Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqını təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı İnstaqram səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!"Trend

Tarix: 1-12-2020, 14:40