Bu xətalar paltaryuyanı lazımsız hala gətirir - Məsləhətlər
Paltaryuyan maşınınız ilk günlərdəki kimi işləmirsə, deməli onu düzgün istifadə etmirsiniz. Onun uzunömürlü olması üçün bəzi şeylərə diqqət etmək lazımdır. Fərqində olmadan etdiyiniz xətalar paltaryuyanı lazımsız hala gətirə bilər.
Bəs həmin xətalar hansılardır?
Respublica.Az medicina.az-a istinadən həmin araşdırmanı təqdim edir:
Çox doldurmaq
Paltaryuyanların proqramları yuma imkanları haqqında məlumat verir. Məsələn, əgər maşınınız 7 kiloluqdursa, pambıq paltarlarda 7 kq, zərif parçalarda isə 3 kiloqram ola bilər. Bu xüsusiyyətlərə diqqət edərək həm paltarlarınızı, həm də maşınınızı qoruya bilərsiniz. Əks halda maşınınız xarab ola biləcəyi kimi paltarlarınız da zədələnə bilər.
Yuyucu vasitəsindən çox istifadə etmək
Artıq yuyucu vasitə tökməklə daha çox təmizlik edə biləcəyinizi düşünürsünüzsə, səhv edirsiniz. Yuyucu vasitənin həddindən artıq istifadəsi çamaşırların zədələnməsinə və solmasına səbəb olur. Normadan artıq yuyucu tozlar sadəcə paltarlarınıza deyil, həmçinin maşına da zərər verir. Xüsusi ilə də soyuq su ilə yuyulduğunda əriməyən yuyucu vasitələrin qalıqları məsamələrdə çöküntü yaradır.
Soyuq sudan istifadə etmək
Adətən zərif parçalar soyuq su ilə yuyulur. Bu hal isə maşının təmizlənməsini əngəlləyir. Buna görə də soyuq su ilə paltarlarını yuyan insanlar ayda bir dəfə paltaryuyanı boş olaraq isti suda qurmalıdırlar.
Yuyulan paltarları maşında saxlamaq
Yuyulan paltarları maşının içində saxladıqda kiflənməyə səbəb ola bilər. Pis qoxuya səbəb olan bu vəziyyətin qarşısını almaq üçün yuma qurtardıqdan sonra paltarları çıxarıb rezin hissəsini quru parça ilə silmək lazımdır. Yuyucu vasitə yeri isə açıq qoyularaq qurudulmalıdır.
Yuma filtrindən istifadə etməmək
Paltaryuyana atılan pullu və muncuqlu geyimlərdən qopan parçalar maşınınızın mexanizminə ziyan verə bilər. Bu kimi qopa bilən parçaları olan geyimləri maşına atarkən yuma filtrindən istifadə etmək lazımdır.
Təmizləməmək
Paltaryuyanları ilk günkü kimi istifadə etmək üçün onu mütəmadi olaraq təmizləmək lazımdır. Təmizləmək üçün öncə maşın boş qurularaq işlək vəziyyətə gətirilir, yuyucu tozlar olan hissəsi də yuyularaq qurudulur. Bundan başqa, bayır görünüşünü də unutmamaq lazımdır.
Respublica.Az
Tarix: 15-10-2023, 20:17