Azərbaycan "orta güc" ölkələri sırasında...
Azərbaycan "orta güc" ölkələri sırasında...


Bir müddət əvvəl Azərbaycanın Qərbdən uzaqlaşması, özünü təcrid etdiyi, Avropadan çəkiliyi haqda iddialar səslənirdi. Ölkə başçısının Münhendə konfransa iştirakı, xüsusilə də, onun dəvət olunması sübut etdi ki, bu deyilənlər əsassızdır. Ölkəmiz artıq "orta güc" ölkələri sırasına daxil olub, qlobal miqyaslı məsələlərin həllində mühüm rol oynayır.




Ölkəmizin nüfuzunun yüksəlməsi birbaşa İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Münhendə keçirilən konfrans, xüsusilə, görüşün qarşı tərəfin müraciəti əsasında baş tutması bunu deməyə əsas verir ki, bu kimi xahişlər birbaşa cənab Prezidentin şəxsi nüfuzu ilə də bağlıdır. Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı, keçirilən görüşlər Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıdığının göstəricisidir.




Azərbaycanın əsas problem yaşadığı ölkə Ermənistan idi ki, onunla da məsələlər yoluna qoyulmaq üzrədir. Artıq ərazi bütövlüyümüz bərpa olunub, sülh müqaviləsinin imzalanması planlaşdırılır. Sözsüz ki, bu məsələdə Ermənistanın siyasi iradəsi tələb olunur. Rəsmi Bakının da qeyd etdiyi kimi, Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.

Əgər Ermənistan sülh istəyirsə, bunun üçün canfəşanlıq etməlidir. Onlar təxribatdan çəkinməli, Hindistandan, Fransadan silah alınmasını dayandırılmalıdır. Fransa isə ermənilərdən daha çox erməni kimi davranmamalı, münasibətləri gərginləşdirməkdənsə, Cənubi Qafqazda sabitliyin formalaşmasına töhfə verməlidir.

İslam
Milli.Az

Tarix: 21-02-2024, 12:48