Xurmanın kilosu 10 qəpik amma alan yoxdur
Xaçmazlı fermerlər illərdir xurma əkib-becərdikləri bağlarda bu il ciddi çətinliklərlə üzləşiblər. Bu il məhsul bol olsa da, alıcıların az olması onların maddi itkilərini artırıb.
Xurma satışları çox zəif olub və bu vəziyyət onları ciddi şəkildə zərərə salıb. Onlar 20 ildən artıqdır becərdikləri xurma bağlarını kəsib atmağa qərar veriblər. "Əvvəllər xurmanı kiloqramını 35-40 qəpiyə satırdıq, indi isə 10 qəpiyə alan yoxdur. Mən 700-800 manat ziyana düşmüşəm", - deyə fermerlərdən biri narazılığını ifadə edib.
Rayonda ümumilikdə təxminən 1000 hektara yaxın xurma sahəsi mövcuddur və hər il bu bağlardan 7 min ton civarında xurma yığılır. Lakin bu ilki satış problemləri məhsulun qiymətinə və fermerlərin gəlirlərinə mənfi təsir edib.
Asya
Tarix: 24-12-2024, 08:52