Kəskin vitamin çatışmazlığının əlamətləri - Avitaminoz xəstəlikdir
Həyati vacib vitaminlərin orqanizmdə defisiti AVİTAMİNOZ adlanır.
Avitaminoz elə bir haldır ki, uzun müddət insan vitaminsizlik vəziyyətində olduqda peşəkar həkim onun elə xarici görünüşünə baxdıqda vitamin defisitini təyin edə bilər.
Vitamin əskikliyi qan analizləri ilə də asanlıqla təyin olunur. Amma təəssüf ki, bizim vətəndaşlar özlərində hər cür xəstəliyi axtarıb hər cür müayinələrdən keçməyə hazırdırlar, amma vitamin əskikliyi barədə bilmək istəmir, maraqlanmır və defisitə dair analizlər vermir.
Bir çoxları qanazlığı, dəmir defisiti və D vitamini defisitini tanıyır və yoxlayır. Əslində isə orqanizm bu 1-2 vitamin üzərində qurulmayıb.
Respublica.Az avitaminoz barədə A-dan Z-yə, yəni bütün vacib məlumatları təqdim edir.
Bədəninizin avitaminoza verdiyi 8 ciddi siqnala da diqqət yetirin. Bu siqnallar nəyin əskikliyini göstərir. Əminəm ki, bu əlamətlərdən azı 5-i sizdə var.
1. Dırnaq, saçlar, dişləri vəziyyəti - qırılır, sınır, tökülür, quruyur
SİZDƏ BİOTİN - B 7 vitamini çatışmır
Biotin bizə onun üçün lazımdır ki, qəbul etdiyimiz qidanı enerjiyə çevirsin və həyati vacib proseslər üçün istifadə olunsun.
Biotin əskikliyinin digər əlamətləri: əzələ qıcolmaları, əl-ayağın keyiməsi, tez yorulma, gücsüzlük, səbəbsiz əzələ, bədən ağrıları
və s.
Daha çox hamilələr, siqaret çəkənlər, içki içənlər, dieta saxlayanlarda rast gəlinsə də.ş indi elə çox adamda var.
Uzun müddət antibiotik, qıcolma və nevroloji dərmanlar qəbul edənlərdə də biotin çatışmır.
Orqanizmdə biotini artırmaq üçün yumurta sarısı, brokkoli, banan, süd, süd məhsulları, subtropik meyvələr, mal qaraciyəri, qarğıdalı, yarma, yulaf, balıq yemək lazımdır. Şəkildə biotinlə zəngin qidaları təqdim olunub.
2. Ağzınızın künclərində quruma və çat, dodaqlarda yara, çat
SİZDƏ DƏMİR və B qrup vitaminlər defisitdir.
Xüsusən ağzının küncləri quru, çat olan insanlarda B 1 - tiamin, B 2 - riboflavin, B 6- piridoksin çatışmır.
Digər əlamətlər: susuzluq, ağızda quruma və ya çox ağız suyu axma, ağzın içində ağrılı yaralar, stomatit olur. B qrup vitamin çatışmadıqda insanda nevroloji xəstəliklərin çoxu yaranır.
B qrup vitaminlərlə zəngin qidalar: tam paxladan çörək, maya, balıq, qoz, qaraciyər, kakao, qara şokolad, banan, qarabaşaq, süd məhsulları, yumurta, badam, qoz. Hər gün çoxundan bir ovuc yeməlisiz. Qida ilə ala bilməyəcəksizsə, həkim sizə vitamin tabletləri, iynələri yazmalıdır.
Ətraflı
3. Diş dibləri, damaq qanayır
Əgər hər gün dişinizi yuyanda, hətta yumayanda diş əti qanayırsa, deməli sizdə vitaminlərin şahı C vitamin çatışmır. Bu isə olduqca təhlükəli məqamdır.
Çünki bu vitamin immunitetin vəziyyətinə cavabdehdir. Bir adı da askorbin turşusu olan C vitamini uzun müddət defisit olduqda ən ağır hallardan biri olan ÇİNQA (SİNQA) xəstəliyi yaradır.
Digər əlamətləri: yaralar sağalmır, əzələ zəifliyi, bədəndə gücsüzlük, arıqlama, bədəndə, ayaqlarda göyərmələrin yaranması, əsəbilik, iştahsızlıq.
Qidasında meyvə-tərəvəz az olan, yaxşı qidalanmayan hər kəsdə C defisiti ola bilər.
Orqanizmdə bu vitamin özü hasil olmur, mütləq kənardan daxil olmalıdır.
C vitaminlə zəngin qidalar çoxdur:
Limon, kivi, itburnu, portağal, ananas, göyərti, səbzələr, kələmlər, bolqar bibəri və s.
4. Görmədə problem, TOYUQ KORLUĞU
Gözlərdə zəiflik mütləq vitamin defisitinə bağlıdır. Hava qaralanda görmənin pisləşməsinə toyuq korluğu deyilir. Gözün ağında ağ ləkələr də uzun müddət A vitamini- retinol əsklikliyində olur.
A vitamin əskikliyi az rast gəlinsə də, indi geniş yayılıb. A vitamini dərman əlavələri kimi qəbul etmək həkim göstərişi olmadan olmaz. Çünki retinol orqanizmdə toplanır, onun çoxluğu toksiki zəhərlənmə verir.
A vitamini ilə zəngin qidalar: tünd rəngli göy-göyərti, narıncı rəngdə meyvələr, tərəvəzlər, eləcə də mal əti, heyvani qidalar, yağlar.
5. Başda kəpək, qaşınma, dermatit
Vitaminsizliyin birinci əlaməti başda, dəridə özünü göstərir. İndi də baş dibində kəpək, seboreya olmayan insan azdır.
Bu hallar B2, B3, B6 vitamini əskikliyində olur.
Belə xəstələrin qan analizi onlarda niasin, riboflavin, piridoksinin azlığını göstərir.
Qida ilə aradan qaldırmaq üçün: paxlalılar, ət, balıq, toxum, buğda, qoz, çərəz, dəniz məhsulları yemək lazımdır.
Göründüyü kimi, hər kəsdə rast gəlinən bu zahiri siqnallar vitamin defisiti ilə bağlıdır. Bu problemi qidalanma və yaxşı pəhrizlə düzəlmək olur.
Əlavə şəkillərdə B qrup vitaminlərin daha çox hansı qidalarda olduğunu təqdim edirik. /medicina.az
Tarix: 23-11-2023, 06:36