11-12-2024, 19:57 | Ceyhun Bayramov Fidanla Suriyadakı son vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov Fidanla Suriyadakı son vəziyyəti müzakirə etdi


11 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə vəziyyət, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi kimi yüksək vəzifəyə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi F. Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.

Telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər.

Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

14-11-2024, 15:18 | Prezident Məhəmməd Muizzu ilə görüşüb

Prezident Məhəmməd Muizzu ilə görüşüb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.

Xəbər yenilənəcək

AZƏRTAC

18-09-2024, 17:00 | "Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır"

"Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır"


Bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Azərbaycanın cari ildə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.

İkitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, bəzi ABŞ rəsmilərinin qərəzli fikirlərinin ikitərəfli münasibətlərə mənfi təsir etdiyi diqqətə çatdırılıb. Bu xüsusda, 16 sentyabr tarixində Ermənistanın ABŞ-dəki səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamalarına istinad edilərək, bu kimi çıxışların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olduğu, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıdığı vurğulanıb.

Görüş zamanı post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses barədə qarşı tərəfə məlumat verilib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Bölgədəyi mina təhdidləri qeyd edilib, bu istiqamətdə mümkün əməkdaşlıq nəzərdən keçirilib.

Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Bundan əlavə, Ermənistanın hərbiləşdirilməsi siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

18-09-2024, 16:20 | Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasında (COP29) hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfinin özü qərar verməlidir.

report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyi ilə əlaqədar Konvensiyanın bütün üzvlərinə COP29-da iştirakla bağlı dəvət göndərib:

"Bu, ev sahibi olaraq Azərbaycan Respublikasının öhdəliyidir. Azərbaycan iqlim dəyişikliyi ilə əlaqədar Konvensiyadan irəli gələn məsələlərin müzakirəsi üçün çox gözəl bir platformadır. Bütün tərəf dövlətlərə dəvət göndərilib. Təbii ki, tədbirdə hansı səviyyədə iştirakla bağlı qərarı bütün tərəf dövlətlər və Ermənistanın özü verməlidir".

18-09-2024, 16:01 | "Regionda yenə militarizasiya siyasəti və gərginlik ocaqlarının yaradılması istiqamətində addımlar atılmaqdadır"

"Regionda yenə militarizasiya siyasəti və gərginlik ocaqlarının yaradılması istiqamətində addımlar atılmaqdadır"


Regionda yenə militarizasiya siyasəti və gərginlik ocaqlarının yaradılması istiqamətində addımlar atılmaqdadır.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanın siyasəti nəticəsində regionda yeni geosiyasi vəziyyət və status-kvo yaranıb:

"Bu yeni status-kvo legitimliyə, qanunun aliliyinə, beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanır. Azərbaycanın yaratdığı bu status-kvo Ermənistanın Azərbaycana qarşı davam edən 30 illik işğalına son qoyulması və regionun tam şəkildə transformasiya edilərək qurulan bir prosesdir. Bu gündəliyi dəstəkləmək əvəzinə, regionda yenə geosiyasi intriqalara əsaslanan siyasət yeriməyə çalışan regiondan kənar qüvvələr var. Bu xüsusda Ermənistanın militarizasiya siyasəti aparır".

H.Hacıyev vurğulayıb ki, burada təkcə Fransa yox, digər başqa dövlətlər də yer alır:

"Bunlar tamamilə əks təsir effektinə malik olacaq addımlardır. Azərbaycan hər vəchlə regiondakı sülh gündəliyini dəstəkləməyə davam edir. Biz o mövqeyimizdə qalırıq ki, Ermənistan işğalçı, təcavüzkar dövlət olub. Regionda etimad mühitinin tam şəkildə yaranması üçün Ermənistanın militarizasiya siyasəti üzərində müəyyən bir verifikasiya mexanizm olmalıdır. Ermənistanın militarizasiya prosesində iştirak edən dövlətlər məsuliyyətlərini anlamalıdırlar".

1-07-2024, 12:53 | İlham Əliyev Kanada səfirini qəbul edib

İlham Əliyev Kanada səfirini qəbul edib


Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edib.

Xəbər yenilənəcək

Respublica.Az

1-07-2024, 12:45 | İlham Əliyev Qırğız Respublikasının səfirini qəbul edib

İlham Əliyev Qırğız Respublikasının səfirini qəbul edib


Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun etimadnaməsini qəbul edib.

Xəbər yenilənəcək

Respublica.Az

13-05-2024, 14:53 | KOB-ların vahid reyestri haqqında Əsasnamə təsdiq edilib

KOB-ların vahid reyestri haqqında Əsasnamə təsdiq edilib



Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə" təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin (bundan sonra - Reyestr) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, Reyestrin "Hökumət buludu"nda yerləşdirilməsini; "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Reyestrin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti reyestri mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və təhlükəsizlik meyarları üzrə onun monitorinqini həyata keçirməli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə Reyestrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə digər tədbirlər görməlidir.


AZƏRTAC

13-05-2024, 11:55 | İlham Əliyev Falani Tofinqanı qəbul edib - FOTO

İlham Əliyev Falani Tofinqanı qəbul edib - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edib.

Xəbər yenilənəcək




AZƏRTAC

11-05-2024, 13:15 | Xalq ulu öndərə inanırdı, onu sevirdi

Xalq ulu öndərə inanırdı, onu sevirdi



Pərvin Rəhimov,
Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi.

Ümummilli liderimiz, Azərbaycanın dünyaya bəxş etdiyi dahi şəxsiyyət Heydər Əliyevin həyatı doğma xalqına, canından əziz bildiyi Vətəninə, soydaşlarına xidmət etmək nümunəsidir. Onun şərəfli ömrünün bütün dövrləri buna əyani sübutdur. Ulu öndərimizin “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”- ifadəsi ömrü boyu bu böyük insanın başlıca məfkurəsi və həyata keçirdiyi bütün işlərdə əsas ideyası olmuşdur.

