İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” vədinə sadiqliyi qısa müddət ərzində ona xalq arasında böyük inam qazandırdı
Bütün zamanlar üçün liderlərin şəxsiyyəti xalqın, dövlətin gələcəyi baxımından çox mühüm amil olmuşdur. Yaxın tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrin liderləri öz xalqlarını ya tərəqqiyə, ya da faciəyə aparmışlar. Azərbaycanın tarixində də belə faktlara az rast gəlmirik. Elə ötən əsrin 90-cı illərinin əvvəllərində yaşadıqlarımızı xatırlamaq yetər. Müstəqilliyini yenicə bərpa etmiş xalqımız bir tərəfdən ölkənin ərazi bütövlüyünü müdafiə edir, digər tərəfdən isə daxili sabitsizlikdən əziyyət çəkirdi. Yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımızın yeni tarixi mərhələyə qədəm qoymasına və ölkədə sabitliyin əldə olunmasına şərait yaratdı. Mahir diplomat və böyük siyasi məktəbin yetirməsi olan cənab İlham Əliyevin Prezident seçilməsindən sonra isə Azərbaycanın hərtərəfli yüksəlişi özünün məntiqi nəticəsilə yekunlaşdı. Xalq qarmaqarışıq illərdə itirdiklərini müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgərlərimizin şücaəti sayəsində işğalçılardan geri almağa müvəffəq oldu.
Müasir tariximiz xalqımızın müstəqil, müdrik seçiminin bəhrəsidir. Bu gün hamımız qüdrətli və qalib dövlətin vətəndaşlarıyıq. Belə bir hissi, sevinci və qüruru xalqımı¬za bəxş edən, Azərbaycanı qalib ölkəyə çevirən Prezident İlham Əliyevdir. Heç kimə sir deyil ki, müstəqilliyinin ilk illərində Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Belə ki, ötən əsrin 80-ci illərinin sonla¬rında Azərbaycanın Qarabağ bölgəsində yaranmış erməni separatizmi 90-cı illərin əvvəllərində daha da aqressivləşmiş, Ermənistanın işğalı nəticəsində ölkə ərazisinin 20 faizi işğal olunmuş, bir milyon-dan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Bundan əlavə, keç¬miş SSRİ-nin dağılması ilə Azərbaycanın ənənəvi iqtisadi-ticarət əlaqələrinə son qoyulmuş, maliyyə-iqtisadi və siyasi böh¬ran daha da dərinləşmişdi. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra ölkə tədricən bu böhrandan çıxdı, ictimai-siyasi sabitlik, milli birlik və vətəndaş həmrəyliyi yaradıldı, cəmiyyətin bütün sahələrində yenidənqurma prosesi başlandı. Ümummilli liderin xeyir-duası ilə ölkə Prezidenti seçilən cənab İlham Əliyev Azərbaycan xalqının ümidlərini və ona göstərilən yüksək etima¬dı doğruldaraq, dahi siyasi xadim Heydər Əliyevin vəsiyyətlərini layiqincə yerinə ye¬tirdi. O, ümummilli liderin əsasını qoyduğu iqtisadi, siyasi, hüquqi, mədəni sahələrdə, ordu quruculuğunda əsaslı islahatları uğur¬la davam etdirdi.
