20-11-2023, 14:54 | Prezidentin adından İraq Prezidentinin şərəfinə rəsmi nahar verilib

Prezidentin adından İraq Prezidentinin şərəfinə rəsmi nahar verilib





AZƏRTAC-a istinadən bildirir ki, Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin şərəfinə rəsmi nahar verilib.

20-11-2023, 14:37 | Azərbaycan və İraq prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və İraq prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər



AZƏRTAC-a istinadən bildirir ki, Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər.

Xəbər yenilənəcək


8-11-2023, 11:49 | İlham Əliyev və Mehriban Əliyeva Xankəndidə hərbi paradda iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Xankəndidə hərbi paradda iştirak ediblər


Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.

AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.


8-11-2023, 09:51 | Şanlı Ordumuz qələbə qazanaraq ədaləti bərpa etdi - Ceyhun Bayramov

Şanlı Ordumuz qələbə qazanaraq ədaləti bərpa etdi - Ceyhun Bayramov


Xarici işlər naziri Ceyhun Bayramov Zəfər Günü münasibətilə paylaşım edib.

Bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.

"Artıq 3-cü ildir ki, təqvimlərimizdəki işğal tarixlərini qələbə günlərilə əvəzləyən Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuzun qazanaraq ədaləti bərpa etdiyi parlaq qələbəni, 8 Noyabr-Zəfər Gününü qeyd edirik. Bayramın mübarək, Azərbaycan, sənə Zəfər yaraşır!", - deyə qeyd edilib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

8-11-2023, 09:48 | İlham Əliyev təkcə 8 kəndi yox, o əraziləri də alacaq - Keryan

İlham Əliyev təkcə 8 kəndi yox, o əraziləri də alacaq - Keryan


Ermənistanın əsas müttəfiqi olan Rusiyanın hazırda Azərbaycanla daha çox əməkdaşlıq etməsi və KTMT-nin də fəaliyyətsiz olması səbəbindən yeni müharibə təhlükəsi ehtimalı artır.

Bu sözləri erməni mediasına politoloq Qarik Keryan deyib.

O iddia edib ki, indiki şəraitdə Azərbaycan üçün müxtəlif ölkələrin paytaxtlarına səfər etməkdənsə, məqsədinə hərbi yolla nail olmaq daha sərfəlidir:

"Yaxın Şərq və Ukrayna böhranları Ermənistan-Azərbaycan münaqişəsini arxa plana keçirib və İlham Əliyev bunu həm anklavları, həm də onlara bitişik əraziləri götürmək üçün fürsət kimi baxır. Əks halda Azərbaycana anklavları alacağı halda onlara çıxış yalnız Ermənistan ərazisi ilə mümkün olacaq. Lakin buna danışıqlar yolu ilə nail olmaq mümkün deyil, çünki bunu heç kim sənədlərlə qəbul etməyəcək, ona görə də Bakı hərbi əməliyyatlara əl ata bilər"

Keryan əlavə edib ki, gündəmdə daha üç məsələ qalıb: anklavlar, delimitasiya və demarkasiya, həmçinin Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların açılması:

"Əvvəllər Azərbaycan anklavları yada salmırdı, Azərbaycanın ərazi bütövlüyünün - o cümlədən Qarabağ da daxil olmaqla - tanınmasını tələb edirdi. Ermənistan bütün bu tələbləri yerinə yetirib.

İndi anklavlar növbəsi gəlib. Paşinyan bəyan edib ki, bu anklavlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsindədir. Söhbət Tavuş bölgəsindəki yeddi kənddən və Vedi bölgəsindəki Kərki kəndindən gedir. Azərbaycan bu kəndləri alana qədər Bakı nəinki sülh müqaviləsi imzalamayacaq, həm də delimitasiya və demarkasiyaya razı olmayacaq".

O qeyd edib ki, Qərb Qarabağ ermənilərinin "etnik təmizləməsi"nə göz yumub, lakin bu anklavlara da toxunaraq, intensiv olaraq ərazi bütövlüyü prinsipi əsasında sülh müqaviləsinin imzalanmasına çağırır:

"Azərbaycanın nəzarətində olan Başkəndin yuxarıda qeyd olunan səkkiz kəndlə dəyişdirilməsi Zəngəzur və Gürcüstana gedən yollara nəzarəti zəiflədəcək (bu yollara nəzarət Azərbaycana keçəcək - red.).

