin fabulasını təşkil edib. Tarixə səyahət etməklə bu postulatın müdrikliyinə əmin olmaq olar. Misal üçün, Qədim Misirin əfsanələşmiş çariçası Nefertiti həyat yoldaşının – dahi Misir islahatçısı Exnatonun islahatlarının həmmüəllifi olub. Yarım əsr boyunca patriarxal Çinin hakimiyyətində həyat yoldaşı ilə birgə olmuş imperator Tsinin xanımı imperatriça Tsısini cəsarətlə bu sıraya aid etmək olar.
XIX əsrin məşhur alman filosofu, dramaturqu Kristian Fridrix Gebelin təyininə görə, “dahi beyinlərin növbəsi bəşəriyyət tarixinin başlığıdır” fikrini əsas götürsək, müasir dövrümüzün görkəmli Azərbaycan qadınının, dünya miqyaslı dahi dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, özündə biliyin, əməksevərliyin, təkrarsız humanizmin və xeyirxahlığın nadir birliyini təcəssüm etdirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın adı Azərbaycan dövlətçiliyinin, ölkənin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi ilə birgə çəkilir.
Bəlkə də indiki mərhələdə dünyanın qadın siyasi xadimlərindən heç kim Mehriban xanım qədər Şərq qadınının müdrikliyini, əxlaqını, lütfünü Qərbin siyasi modernizmi, zəkası, düşüncə azadlığı ilə təkrarolunmaz xarici görünüşü ilə birləşdirə bilməyib. İki böyük dünya sivilizasiyasının bütün bu xüsusiyyətləri onda inanılmaz harmoniya ilə yanaşı təzahür edir.
Mehriban xanım Əliyevanın genetik cizgiləri Azərbaycan xalqının mənəvi elitarlığının daşıyıcıları olub, onun yüksək əxlaqi xarakterini simvolizə edib. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəfəkkirlərindən biri görkəmli yazıçı Mir Cəlal Paşayevdir.
Təbii olaraq, ötən əsrin Vətən jurnalistikasının patriarxlarından biri kimi onun ana babası, uzun illər “Bakı”, “Baku” qəzetlərinin redaksiyasına rəhbərlik etmiş, Azərbaycan tarixində silinməz iz qoymuş Nəsir İmanquliyev hesab olunur ki, publisist fəaliyyəti ilə Azərbaycan jurnalistikası tarixində silinməz izlər qoyub.
Mehriban Əliyevanın anası - akademik, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Aida İmanquliyeva Azərbaycan elmini təmsil edən bütün dünyada yüksək səviyyəyə qaldıran parlaq şərqşünaslar kateqoriyasına aid idi.
Mehriban Əliyevanın atası - fizika-riyaziyyat elmləri sahəsində görkəmli alim, akademik Arif Paşayev Azərbaycan Respublikasının elm və təhsil sisteminin və mülki aviasiyasının fəxri olan Milli Aviasiya Akademiyasının rəhbəridir.
Mehriban xanım Əliyeva bu nadir genetik kodun misilsiz intellektual səviyyəsi ilə fərqlənən daşıyıcısıdır.
Şübhəsiz ki, genetik istedadının üzə çıxmasına onun özündə formalaşdırdığı məziyyətlərlə yanaşı, müasir dövrün dahi siyasətçisi, dövlət başçısı İlham Əliyevlə bir silahdaş kimi yanaşı fəaliyyəti də böyük təsir göstərib. Fikir eyniliyi və yekdillik Azərbaycan Respublikasının dinamik dövlət-siyasi, sosial-iqtisadi və mədəni tərəqqisini təmin etmək üçün onların birgə fəaliyyətlərini sinxronlaşdırdı.
Mehriban xanım 1982-ci ildə Bakının ən güclü məktəblərindən birini qızıl medalla bitirmişdir. 1982-1988-ci illərdə Sovet İttifaqının aparıcı universitetlərindən birində - Birinci Moskva Tibb İnstitutunda təhsilini davam etdirmiş, İ.M.Seçenov adına universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra akademik M.Krasnovun rəhbərliyi ilə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləməyə başlamış, 2005-ci ildə “Evtanaziya və dünyada bəşəriyyət problemi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.
Şübhəsiz ki, yaxın gələcəkdə tarixçilərin, hüquqşünasların, kulturoloqların, politoloqların elmi araşdırmalarının önəmli qismi Mehriban xanım Əliyevanın səmərəli dövlətçilik fəaliyyətinə həsr olunacaqdır.
Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin önəmli istiqamətlərindən biri Ermənistanın informasiya və təbliğat ekspansiyası olmuşdur.
Mehriban xanımın o zamankı fəaliyyəti sayəsində işğalçı ölkənin hərəkətləri Sizif əməyinə çevrildi. Onun dünyada Azərbaycanın mütərəqqi imicini formalaşdırmaq, ölkənin sosial-iqtisadi, sənaye, mədəni nailiyyətlərini nümayiş etdirmək üçün göstərdiyi titanik səylər real nəticələr vermişdir.
Mehriban xanım Əliyevanın Azərbaycanı tanıtmaq istiqamətində uğurlu fəaliyyəti onun ictimai-siyasi xadim obrazına yeni çalarlar gətirdi.
2004-cü il mayın 10-dan rəhbərlik etdiyi Heydər Əliyev Fondu Mehriban xanım Əliyeva üçün ölkədə humanitar siyasətin həyata keçirilməsi yönündə fundamental əsas oldu. Valideynlərini itirmiş uşaqlara yardımın təşkili, uşaq bağçalarının və məktəblərin tikintisi və yenidən qurulması ilə yanaşı, Fond onun rəhbərliyi altında Azərbaycan Respublikasının sarsılmaz nüfuzunu təsdiqləyən proqramlar həyata keçirmişdir.
Həmin illərdə Mehriban xanım Əliyevanın fəaliyyətində əsas istiqamət erməni təbliğatının ifşa edilməsi və Azərbaycan ərazilərində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması olmuşdur.
Onun bilavasitə himayəsi ilə “Qarabağ həqiqətləri” bukletlər topluları, “Müharibə və mədəni-tarixi abidələrimiz”, “Azərbaycana qarşı müharibə: silah altında mədəni irs” kitabları nəşr olunub.
2008-ci ildə erməni quldur dəstələrinin 1992-ci ilin fevralında Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soyqırımının mahiyyətini üzə çıxaran “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası yaradılmışdır. Bu kampaniya ondan çox dövlət, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanı, İslam Əməkdaşlıq Təşkilatı və Şotlandiya parlamenti tərəfindən dəstəklənib.
2019-cu ildə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Dövlət Dumasının hər bir fraksiyasından olan parlamentarilər Azərbaycana dəstəyini ifadə etmək, öz seçicilərinə və bütün dünyaya belə hadisələrin yolverilməzliyini çatdırmaq məqsədilə iştirak ediblər.
2005-ci ildə parlament seçkilərində 14 saylı Xəzər seçki dairəsindən Mehriban Əliyevanın namizədliyi irəli sürülür. O, zəfərlə respublikanın qanunverici orqanı olan Milli Məclisdə xalq nümayəndəsi statusunu alır. Bundan sonra 2010-cu il parlament seçkilərində o, 94,49%, 2015-ci ildə isə 96,7% səs toplayır.
Onun respublikanın seçki mühitində belə populyarlıq qazanması təsadüfi deyildi. Müasir Azərbaycan parlamentinin fəaliyyət tarixində misli görünməmiş addım onun 28 May – Respublika Günü ilə bağlı Mehriban xanımın amnistiya qanununun qəbul edilməsi xahişi ilə Milli Məclisə müraciət etməsi böyük razılıqla qarşılandı. Bu qanunvericilik təşəbbüsü 2007, 2009, 2013 və 2016-cı illərdə 30 mindən çox məhbusun müxtəlif cəzalardan azad edilməsinə, minlərlə ailənin sevincinə səbəb oldu.
Mehriban Əliyevanın Azərbaycanın ictimai-siyasi həyatında artan rolu onun Avropa Olimpiya Komitəsi tərəfindən qitə yarışlarının “qızıl standartı” kimi tanınan 2015-ci il Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etməsində də özünü göstərirdi.
“Bakı 2015” Olimpiya proqramı kontekstində Mehriban Əliyeva 2015-ci il aprelin 10-11-də Moskvaya səfər edərək tədbirin təqdimat mərasimində iştirak etdi.
