28-05-2021, 14:25 | Qazaxıstanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Qazaxıstanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

AZƏRTAC bildirir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin ölkəniz müstəqillik illərində dövlətçiliyin möhkəmlənməsi, sosial-iqtisadi rifahın təmin edilməsi və dünya arenasında öz nüfuzunun yüksəldilməsi məsələlərində böyük uğurlar qazanıb.

Əminəm ki, Sizin güclü rəhbərliyinizlə Azərbaycan özünün firavanlaşan dövlət, habelə regional və beynəlxalq proseslərin mühüm iştirakçısı adını qətiyyətlə doğruldaraq sürətli inkişafını davam etdirəcək.

Qazaxıstanda qardaş Azərbaycan xalqının nailiyyətlərinə səmimi qəlbdən sevinirlər və çoxəsrlik dostluq və qarşılıqlı dəstək ruhunda Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının hərtərəfli dərinləşdirilməsinə böyük əhəmiyyət verirlər.

Əminəm ki, ali səviyyədə fəal siyasi dialoq bundan sonra da bizim ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün möhkəm zəmin olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə yeni zəfərlər, qardaş Azərbaycana firavanlıq və tərəqqi diləyirəm".

28-05-2021, 14:21 | Prezident İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub

Prezident İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.

Xəbər yenilənəcək

AZƏRTAC

28-05-2021, 14:20 | Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq

Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq

Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq.

AZƏRTAC bildirir ki, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.

Xəbər yenilənəcək

28-05-2021, 14:13 | Prezident İlham Əliyev Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub

Prezident İlham Əliyev Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.

Xəbər yenilənəcək

AZƏRTAC

28-05-2021, 14:08 | Prezident İlham Əliyev Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib

Prezident İlham Əliyev Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.

Xəbər yenilənəcək

AZƏRTAC-

28-05-2021, 14:02 | Prezident Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlini qoyub

Prezident Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlini qoyub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.

Xəbər yenilənəcək

AZƏRTAC-

28-05-2021, 13:50 | Estoniya və Kamerun dövlət başçıları Prezident İlham Əliyevi təbrik edib

Estoniya və Kamerun dövlət başçıları Prezident İlham Əliyevi təbrik edib


Kamerun Prezidenti Pol Biyadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

AZƏRTAC bildirir ki, təbrikdə deyilir:

"Cənab Prezident. Ölkənizin milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sizə səmimi və xoş təbriklərimi çatdırır, Azərbaycan xalqına sağlamlıq və firavanlıq arzulayıram.

Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

x x x

Estoniya Prezidenti Kersti Kalyulayddan:

"Zati-aliləri. 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ümidvaram ki, biz dünyamızdakı bütün cəmiyyətlərə böyük təsir göstərmiş qlobal çağırışa qalib gəldikdən sonra ölkələr arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq daha da genişlənəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı, həmçinin Azərbaycan Respublikasına və onun xalqına əmin-amanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

28-05-2021, 13:42 | Qarabağ Zəfəri ilə qeyd edilən ilk Resbublika günü - Trend TV-nin REPORTAJI

Qarabağ Zəfəri ilə qeyd edilən ilk Resbublika günü - Trend TV-nin REPORTAJI

28 may Respublika günü bu il tamamilə başqa ab-havada, başqa əhval-ruhiyyədə qeyd edilir. 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm Qələbədən sonra Azərbaycan xalqı Respublika gününün sevincini daha böyük fəxr və qürurla yaşayır. Azad Qarabağda üçrəngli bayraqlarımız dalğalanır, ərazi bütövlüyümüz bərpa edilib, qürurumuz özümüzə qayıdıb, tarixi ədalət öz yerini tapıb. Azərbaycan tarixdə heç vaxt olmadığı kimi müstəqildir, güclü, qüdrətli, azaddır.