Prezident İlham Əliyevin ali dövlət vəzifəsində çalışdığı ilk günlərdən nüma¬yiş etdirdiyi yüksək idarəçilik bacarığı, milli maraqlara əsaslanan qətiyyətli daxili və xa¬rici siyasəti, seçkiqabağı təşviqat dövründə səslənən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” vədinə sadiqlik, qısa müddət ərzində ona xalq arasında böyük şöhrət, sonsuz və güclü inam qa¬zandırdı. Məhz bu səbəbdəndir ki, 2008, 2013 və 2018-ci illərdə keçirilən prezi¬dent seçkilərində cənab İlham Əliyev Azərbaycan xalqının böyük dəstəyi ilə yenidən inamlı qələbə əldə etdi. Şübhəsiz, Prezident İlham Əliyev ölkə və cəmiyyət həyatının müxtəlif sahələrində saysız-he¬sabsız yeniliklər etmişdir. Onlar siyasətdə, iqtisadiyyatda, ordu quruculuğunda, diplo¬matiyada, sosial sahədə, elmdə, təhsildə, mədəniyyətdə, səhiyyədə, idmanda, ailə dəyərlərinin qorunmasında, yeni infrastruk¬turun yaranmasında, yolların tikilməsində, bir sözlə, bütün sahələrdə özünü büruzə vermişdir və bu da ölkəmizin inkişafına, Azərbaycanın çiçəklənən, qüdrətli, nüfuzlu dövlətə çevrilməsinə səbəb olmuşdur.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev bütün dünyaya əyani şəkildə nümayiş etdirdi ki, Azərbaycan xal¬qı fədakardır, sülhsevərdir, eyni zaman¬da, ədalətli iş uğrunda istənilən formada mübarizə aparmağa, qalib gəlməyə qadir¬dir. Dövlət başçımızın qətiyyəti və cəsarəti, ən kritik vəziyyətlərdə səbr və dözüm nü¬mayiş etdirmək bacarığı, yüksək intel¬lekt səviyyəsi, beynəlxalq hüququn bütün təfərrüatlarını bilməsi 44 günlük Vətən savaşımızda erməni işğalçıları üzərində qələbə qazanmağımızda misilsiz rol oy¬nadı. Prezident İlham Əliyevin hücum dip¬lomatiyası xaricdəki erməni lobbisinin qüdrətini sarsıtdı, onun əsl komandanlıq qabiliyyəti ermənilərin işğal etdikləri Qara¬bağda qurduqları “keçilməz” adlandırılan müdafiə istehkamları haqqında mifi dağıtdı. Cənab İlham Əliyev Ali Baş Komandan kimi Azərbaycanda dünyanın 50 ən güclü ordu¬sundan birini yaratdı və bu ordu öz gücünü dəfələrlə düşmənə nümayiş etdirərək, iş¬ğalçıların təxribatlarına qarşı vuruşdu.
Nəhayət, sentyabrın 27-də hərbi təxribata qarşı başlanmış əks-hücum əməliyyatı sayəsində Prezident İlham Əliyev vədi yerinə yetirdi. Sözünün və imza¬sının sahibi kimi Ali Baş Komandan 2018-ci ildəki andiçmə mərasimində demişdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt barışmayacaq, torpaqlarımız düşmən tap¬dağından azad olunacaq. Budur, indi hər bir azərbaycanlı qalib xalqın övladı kimi alnıa¬çıq, başıuca gəzir. Qarabağı işğaldan azad edən Ali Baş Komandan Prezident İlham Əliyev taleyüklü missiyasını yerinə yetir¬di. Vətən müharibəsində düşmənə tarixin ən ağır zərbəsi vuruldu. Müharibə zamanı Azərbaycana böyük təzyiqlər edildi. Lakin güclü siyasi iradə nümayiş etdirən cənab İlham Əliyev bütün təzyiqlərə mərdliklə sinə gərdi, prinsipial mövqeyindən geri çəkilmədi. Azərbaycan Ordusu qalib Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanı diz çökdürdü və işğalçı 44 gün ərzində təslim oldu.
Beləliklə, Azərbaycan öz tarixinin son 200 ili ərzində müharibədən ərazi itkiləri ilə deyil, ərazi bütövlüyünün bərpası ilə çıxdı və bu şanlı qələbədən sonra region¬da Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Böyük Vətən müharibəsindəki qələbəmiz cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə re¬allaşdırdığı güclü dövlət və güclü ordu qu¬ruculuğunun təbii nəticəsi idi. Azərbaycan tarixi qələbəsi ilə dünyanın inkişaf et¬miş ölkələrindən biri olduğunu bir daha təsdiqlədi. Bu qələbə ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış Ali Baş Komandana xalqın sevgisi daha da artdı. Xalq−ordu−lider birliyi Azərbaycanın qarşı¬sında dayanmış strateji vəzifəni yerinə ye¬tirdi, torpaqlarımızı azad etdi.
[
Tarix: 23-12-2023, 12:57