29-11-2021, 08:06 | Azərbaycan həqiqətən müzəffər olub - Türkmənistan Prezidenti

Azərbaycan həqiqətən müzəffər olub - Türkmənistan Prezidenti


Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub.

AZƏRTAC-a istinadən bildirir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov noyabrın 28-də Aşqabadda Prezident İlham Əliyevlə görüşü zamanı deyib.

Türkmənistan dövlət başçısı bildirib:

"Hörmətli İlham Heydər oğlu, qardaş Türkmənistanda Sizi salamlamağa və təşəkkürümüzü bildirməyə şadıq ki, bizə hörmət edib dəvətimizi qəbul etmisiniz. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Sammitində birgə iştirak edəcəyik. Bəri başdan əlamətdar, yaxşı tarixləri qeyd etmək istəyirəm. Əvvələn, noyabrın 28-si bizim Təşkilatın günüdür. İkincisi, demək istərdim ki, bizim sədrliyimiz dövründə bu Təşkilatın nüfuzunu artıran Qətnamə qəbul edilib. Buna görə düşünürəm ki, xüsusən pandemiya dövründə əsasən iqtisadi məsələlərimizi bir daha müzakirə etmək üçün yaxşı imkanımız olacaq. Mən kooperasiya, inteqrasiya məsələlərini nəzərdə tuturam.

Sonra, səmimi desəm, bu gün mənim üçün çox heyrətləndirici bir xəbər aldım. Adətən biz nadir hallarda heyrətlənirik, lakin bu xəbər təəccüblü oldu. Bu gün mənə Xarici İşlər Nazirləri Şurasının qətnamə təqdim etdilər. Bu sənəd Aşqabadda konsensus yolu ilə qəbul edilib. Bilirsinizmi, orada yaxşı bəndlər, cümlələr var ki, Azərbaycan həqiqətən inandırıcı qələbə qazanıb. Ola bilsin, mən bir qədər qeyri-dəqiq şəkildə təkrar edirəm və ya fikrimi düzgün ifadə etmirəm, lakin məna budur ki, Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub. Mən sadəcə demək istəyirəm ki, bu qətnamənin konsensus yolu ilə qəbul edilməsi bizim münasibətlərimizdə parlaq səhifədir. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.

Bizim gündəlikdə bir neçə məsələ var. Birinci - növbəti sammitin gündəliyinin təsdiq edilməsi, ikincisi - baş katibin seçilməsi, üçüncüsü - növbəti sammiti kim keçirəcək və Aşqabad sammitinin yekun kommunikesinin qəbul edilməsi. Mən Sizi Qələbə münasibətilə, bu tarixi hadisə münasibətilə əvvəlcədən təbrik edirəm. Həmişəki kimi, Aşqabada xoş gəlmisiniz".

29-11-2021, 08:04 | Prezident İlham Əliyev Pakistan Prezidenti Arif Alvi ilə görüşüb - VİDEO - FOTO

Prezident İlham Əliyev Pakistan Prezidenti Arif Alvi ilə görüşüb - VİDEO - FOTO


Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.

AZƏRTAC-a istinadən bildirir ki, görüşdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olundu. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, xüsusilə burada hökumətlərarası komissiyanın rolu vurğulandı. Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi.

Həmçinin son dövrlərdə iki ölkə arasında həyata keçirilən yüksəksəviyyəli səfərlərin əhəmiyyəti qeyd olundu. Eyni zamanda, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Dünyada artan islamofobiya meyilləri ilə bağlı narahatlıq ifadə edildi.

Görüşdə ölkələrimiz arasında insanlararası təmasların artırılmasının və turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edildi.

Pakistan Prezidenti tərəfindən bu ölkədə həyata keçirilən layihələrə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür ifadə olundu.

29-11-2021, 08:02 | İlham Əliyev: "İƏT-ə üzv ölkələrin Azərbaycanı təbrik etməsi tarixi hadisədir"

İlham Əliyev: "İƏT-ə üzv ölkələrin Azərbaycanı təbrik etməsi tarixi hadisədir"


İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik etməsi Azərbaycan xalqı üçün tarixi hadisədir".

AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə deyib.