2015-ci ilin sentyabrında Mehriban Əliyeva Fransaya rəsmi səfər etdi və Parisdə prezident Fransua Olland, tanınmış siyasi xadimlər, o cümlədən Parisin birinci dairəsinin meri Fransua Leqare ilə görüşdü. O, “Azərbaycan – tolerantlıq ölkəsi”, “Azərbaycan kəndi” fotosərgisinin açılışında və “Dini tolerantlıq: Azərbaycanda birgəyaşayış mədəniyyəti” konfransında gözəl çıxış edərək, parislilərin qəlbini fəth etdi.
Həmin il Mehriban Əliyeva Antalyada keçirilən G-20 sammitində iştirak etmək üçün qardaş Türkiyəyə, 2015-ci ilin noyabrında isə Prezident Əliyevin UNESCO-nun Baş Konfransında 38-ci sessiyanın Liderlər Forumunda iştirak etmək üçün həmin Fransada səfərdə oldu.
Milli Məclisin 4 mart 2016-cı il tarixli qərarına əsasən, Mehriban Əliyeva Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib.
2016-cı ilin sentyabrında Azərbaycan Respublikasının Konstitusiyasına bəzi dəyişikliklərin edilməsi məqsədilə Azərbaycanda konstitusiya referendumu keçirildi. Dəyişikliklər bir sıra məsələlərlə yanaşı Birinci vitse-prezident vəzifəsinin təsis edilməsini də özündə ehtiva edirdi. Referendum Azərbaycan xalqının öz Prezidenti ilə tam yekdilliyini, onun daxili və xarici siyasətini qeyd-şərtsiz dəstəklədiyini nümayiş etdirdi və nəticədə, Konstitusiyaya 29 əlavə və dəyişikliklər yekdilliklə qəbul edildi.
Mehriban xanım Əliyevanın uzun illər ictimai-siyasi, xeyriyyəçilik və mesenat fəaliyyəti ilə əldə etdiyi möhtəşəm nüfuzu Azərbaycan Prezidenti İlham Əliyevin onu ölkənin idarə edilməsində özünün həmfikir yoldaşı kimi Azərbaycanın Birinci vitse-prezidenti təyin etməsi üçün stimul oldu.
2017-ci il sentyabrın 15-də Mehriban Əliyeva Yaponiya xarici işlər nazirinin parlament işləri üzrə müavini Manabu Horinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsi üzrə birgə fəaliyyət, o cümlədən qeyri-neft sektorunda turizm, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.
2019-cu ilin noyabrında Mehriban xanım Birinci vitse-prezident vəzifəsində ilk rəsmi dövlət səfərini Rusiyaya etdi. Onun prezident Vladimir Putin və baş nazir Dmitri Medvedevlə apardığı ikitərəfli danışıqlar konstruktivlik və qarşılıqlı anlaşma şəraitində keçdi.
Prezident Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafında Mehriban xanım Əliyevanın xidmətlərinə əsaslanaraq, onu Rusiya Federasiyasının ali dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif etdi. Onun dövlətçilik müstəvisində fədakar əməyini təcəssüm etdirən faktlar saysız-hesabsızdır.
44 günlük Vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad olundu. Doğma Azərbaycan torpağı artıq böyük Qayıdışa qucaq açıb
Prezident İlham Əliyev və silahdaşı, respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqının ulu öndərinin məzarı önündə baş əydilər, bildirdilər ki, onun başladığı iş Qarabağ torpağında Azərbaycanın qəhrəman oğullarının mütləq qələbəsi və zəfər yürüşü ilə başa çatmışdır!
Tamamilə təbiidir ki, Qələbə Günü münasibətilə Azərbaycan xalqını Birinci vitse-prezident Mehriban xanım Əliyeva da təbrik etdi.
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş rayonları gəzərək müharibədən sonrakı yenidənqurma işlərinə rəhbərlikdə bilavasitə iştirak edib, bu ərazilərin abadlaşdırılması, geri dönən qaçqınlar üçün ən məqbul sosial-məişət şəraitinin yaradılması üçün əlindən gələni əsirgəməyib.
Bir vaxtlar Amerikanın məşhur ictimai xadimi Ella Beyker pafoslu şəkildə demişdi: “İşıq verin, insanlar bir yol tapacaqlar”.
Bu gün Azərbaycan xalqının yoluna belə bir nuru və işığı onun qəhrəman oğlu – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun sədaqətli silahdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva saçır!
Vüqar İbrahimov,
"Sahil Tradinq"MMC-nin Neptun marketlər şəbəkəsinin direktoru .
Tarix: 26-08-2022, 11:06