Keryanın iddiasına görə, "çevik danışıqlar aparmaq" və 8 kəndin Ermənistanda qalmasını, Başkəndin isə Azərbaycana verilməsini təmin etmək olar:

"Ancaq anklavlar haqda yalnız Azərbaycan danışır və əminəm ki, Bakı Başkəndlə bağlı müzakirədən imtina edəcək".//axar.az-//



8-11-2023, 09:46 | "İlham Əliyevin yürütdüyü siyasət regiona sabitlik gətirdi"

"İlham Əliyevin yürütdüyü siyasət regiona sabitlik gətirdi"


Azərbaycan ordusu torpaqlarında 30 illik işğala son qoyaraq tarixə düşən bir zəfər qazandı.

Bu barədə Trend-ə açıqlamasında türkiyəli general-mayor Özgür Tör deyib.

O qeyd edib ki, Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü bərpa etdi.

"Çox sayda şəhid və qazilərimizin canı, qanı hesabına azad olunan torpaqlarda yalnızca işğala son qoyulmadı, eyni zamanda region üçün sabitlik gətirildi. 30 ildir gözlədilən, həll edilməyən problem Azərbaycan ordusunun gücü, Prezident İlham Əliyevin qlobal, stratejik addımları, yürütdüyü siyasətlə həll edildi. Ümid edirik ki, bundan sonra da region sülh və sabitlik içərisində olar",- deyə o əlavə edib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

8-11-2023, 09:15 | Təqvimimizə qızıl hərflərlə yazılan tarix - Zəfər bayramı

Təqvimimizə qızıl hərflərlə yazılan tarix - Zəfər bayramı


Azərbaycanın yenidən günəş kimi doğduğu, bütün dünyaya bir xalq, ordu, dövlət olaraq həmrəy şəkildə nəyə qadir olduğunu göstərdiyi tarixi günləri yaşayırıq. Əzəl gündən əraziləri işğala məruz qalan, işğallarla tarixi torpaqlarını itirə-itirə kiçilən Azərbaycan nəhayət o qara zolaqdan çıxmağı bacardı.

Bəli, bu gün 30 illik erməni işğalına son qoyan tarixi qələbəmizdən üç il ötür. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın işğal siyasətinə "dur!" deyərək, dünyanın göz yumduğu, beynəlxalq ədalətin lazımı səviyyədə işləmədiyi, ikili standartların hökm sürdüyü bir dövrdə haqq-ədaləti öz gücümüz hesabına bərpa edərək bizi dünyanın xoşbəxtinə çevirən Zəfər müjdəsini verdi.

44 günlük Vətən müharinəsindəki tarixi Zəfərimiz nəyinki Ermənistanın, Azərbaycana qarşı olan bütün qaragüruh qüvvələrin bostanına atılan daş oldu. Bununla da Azərbaycanın adı dünya tarixinə qalib dövlət kimi yazıldı. Bu qələbə ilə Azərbaycan separatizmin kökünü kəsmək istiqamətində önəmli addım atdı.

İkinci Qarabağ müharibəsindən cəmi 3 il sonra isə Azərbaycan 23 saat 43 dəqiqəlik lokal antiterror tədbiri ilə bölgəni tamamilə separatçılardan, qondarma rejim qalığından təmizləyərək, daha böyük bir gözlənilməzi reallaşdırdı. Artıq Azərbaycan xalqı, dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımız güclü Azərbaycanla fəxr edir, onun regionda yaratdığı yeni geosiyasi reallığı hər an hiss edə bilir. Bütün bu uğurlu təqvimlər Ordumuzun qəhrəmanlığı, onların misilsiz və danılmaz şücaəti hesabına olsa da bu şanlı qələbələrin əsas memarlarından biri məhz Ali Baş Komandan İlham Əliyev oldu.

