Ermənistanı silahlandıran əsas ölkə odur - Hikmət Hacıyev AÇIQLADI
Ermənistanı silahlandıran əsas ölkə odur - Hikmət Hacıyev AÇIQLADI


Ermənistan tərəfinin silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Ermənistan işğalçı və təcavüzkar dövlət olub. Ermənistanın silahlandırılması məsuliyyətli parametrlər çərçivəsində olmalıdır", - o əlavə edib.

H.Hacıyev təəssüflə qeyd edib ki, Fransa özünün beynəlxalq öhdəliklərinə zidd olaraq belə bir silahlanma proqramında iştirak edir:

"Ermənistanın silahlandırılması ilə bağlı Azərbaycanın xüsusi qeydi ondan ibarətdir ki, Ermənistan işğalçı və təcavüzkar dövlət olub. Beynəlxalq təcrübədə var ki, bu tip ölkələrin hərbi quruculuğu və planlarına müəyyən məhdudiyyət tətbiq olunur".
Tarix: 12-12-2024, 12:20