7-11-2021, 20:55 | Prezident İlham Əliyev Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AZƏRTAC bildirir ki, sərəncamda deyilir:
Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
7-11-2021, 20:49 | Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.
AZƏRTAC bildirir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar.
Xəbər yenilənəcək
7-11-2021, 20:33 | Daşaltıda məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, şəhər xəstəxanasının təməli qoyulub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.
AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.
Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.
Sonra dövlətimizin başçısı və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar.
7-11-2021, 20:30 | Füzulidə Zəfər yolunun açılışı olub - FOTO

Füzuli rayonunda Zəfər yolunun açılışı olub.
AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.
Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.






7-11-2021, 20:24 | İlham Əliyev və Mehriban Əliyeva Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.
AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.
7-11-2021, 20:21 | Kreml üçtərəfli görüşün keçiriləcəyini təsdiqlədi

Rəsmi Kreml gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi planını təsdiqləyib.
Milli.Az "İnterfaks"a istinadən bildirir ki, Rusiya Federasiysının Prezidentinin mətbuat katibi Dmitri Peskov "İnterfaks"a açıqlamasında deyib: "Bəli, həqiqətən də, belə bir görüş hazırlanır və bu görüş videokonfrans formatında olacaq".
Rusiyanın "Rossiya-1" telekanalı da ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinin gerçəkləşdirilməsi prosesinin də müzakirə ediləcək üçtərəfli görüşün keçiriləcəyini təsdiqləyən məlumat yayıb.
7-11-2021, 20:16 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərə gəliblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.
AZƏRTAC bildirir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.
Sonra dövlətimizin başçısı və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar.
7-11-2021, 08:49 | 44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Xocalının iki kəndinin işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları darmadağın edilib. Düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
- Düşmənin xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti mühasirəyə alınaraq məhv edilib.
- Düşmən Tərtər və Ağcabədini artilleriya atəşinə tutub. Düşmən Ağdamın kəndlərini atəşə tutub.
- Ermənistanın Bərdəyə raket atəşi nəticəsində 16 yaşlı yeniyetmə həlak olub.
- Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin növbəti videogörüntüsü yayılıb.
- Cəbhənin Ağdam istiqamətində düşmən itki verib. Düşmənin növbəti hərbi kolonu məhv edilib.
6-11-2021, 09:59 | Ombudsman beynəlxalq təşkilatları Ermənistanla bağlı tədbirlər görməyə çağırıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva 6 noyabr Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
"Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi ziyan vurulmaqla beynəlxalq ekoloji cinayətlər (ekosid) törədilmişdir.
Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və işğal zamanı mülki əhali ilə yanaşı, flora və faunanın, ətraf mühitin bioloji müxtəlifliyinin nümunələrini də hədəf seçmişdir. 30 ilə yaxın işğal müddətində ölkəmizin ekoloji sistemi məqsədli olaraq məhv edilmişdir.
Ermənistan Respublikası tərəfdar çıxdığı "Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında" 1976-cı il tarixli Konvensiya, "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında" 1989-cu il tarixli Bazel Konvensiyası, "Sənaye qəzalarının transsərhəd təsiri haqqında" 1992-ci il tarixli Konvensiyavə digər beynəlxalq müqavilələr üzrə öhdəliklərinə məqsədli şəkildə əməl etmir. Təsadüfi deyildir ki, Ermənistan "Transsərhəd suaxınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair" 1992-ci il tarixli Konvensiyanı ratifikasiya etməkdən də qərəzli şəkildə yayınır.
BMT Baş Assambleyası tərəfindən 2006-cı ildə qəbul edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmış, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdur.
Göstərilən faktlar Ermənistanın Azərbaycana qarşı işğal vəekoloji terror siyasəti nəticəsində ölkəmizin su ehtiyatlarına, flora və faunasına ciddi zərər vurulduğunu sübut edir. Azərbaycanın işğal altında olan ərazilərində uzun illər ərzində meşələr qırılmış, yanğınlar törədilərək, meşə fondu məhv edilmiş, Azərbaycanın və regionun ekosisteminə hələ uzun müddət bərpa edilməsi mümkün olmayacaq ziyan vurulmuşdur. İşğal illərində xüsusilə otlaq, biçənək və meşələrin yandırılması, qanunsuz ov etmə halları ərazidə yaşayan canlıların məhv olmasına və ya ərazidən miqrasiya etməsinə səbəb olmuşdur.
İşğal dövründə Azərbaycan Respublikasının təbii sərvətləritalanmış, heç bir ekoloji normagözlənilmədən qanunsuz şəkildə istehsal sahələri yaradılmaqla istismar edilmişdir.
2020-ci ilin 10 noyabrında qəbul edilmiş və müharibəyə son qoymuş Üçtərəfli Bəyanata əsasən azad edilən rayon və şəhərlərimizi tərk edərkən ermənilər tərəfindən törədilmiş yanğınlar və dağıntılar, ekologiyanın məhvinə yönəldilmiş siyasət region üçün mühüm təhlükə mənbəyi olmaqla ciddi narahatlıq doğurmuşdur.
Eyni zamanda, uzun illər əzində işğal altında olan ərazilərdən axan çaylar Ermənistan tərəfindən müxtəlif mənşəli tullantılarvə çirkab suları ilə çirkləndirilmişdir. Ermənistanın hərbi-siyasi rəhbərliyisu resurslarından siyasi təsir və ya təzyiq aləti kimi istifadə etmişdir.Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin, habelə kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin biolojiçirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini "Ölü zonaya" çevirmişdir.
Bu baxımdan 6 noyabr - Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ərəfəsində beynəlxalq qurumlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara müraciət edərək, Ermənistan tərəfindən törədilmiş ekoloji terrorun nəticələrinin aradan qaldırılmasına dəstək verməyə, həmin ekoloji cinayətləri törətmiş şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görməyə çağırıram".
6-11-2021, 08:57 | 44 günlük Vətən müharibəsinin xronikası: 6 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edir.
- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.
- Düşmən Tərtərin kəndlərini atəşə tutub. Xankəndi yaxınlığında düşmənin silah-sursat anbarı partlayıb.
- Zəngilanın Əmirxanlı kəndinin videogörüntüləri yayılıb.
- Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb. Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir.
- Düşmənin Göyarxdakı minaatanlarının darmadağın edilməsinin videogörüntüləri yayılıb. Düşmən Tərtərin kəndlərini artilleriya atəşinə tutub.
- Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb. Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərinə zərbələr endirilməsinin videogörüntüləri yayılıb.


