Onun istər informasiya savaşında, istər diplomatik müstəvidə, istərsə də hərbi anlamda düzgün, zamanında atdığı addımlar, verdiyi qərarlar bu müharibənin taleyini böyük anlamda xeyirimizə həll etməkdə olduqca əhəmiyyətli oldu. Məhz 200 ildən çox bir müddətdə 2020-ci ilin sentyabrına kimi ərazilərini itirə-itirə gələn Azərbaycan nəhayət işğal edilmiş torpaqlarını düşmən tapdağından azad etməyə müəssər oldu.

Bu əlamətdar gün dövlətçilik ənənələri ta qədimlərə söykənən Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, tariximizə qızıl hərflərlə yazılan, dünya hərb elminə dair dərsliklərə düşən, ordumuzun qüdrətini bütün dünyaya tanıdan böyük hadisədir.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.

Ən əsası isə qazandığımız Zəfər xalq olaraq bizi ölkə rəhbərinin ətrafında ali amal uğrunda "Dəmir yumruq" kimi birləşdirdi. Belə bir məşhur deyim var: ordu güclü olsa da, ona rəhbərlik edən sərkərdə zəifdirsə, həmin ordu məğlub olacaq. Amma biz Ordu, Ali Baş Komandan, Xalq vəhdətinin şahidi olduq. Bu da qələbəmizi tezləşdirən əsas məqamlardan biri oldu.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazandığımız misilsiz qələbə regionda yeni reallıq yaratdı. Azərbaycan "münaqişənin hərbi həlli yoxdur" tezisinin yanlış olduğunu sübuta yetirdi.

8 noyabr 2020-ci il, Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, Azərbaycanın gözü, hər bir azərbaycanlı üçün iftixar nöqtəsi, mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündür. Vətən müharibəsini qələbə ilə sonlandıran Zəfər günüdür. Qarabağ münaqişəsinə silahlı qüvvələrimizin şücaəti və qəhrəmanlığı ilə nida qoyulduğu, bizlərə yüksək fəxarət, hədsiz fərəh və qürur hissləri yaşadan əlamətdar gündür.

Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Döyüş meydanında göstərilən əzmkarlıq, liderlik iradəsi bu gün azad torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, bu torpaqlara həyat gətirilir, keçmiş qaçqın və məcburi köçkünlərimiz artıq öz dədə-baba yurdlarına qayıdırlar.

Ölkəmiz indi regionun inkişafında, təhlükəsizliyində, sülh içində yaşamasında maraqlı olan əsas aktor olmaqla yanaşı, bölgənin əsas söz sahibi kimi də hər ötən gün öz nüfuzunu, gücünü və əlaqələrini möhkəmləndirir. Təbii ki, bütün bu nailiyyətlərin arxasında bir güclü sərkərdəsi olan, Xalqının inamını hər an yanında hiss edən Ordunun qazandırdığı tarixi Zəfər dayanır.

Təhməz Əsədov
TREND

8-11-2023, 08:33 | Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım edib - VİDEO

Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım edib - VİDEO


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib.

Paylaşımı təqdim edir:

"Milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü münasibətilə hər kəsi təbrik edirəm! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"

8-11-2023, 08:31 | Azərbaycanın Xüsusi Zəfər Günü

Azərbaycanın Xüsusi Zəfər Günü


Bu gün Azərbaycanın suverenliyinin tam bərpa olunduğu bir vaxtda Zəfərin üçüncü, xüsusi ildönümünü qeyd edirik. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi unikal, usta siyasət sayəsində mümkün oldu. O, həm Ermənistan rəhbərlərini, həm də separatçıların "başçı"larını, onların çoxsaylı diasporunu, bütün strateqlərini və hamilərini darmadağın edərək yüzilliklər ərzində ilk dəfə ölkəmizin bütün ərazisində suverenliyini bərpa etdi.

Hələ bir neçə il bundan əvvəl kimsə təsəvvür edə bilərdi ki, bu gün biz hamımız qürur hissi ilə ordumuzun Xankəndidə təntənəli paradını izləyəcəyik? Bu gün bu, Prezident İlham Əliyevin yaratdığı reallıqdır.

