Azərbaycanın Ukraynadakı səfirliyində səsvermə başa çatdı
Azərbaycanın Ukraynadakı səfirliyində yaradılan məntəqədə yerli vaxt ilə 19.00-da səsvermə başa çatıb.
Secki-2024.az-a istinadən xəbər verir ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermədə paytaxt Kiyev ilə yanaşı regionlardan də gələn bu ölkədə yaşayan Azərbaycan vətəndaşları səs veriblər.
Ümumilikdə Ukraynada 600 seçici qeydiyyatda olub, bunlardan 40 faizdən çoxu səsvermədə iştirak edib. Gün ərzində Ukraynaya edilən kütləvi hava hücumları səbəbindən, bir sıra vilayətlərdə yaşayan seçicilər əvvəldən planlaşdırsalar da Kiyevə gələ bilməyiblər.
Azərbaycanın Ukraynadakı səfirliyi və diaspor seçicilərin vilayətlərdən Kiyevə səsverməyə gəlməsi üçün nəqliyyat ilə bağlı əvvəldən bütün ehtiyacları təmin ediblər.
Tarix: 8-02-2024, 08:11