21-02-2024, 12:48 | Azərbaycan "orta güc" ölkələri sırasında...

Bir müddət əvvəl Azərbaycanın Qərbdən uzaqlaşması, özünü təcrid etdiyi, Avropadan çəkiliyi haqda iddialar səslənirdi. Ölkə başçısının Münhendə konfransa iştirakı, xüsusilə də, onun dəvət olunması sübut etdi ki, bu deyilənlər əsassızdır. Ölkəmiz artıq "orta güc" ölkələri sırasına daxil olub, qlobal miqyaslı məsələlərin həllində mühüm rol oynayır.

Ölkəmizin nüfuzunun yüksəlməsi birbaşa İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Münhendə keçirilən konfrans, xüsusilə, görüşün qarşı tərəfin müraciəti əsasında baş tutması bunu deməyə əsas verir ki, bu kimi xahişlər birbaşa cənab Prezidentin şəxsi nüfuzu ilə də bağlıdır. Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı, keçirilən görüşlər Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıdığının göstəricisidir.

Azərbaycanın əsas problem yaşadığı ölkə Ermənistan idi ki, onunla da məsələlər yoluna qoyulmaq üzrədir. Artıq ərazi bütövlüyümüz bərpa olunub, sülh müqaviləsinin imzalanması planlaşdırılır. Sözsüz ki, bu məsələdə Ermənistanın siyasi iradəsi tələb olunur. Rəsmi Bakının da qeyd etdiyi kimi, Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.
Əgər Ermənistan sülh istəyirsə, bunun üçün canfəşanlıq etməlidir. Onlar təxribatdan çəkinməli, Hindistandan, Fransadan silah alınmasını dayandırılmalıdır. Fransa isə ermənilərdən daha çox erməni kimi davranmamalı, münasibətləri gərginləşdirməkdənsə, Cənubi Qafqazda sabitliyin formalaşmasına töhfə verməlidir.
İslam
Milli.Az
20-02-2024, 13:41 | İcma: Ermənistan öz ərazisində separatçıların fəaliyyətinə qadağa qoymalıdır

Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən keçmişin tör-töküntülərinin fəaliyyətinə qadağa qoymalıdır.
Bu barədə Qərbi Azərbaycan İcmasının özünü hansısa "parlament" adlandıran qondarma qurumun "üzvləri"nin Vardan Oskanyanla görüşünə, "Qarabağ münaqişəsi həll olunmayıb" kimi gülünc fikirlərə dair erməni mətbuatında yayılan məlumatlarla əlaqədar bəyanatında qeyd olunub.
Bəyanatda bildirilib: "Bütün bunlar bir daha Qarabağ ermənilərinin son 35 ildə baş verənlərdən heç bir dərs çıxarmadıqlarını, xəyalpərəstlər və şovinistlər tərəfindən istifadə olunduqlarını göstərir. Bu, eyni zamanda bütün günü yalandan sülhdən danışan Ermənistan hakimiyyətinin, ən yumşaq formada desək, qeyri-səmimiliyindən xəbər verir. Qərbi Azərbaycan İcmasının hətta mədəni irsin qorunması ilə bağlı fikirlərini özünün suverenliyinə qəsd kimi görən Ermənistan hakimiyyəti ərazisində Azərbaycanın suverenliyini təhdid edən, hələ də "öz müqəddəratını təyin etmək"dən dəm vuran, keçmişin qalıqları olan tör-töküntülərin fəaliyyətinə qadağa qoymalıdır".
19-02-2024, 12:17 | İlham Əliyev Ankarada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
AZƏRTAC
16-02-2024, 12:34 | Seyid Ardıç İlham Əliyevi təbrik edib

Ankara Sənaye Palatasının İdarə Heyətinin sədri Seyid Ardıç Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
president.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Cənab Prezident.
İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla bu il fevralın 7-də bütün Azərbaycanda keçirilən prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm.
Seçkilərin nəticələrinin Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm.
Qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında münasibətlərin "Bir millət, iki dövlət" prinsipi əsasında daha da möhkəmlənəcəyinə inanıram.
Cənab Prezident, Sizə dərin ehtiramımı bildirir, fəaliyyətinizdə uğurlar arzulayıram".
16-02-2024, 12:21 | Andrey Kondraşov və Mixail Qusman İlham Əliyevi təbrik etdi