Lakin bugünkü Zəfərin yolu xeyli əvvəl başlayıb: "Bizim bütün addımlarımız və mənim Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq", - deyə Prezident İlham Əliyev 8 noyabr 2022-ci ildə Zəfər günündə Şuşa şəhərində hərbçilərin qarşısında çıxış edərkən deyib. Dövlətin başında dayanan Prezident İlham Əliyev ölkəni addım-addım kökündən dəyişdirməyə başladı. O hamıdan yaxşı bilirdi ki, əsas məqsədi həyata keçirmək üçün Azərbaycan lazımi güc və resurslara malik olmalıdır: dayanıqlı iqtisadiyyat, güclü ordu və xarici siyasi təsir lazımdır. Bütün bunlar əldə edildi: 2020-ci ildə Azərbaycan regionun ən böyük iqtisadiyyatına malik olmaqla irimiqyaslı transmilli layihələr həyata keçirirdi. Ölkənin silahlı qüvvələri müasirləşdirilmiş və ən müasir texnika və silahlarla təchiz edilmişdi, müdafə sənayesi təşkil olunmuşdu. Xarici siyasətə gəlincə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi seçilmiş və Qoşulmama Hərəkatına sədrlik etməyə olmuşdu. Prezident İlham Əliyev ölkəni dəyişərək hamının hesablaşmalı olduğu gücə çevirdi.

2020-ci ildə Azərbaycanın gücünü və qüdrətini erməni qəsbkarları da birbaşa gördü. Dövlət başçısı Vətən müharibəsi günlərində özünün Ali Baş Komandan, görkəmli diplomat, həmçinin istənilən çağırış və təzyiqlərin öhdəsindən gəlməyə qadir olan məharətli strateq və güclü şəxsiyyət kimi istedadını bütün dünyaya nümayiş etdirdi. 44 günlük hərbi əməliyyatlar ərzində onilliklər boyu işğal altında qalmış ərazilər, həmçinin Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın simvolu sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi gün Zəfər günü kimi qeyd edilməyə başladı.

O zaman, Vətən müharibəsi başa çatdıqdan sonra skeptiklər yeni reallığın başladığını deyirdilər: Azərbaycan dayandı, müharibə bitdi, gələcəkdə nələrin vaş verəcəyini isə danışıqlar göstərəcək. Ermənilər gah Qərbi, gah da Rusiyanı nəzərdə tutaraq özlərinə təskinlik verirdilər ki, hansısa "ONLAR" Azərbaycana hər hansı hərbi əməliyyatlar keçirməyə imkan verməyəcək. Qərb isə öz növbəsində gah tarixin tör-töküntülərindən ATƏT-in Minsk qrupunu canlandırmağı, gah da danışıqların digər formatlarını təklif edirdi. Üstəlik bu təkliflər ölkəmizə və liderinə təzyiqlərlə müşayiət olunurdu. Qərb ABŞ, Avropa İttifaqı, Fransa və digərlərinin simasında İSTƏNİLƏN qeyri-müəyyən status-kvonu formalaşdırmaqda və yeni regional reallıq olaraq qoruyub saxlamaqda maraqlı idi. Beynəlxalq vasitəçilər son 30 il ərzində təxminən belə davranır və nəinki yenidən ənənəvi daimi və faydasız müzakirələr praktikasına keçmək, həm də Azərbaycana qarşı təzyiq vasitəsini əllərində saxlamaq üçün istənilən yeni danışıqlar formatını təyin etməyə hazırlaşırdı.

Çoxlarına elə gəlirdi ki, 44 günlük müharibədən sonra formalaşmış vəziyyət - yeni, yekun status-kvodur. Əslində isə bu, nəyi, necə və nə vaxt etmək lazım olduğunu bilən peşəkar, görkəmli siyasətçinin fasiləsi idi.