Bayram gününü qarabağlılar, üzərindən məcburi köçkün adı götürülən vətəndaşlarımız indi daha böyük ruh yüksəkliyi ilə qeyd edir. Çünki, doğma ata yurdları düşmən tapdağından təmizlənib, Qarabağ sürətlə bərpa edilir və tezliklə Böyük Qayıdış başlayacaq.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu Ağdamın Quzanlı qəsəbəsində məskunlaşan bir neçə ziyalı ilə görüşüb, onların bayram təəssüratlarını öryənib. Qarabağlılar Zəfərlə qeyd edilən ilk Resbublika gününün qürurunu, sevincini böyük ruh yüksəkliyi və xüsusi məmnunluqla keçirirlər.

Videoreportajı tədim edirik.


28-05-2021, 13:40 | Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artmaqdadır

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artmaqdadır

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artmaqdadır. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü və düşünülmüş siyasət Azərbaycanı daha da gücləndirir və dünyada söz sahibinə çevirir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.



Onun sözlərinə görə, dünya liderlərinin Azərbaycan Prezidentinə Respublika Günü münasibətilə ünvanladığı məktublarda açıq şəkildə görünür ki, dünyanın nəhəng dövlətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar və mövcud münasibətləti genişləndirmək və inkişaf etdirmək niyyətindədirlər:

"Bu təbriklərdə Prezident İlham Əliyevin dünya çapında böyük bir siyasətçi, lider obrazının formalaşdığı aydın görsənir və dünya liderləri tərtəfindən cənab Prezidentin şəxsi nüfuzuna böyük hörmət var. Bu mənada bir sıra misallar da gətirmək olar. Misal üçün, ABŞ Prezidenti tərəfindən cənab İlham Əliyevə ünvanlanan məktubda ABŞ-ın təhlükəsizlik məsələlərində Azərbaycanla əməkdaşlığı və bundan sonra da bu əməkdaşlığın genişləndirilməsi məsələsi qeyd olunur.

Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstək xüsusi vurğulanır. Digər tərəfdən ABŞ Prezidentinin məktubunda Azərbaycanın dünyanın, xüsusilə Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsinə mühüm töhfə verən bir ölkə kimi əhəmiyyəti vurğulanır. Azərbaycanda demokratik idarəetmə sahəsi də ABŞ Prezidenti tərəfindən yüksək qiymətləndirildi".

Deputat bildirib ki, eyni zamanda dünyanın daha bir nəhəng dövləti olan Çin Xalq Respublikasının Sədri də öz təbrik məktubunda Azərbaycanla mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsini və Azərbaycan münasibətlərin birbaşa Çin dövlət rəhbərinin birbaşa nəzarətində olduğunu vurğulayıb: "Eyni zamanda Çin rəhbəri "bir kəmər bir yol" təşəbbüsündə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycanı Avrasiyanın ən əlverişli logistika mərkəzinə və nəqliyyat dəhlizinə çevrildiyini vurğulayıb. Eyni zamanda qlobal təhdidlərə, xüsusilə dünyada bir ildən artıq höküm sürən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərində Azərbaycan Prezidentinin liderlik etməsi Almaniya Prezidentinin məktubunda öz əksini tapıb. Məktubların məzsmununda açıq şəkildə görünür ki, dünyanın nəhəng dövlətlərinin liderləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ölkə Prezidenti cənab İlham Əliyevə çox böyük hörmət bəsləyirlər, etimad göstərirlər və bundan sonra daha geniş əməkdaşlıq maraqlarından çıxış edirlər".

28-05-2021, 13:37 | ATƏT sərhədimizdə baş verənlər haqda: Bütün həll olunmamış məsələlər...

ATƏT sərhədimizdə baş verənlər haqda: Bütün həll olunmamış məsələlər...



ATƏT Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələr barədə gələn təkrar məlumatlardan narahatdır.

Trend bildirir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, İsveç Xarici İşlər Naziri Ann Linde Twitter səhifəsində yazıb.

O bildirib: "Ermənistan və Azərbaycan sərhədində baş verən hadisələr barədə təkrar gələn məlumatlar bizi narahat edir. Bütün həll olunmamış məsələlər sülh yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. ATƏT dialoq üçün əlverişli bir atmosfer yaratmaq üçün kömək göstərməyə və etimadın möhkəmləndirilməsi üçün tədbirlər görməyə hazırdır".

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.