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov və baş direktorun birinci müavini Mixail Qusman Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
president.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından səmimi təbriklərimizi çatdırırıq.
Seçkilər Sizin siyasi kursunuza ümumxalq dəstəyini inamlı şəkildə nümayiş etdirdi. Əminik ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də ölkələrimiz arasında konstruktiv əlaqələrin və tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin davam etməsinə kömək edəcək.
TASS Azərbaycan Respublikası, onun aparıcı kütləvi informasiya vasitələri, siyasi, ictimai, mədəni və elmi dairələri ilə sıx əməkdaşlıq tarixinə malikdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Rusiya və Azərbaycanın informasiya sahəsində əməkdaşlığı dövlətlərimiz və xalqlarımız arasında sıx əlaqələrin inkişafında mühüm rol oynasın. Bununla əlaqədar agentliyimizin Azərbaycan Respublikasında fəaliyyətinə Sizin davamlı dəstəyinizə və köməyinizə güvənirik".
16-02-2024, 12:18 | İlham Əliyev: Əminəm ki, Azərbaycan-Litva münasibətləri bundan sonra da inkişaf edəcək

Prezident İlham Əliyev Litva Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Gitanas Nausedayaya təbrik məktubu ünvanlayıb.
Trend-ə istinadən xəbər verir ki, Litva xalqını və Prezident Gitanas Nausedayanı milli bayram münasibətilə səmimi-qəlbdən təbrik edən dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: "Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik.
Əminəm ki, Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir".
Prezident İlham Əliyev bu əlamətdar gündə Gitanas Nausedayaya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Litva xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.
16-02-2024, 12:16 | İlham Əliyev Litva Prezidentini təbrik edib

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.
AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik.
Əminəm ki, Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
16-02-2024, 12:11 | Emil Kızayev İlham Əliyevi təbrik edib

Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Emil Kızayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
president.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası adından səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.
Bu qələbə Sizin Azərbaycan Prezidenti vəzifəsində fədakar fəaliyyətinizin məntiqi nəticəsi və xalqın gələcəkdə də respublikanın sosial-iqtisadi inkişafı, suverenliyinin möhkəmləndirilməsi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi kursuna dəstəyinin təzahürüdür.
Əminik ki, Sizin rəhbərliyiniz altında qardaş xalqlarımız arasında mədəni və mənəvi bağlar daha da möhkəmləndiriləcək, ikitərəfli əməkdaşlıq, o cümlədən respublikalarımızın milli həmkarlar ittifaqları arasında əlaqələr inkişaf edəcəkdir.
Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası Sizin şəxsinizdə bütün Azərbaycan xalqını demokratiyanın, ədalətin və həmrəyliyin təntənəsi münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzulayır".
16-02-2024, 12:06 | Əli Əsədov Baş nazir təyin edildi - YENİLƏNİB

Əli Əsədovun Baş nazir postuna namizədliyi səsverməyə qoyularaq qəbul edilib.
----------
10:26
Milli Məclisdə Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirəyə çıxarılıb.
Onun namizədliyi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.
Milli Məclisin sədri Sahibə Qafarova məsələ ilə bağlı deputatlara məlumat verib.
Daha sonra deputatlar məsələ ilə bağlı fikirlərini bölüşüblər.
Ətraflı
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyən edən yol xəritəsi idi: "Bu xəritədə də Azərbaycanın inkişaf perspektivləri, gələcəyi haqqında çox nikbin mesajlar verdi. Hesab edirəm ki, Azərbaycanın bundan sonra sosial-iqtisadi inkişafı ilə əlaqədar məsələlər, iqtisadiyyatın daha da dirçəldilməsi üçün qarşıda duran məsələlər onu deməyə əsas verir ki, Azərbaycanda güclü baş nazir olmalıdır. Hesab edirəm ki, Əli Əsədov bu sahədə peşəkar kadrdır. Onun baş nazir vəzifəsindəki 5 illik fəaliyyəti göstərir ki, yerində olan kadrdır".
--------
09:45
Bu gün Azərbaycanın yeni Baş naziri təyin ediləcək.
, Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.
Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.
16-02-2024, 11:57 | Milli Məclis İlham Əliyevə təbrik məktubu göndərdi

Xalqımız liderinə inam və etibarını bir daha bəyan etdi. Bu müdrik seçim bölgədə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə Azərbaycan üçün çox uğurlu olacaq.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubu göndərilib.
AZƏRTAC