Mariya Zaxarova: "Azərbaycanın verdiyi kəskin reaksiya təəccüblü deyil"
"Fransanın hərəkətlərinə Azərbaycanın verdiyi kəskin reaksiya təəccüblü deyil".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan prezidenti İlham Əliyevin Fransanın Ermənistanı Cənubi Qafqazda yeni müharibəyə doğru sövq etməsi ilə bağlı ittihamlarına münasibət bildirərkən deyib.
"Fransa və digər Qərb vasitəçilərinin Cənubi Qafqazı geosiyasi qarşıdurma zonasına çevirmək cəhdləri haqlı olaraq regionda, xüsusən də Azərbaycan tərəfindən mənfi reaksiyaya səbəb olur", - Zaxarova bildirib. //milli.az//
Tarix: 23-11-2023, 06:40