Bir tərəfdən müharibə başa çatdıqdan dərhal sonra regionda misilsiz işlər görülməyə başladı: Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarəti altında infrastruktur sıfırdan qurulur, yaşayış evləri tikilir, Azərbaycanın mədəni irsi, abidələrimiz, məscidlər və muzeylər bərpa olunurdu. Digər tərəfdən dövlət başçısı hamımızı ölkə suverenliyinin bərpası üzrə tarixi missiyasının məntiqi sonluğuna ustalıqla, addım-addım yaxınlaşdırırdı. Hər bir növbəti addım zərgər dəqiqliyi ilə hesablanaraq lazımlı vaxtda atıldı. Sentyabrın 19-da isə sonuncu, qələbə gedişi oldu.

15 oktyabr 2023-cü il, Xankəndi, Azərbaycan. Prezident İlham Əliyev ölkəmizin bayrağını şəhər meydanında ucaldaraq Qarabağ münaqişəsinin otuz illik tarixini qələbə ilə sonlandırır.

Həmin gün minlərlə insan sosial şəbəkələrdə "Düşünmürdüm ki, bu günü görəcəyəm", - deyə yazdı. Yalnız bir nəfər bu günün gələcəyini düşünmürdü, o bunu bilirdi və bu gün gəlib çatanda bizi ona apardı.

O, Prezident İlham Əliyevdir.

Emin Əliyev
Trend BİA-nın baş redaktoru

20-10-2023, 09:20 | Fransalı hüquq müdafiəçilərindən Qarabağla bağlı bəyanat

Fransalı hüquq müdafiəçilərindən Qarabağla bağlı bəyanat


Fransanın "Vicdan azadlığı uğrunda assosiasiyaların koordinasiyası birliyi" hüquq-müdafiə təşkilatı 30 il ərzində Qarabağda mövcud olan qanunsuz rejimin erməniəsilli sakinlərin hüquqlarının kütləvi şəkildə pozulması faktlarının aşkarlanması ilə bağlı kampaniyanın başlanması ilə bağlı bəyanat yayıb.

Respublica.Az axar.az-a istinadən bildirir ki, müvafiq bəyanat təşkilatın saytında yerləşdirilib.

Bəyanatda qeyd olunur ki, Azərbaycan hakimiyyəti həm Xocalı faciəsi qurbanları, həm də erməniəsilli sakinlərin iztirabları naminə ədaləti bərpa etməli, qanunsuz rejimin "rəhbərlər"ini cəzalandırmalıdır.

O da qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin öz ölkəsinin bayrağını Xocalı şəhəri üzərində dalğalandırması qətliamın 613 günahsız qurbanı üçün tələb olunan ədalət hissini oyadır. Bu hiss Qarabağda qanunsuz rejimə rəhbərlik etmiş və Xocalı qətliamı kimi bir sıra hərbi cinayətlərdə əli olan keçmiş səhra komandirlərinin Bakıda dəmir barmaqlıqlar arxasında olduğu vaxtda daha da güclənir.

"Həqiqi barışığa nail olmaq üçün ədalətin təntənəsi və işğal illərində erməniəsilli sakinlərin pozulmuş hüquqlarının bərpası lazımdır. Bu baxımdan keçmiş səhra komandirlərinin məhkəməsi zamanı Azərbaycan da Qarabağın erməni əhalisinin hüquqlarının qanunsuz rejim tərəfindən pozulduğunun üzə çıxarılmasını təmin etməlidir", - bəyanatda vurğulanır.

Bildirilir ki, insan hüquqlarının pozulması ilə bağlı faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə ötən ildən başlanmış "Qarabağda insan hüquqları üzrə maarifləndirmə kampaniyası" da fəaliyyətini davam etdirir.

Qeyd edək ki, fransız hüquq müdafiəçilərinin sözügedən bəyanatı 2020-ci ildən başlayaraq Azərbaycana qarşı qərəzli mövqeyi ilə gündəmdə olan Emmanuel Makrona qarşı cavabdır. Qarabağla bağlı Azərbaycan və Ermənistan arasında münaqişənin həllində guya ədalətli və tərəfsiz vasitəçi olmağa iddia edən Fransa Emmanuel Makronun prezidentliyi dövründə açıq-aşkar Ermənistanın işğalçılıq siyasətinə dəstək verdiyini bəyan edib.

Respublica.Az


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.