Dövlət başçısı bildirib:

"Sizə, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi bu qətnamənin qəbul edilməsində fəal rol oynadığınıza görə təşəkkürümü bildirmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk. Həmin qətnamədə qeyd edilib ki, üzv ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edirlər. Bilirsiniz, bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və əlbəttə, bütün Azərbaycan xalqı bu qətnamədə sədr ölkənin və bütün digər üzvlərin qardaşcasına münasibətini görəcək. Ona görə də bu, həqiqətən çox mühüm hadisədir. Çox sevindirici haldır ki, bu tədbir azərbaycanlılar üçün qardaş Türkmənistan torpağında keçirilir. Əlbəttə, bu gün biz ikitərəfli gündəlik barədə də söhbət edəcəyik, burada da yaxşı nəticələrimiz var və bundan sonra da qardaşlar kimi çiyin-çiyinə irəliləyəcəyik".

29-11-2021, 07:42 | Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır - Türkiyə Prezidenti

Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır - Türkiyə Prezidenti


Ölkəmizlə regionumuz arasında birbaşa avtomobil əlaqəsi yaradacaq Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır.

Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

O bildirib ki, regionumuzda nəqliyyat infrastrukturunun inkişafı və müasir İpək Yolunun canlandırılması istiqamətində səylərimiz ardı-arası kəsilmədən davam edir.

"Türkiyənin rəhbərlik etdiyi Xəzərdən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdə səylərimizin ən konkret təzahürüdür. Ölkəmizlə regionumuz arasında birbaşa avtomobil əlaqəsi yaradacaq Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır" - deyə o qeyd edib.

29-11-2021, 07:40 | Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir - Ərdoğan

Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir - Ərdoğan


Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir.

Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

Ərdoğan qeyd edib ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi regionda davamlı sülh və sabitliyin qapılarını açıb.

"Azərbaycanın regionda rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir. Bu addımlar regionda normallaşdırma səylərini dəstəkləyəcək. Türkiyə olaraq qardaşlarımızın yanında olmağa davam edəcəyik. Təşkilat olaraq da Azərbaycanla tam həmrəylik içərisində olmağımız böyük önəm kəsb edir" - deyə o bildirib.

29-11-2021, 07:39 | Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının iştirakçılarının şərəfinə rəsmi nahar verilib

Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının iştirakçılarının şərəfinə rəsmi nahar verilib


Noyabrın 28-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi nahar verilib.

AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.

27-11-2021, 07:35 | XİN Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü şərh edib

XİN Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü şərh edib


26 noyabr 2021-ci il tarixində Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndiririk.

Bu barədə Azərbaycan Respubkikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçi şəhərində keçirilmiş görüşü ilə bağlı şərhində deyilir.

Şərhdə bildirilir: "Görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilmişdir.

Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır.

Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Azərbaycan tərəfi, bundan sonra da 26 noyabr Bəyanatında da əks olunmuş aidiyyəti məqamların icrası istiqamətində müvafiq addımlarını davam etdirəcək".

Milli.Az

27-11-2021, 07:33 | Putin Rusiya Təhlükəsizlik Şurası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün nəticələrini müzakirə edib

Putin Rusiya Təhlükəsizlik Şurası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün nəticələrini müzakirə edib


Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirilən danışıqların nəticələrini müzakirə edib.

Bu barədə Trend "TASS"a istinadən xəbər verir.

27-11-2021, 07:22 | Prezident İlham Əliyev: Biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq

Prezident İlham Əliyev: Biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq


Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq.

AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşdə söyləyib.

Azərbaycan Prezidenti deyib: "Biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq".

Dövlətimizin başçısı qeyd edib ki, qarşıya çıxan bir sıra başqa məsələlər operativ şəkildə, o cümlədən Rusiya tərəfinin, şəxsən Rusiya Prezidenti Vladimir Putinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, hökumətin və digər strukturların fəal iştirakı ilə həll edilir.

27-11-2021, 07:20 | Putin Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılmasından danışdı

Putin Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizlərinin açılmasından danışdı


Biz iqtisadi məsələlər, iqtisadi əlaqələrin inkişafı haqqında çox ətraflı danışdıq və hər şeydən əvvəl, ilk addım olaraq nəqliyyat dəhlizlərinin açılmasından danışdıq. Bu, dəmir yoluna da, kommunikasiyalara da aiddir.

Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.