Hər gün qoz yemək həm arıqladır, həm də...
Qoz liflər, vitaminlər, minerallar və sağlam yağlar ehtiva etdiyi üçün ən xeyirli qidalardan biri hesab edilir. Bir çox şeyə xeyirli olduğu üçün, çəki atmaqda da önəmli rol oynayır.
Qeyd olunub ki, sağlam yağ, zülal və lif mənbəyi olan qozun bir çox faydası var. Kilo balansını qoruyarkən ürək və sümük sağlamlığını yaxşılaşdırmaq üçün önəmli qidadır. Tərkibində təxminən 90 qida maddəsi olan qoz insan sağlamlığına müsbət təsir göstərir.
Müntəzəm olaraq istehlak edildikdə immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır.
Qandakı melatonin səviyyəsini artıraraq yuxu rejiminə kömək edir. Tərkibindəki melatonin və polifenol birləşmələri sayəsində yüksək antioksidant təsirə malikdir.
Qozun tərkibində maqnezium, sink, mis, dəmir, fosfor, bir sıra vitaminlər var; Yaxşı yağlar, fol turşusu, dəmir və kaliumla zəngindir. Qoz glutensiz pəhriz üçün də uyğundur. Vegetarianlara və veganlara bir sıra qida və vitamin dəstəyi verir.
Antioksidanların bolluğuna görə yaşlanma ilə bağlı xəstəliklər, xərçəng və ürək-damar sistemi xəstəliklərinin qarşısını alır. Bu, sağlam və balanslı qidalanma üçün əla qida vasitəsidir.
Araşdırmalar göstərib ki, qozun müntəzəm istehlakı yeməkdən sonra meydana gələn pis xolesterin olaraq təyin olunan LDL-nin oksidləşdirici zərərinin qarşısını alır.
Sağlam yağ nisbətinin yüksək olması səbəbindən 100 qram qozda təxminən 674 kalori var. Sağlam bir şəkildə arıqlamaq və ilk növbədə kalorilərə diqqət yetirmək üçün qoz yeyərkən son dərəcə diqqətli olmaq lazımdır. Gündə 8-dən çox bütöv qoz istehlak edilməməlidir.//Axşam.az//
Respublica.Az
Tarix: 15-10-2023, 20:52