Dahi öndər hələ Azərbaycana rəhbərliyinin birinci dövründə – 1969-1982-cit illərdə bütün varlığı ilə sevdiyi xalqının xoşbəxt gələcəyi naminə əlindən gələni əsirgəməmişdir. Qısa müddət ərzində ümummilli liderimiz Azərbaycanı o vaxtkı SSRİ-nin geridə qalmış, aqrar bölgəsindən güclü sənaye respublikasına, elm, mədəniyyət və təhsil sahələrində böyük nailiyyətlərin əldə olunduğu çiçəklənən bir diyara çevirmişdi. Bugünkü müstəqil Azərbaycanın təməli məhz Heydər Əliyev dühası, uzaqgörənliyi və böyük zəhməti sayəsində təşəkkül tapmışdır.

1993-cü ildə ölkəmizin başını qara buludlar alanda, Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalanda xalqımız yeganə ümid yerinə – dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyevə üz tutdu, ona pənah gətirdi. Doğma xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndərimiz tez bir vaxt ərzində səriştəsiz rəhbərlərin “fəaliyyəti” nəticəsində məhv olan Azərbaycanı, sözün əsl mənasında, həyata qaytardı. Ümummilli liderimiz öz zəngin idarəçilik təcrübəsi, əzmkarlığı və prinsipiallığı sayəsində qısa müddətdə ölkəmizdə sabitliyi bərqərar etdi, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatımızı labüd fəlakətdən xilas etmək üçün təcili tədbirlər görməyə başladı. Heydər Əliyev Azərbaycanın yeni neft strategiyasının müəllifi oldu, bütün çoxsaylı maneələrə və təzyiqlərə baxmayaraq, həmin proqam 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə reallaşmağa başladı. Dahi siyasətçinin ərsəyə gətirdiyi bu layihə müstəqil dövlətimizin qüdrətli inkişafının rəhni oldu.

Ulu öndərmizin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmışdır. Ölkəmizdə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olmuşdur. Ümummilli liderimizin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” – deyimi Konstitusiyanın 1-ci maddəsində təsbit olunmuşdur.

Heydər Əliyevin apardığı uğurlu xarici siyasət Azərbaycanın bir çox ölkələrlə, mötəbər beynəlxalq təşkilatlarla əlaqəsini gündən-günə möhkəmləndirdi. Bu gün Azərbaycanın ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlarla sıx əlaqə saxlaması və bu qurumlarda bilavasitə iştirakı hüquq islahatları sahəsində təcrübə qazanmaqda respublkamıza çox böyük fayda verir.

Azərbaycanın dünya miqyasında tanınması ümummilli liderimiz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Məhz bu dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o müstəqil yaşamaq istəyir və ərazisinin sahibi olmağa, bütün sərvətləri ilə bağlı müstəqil qərar qəbul etməyə qadirdir. Azərbaycan Heydər Əliyevin, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət sayəsində dünya birliyində layiqli yer tutmuşdur.

Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, ulu öndərimizin Azərbaycanın qüdrətlənməsinə və xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzm və uğurla davam etdirilir.

Yüz minlərlə yeni iş yerlərinin yaradılması, regionların sosial-iqtisadi inkişafı, yaşayış səviyyəsinin gündən-günə yüksəldilməsi, elm, təhsil, səhiyyə, mədəniyyətin inkişafına dövlət qayğısının artması, Azərbaycanın enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsi, insan hüquq və azadlıqlarının əsas məqsədlərdən biri olması, balanslaşdırılmış xarici siyasət kursu və hərbi qüdrətinin artırılması möhtərəm dövlət başçımız İlham Əliyevin fəaliyyətinin əsas qayəsini təşkil edir.

Ulu öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev ötən 20 il ərzində ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Məhz 2003-cü ildə Azərbaycan Prezidenti seçilərkən, xalqımızın qarşısında and icərkən verdiyi sözü tutub, düşmən işğalına son qoydu, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilə qədər münaqişənin dinc yolla nizama salınmasında yeganə məqsəd məhz Vətən övladlarımızın şəhid olmasının qarşısını almaq idi. Təəssüf ki, Ermənistan heç zaman sülh istəmədi, işğalçılığına son qoymadı, təcavüzü dayandırmadı, əksinə sistemli olaraq təxribatlar törətdi.

Necə ki, 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanat imzalanarkən Qarabağdan çıxarılmasını üzərinə vəzifə olaraq götürdü, lakin, 3 ilə yaxın müddət ərzində yenə bu öhdəliyini icra etmədi, qoşunlarını Qarabağdan çıxartmadı. Nəticə etibarı ilə bu ilin sentyabr ayının 19-da başlamış və 24 saatdan da az davam edən lokal xarakterli antiterror əməliyyatları zamanı düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu. Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərək hərbi obyektləri sıradan çıxarıb, strateji yüksəklikləri ələ keçirdi və nəticədə düşməni təslim olmağa məcbur etdi. Bu təslimiyyət özü ilə birlikdə qondarma rejimin də birdəfəlik sonunu gətirdi.

Ölkəmizdə bütün sahələrdə böyük inkişaf və tərəqqi davam edir. Azərbaycan artıq regionun lider dövlətinə çevrilmişdir. Hər bir azərbaycanlı bu uğurlara görə ümummilli liderimiz Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə borcludur.

Azərbaycanın xilaskarı, Azərbaycan dövlətinin memarı və qurucusu, bütün şərəfli ömrünü xalqının səadətinə həsr etmiş Heydər Əliyev xalqımızın qəlbində və tariximizdə əbədi yaşayacaqdır.





������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.