13-05-2022, 12:21 | Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir



Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir.

Trend-ə istinadən bildirir ki, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər təklif edilir.

Layihəyə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ən azı 12 il 6 ay çalışmış kişilər və azı 10 il çalışmış qadınlar da 5 il daha tez pensiyaya çıxmaq hüququ qazancaqlar.

Pensiyaya tez çıxmaq hüququ digər bir sıra şəxslər ilə müqayisədə də dəyişir.

Belə ki, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslər azı 5 il sığorta stajı olduqda 20 il daha tez pensiyaya çıxa biləcəklər.

Eyni zamanda, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda pensiyaya çıxma yaşı həddi 15 il azaldılacaq.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

10-05-2022, 08:51 | Doğuşun süni stimulyasiyasının təhlükələri

Doğuşun süni stimulyasiyasının təhlükələri


Doğuş vaxtı gələndə qadının orqanizmində müəyyən mexanizmlər işə salınır, hormonlar, bioloji aktiv maddələr ifraz olunur ki, bütün bunlar qadına körpəni dünyaya gətirməkdə kömək edir.

Nənələrimizdən biz dəfələrlə eşidirdik ki, onlar özləri və həmçinin onların anaları, nənələri və s. evdə, hətta tarlada, həkimsiz, dərmansız uşaq dünyaya gətirirdilər. Bu əsil həqiqətdir. Əksər hallarda qadınlara doğuş zamanı heç bir tibbi müdaxilə lazım deyil.

Lakin hal hazırda biz daha tez-tez eşidirik ki, doğuş zamanı stimulyasiyadan istifadə olunur. Doğuşun stimulyasiyası nə deməkdir? Stimulyasiya zamanı qadının orqanizminə (vaginal şamlar, damardaxili inyeksiyalar, həblər şəklində) xüsusi dərman preparatları yeridilir ki, bu preparatlar doğuş fəaliyyətinin başlanmasına təkan verir, doğuş prosesini sürətləndirir. İlk baxışdan burada pis bir şey yoxdur. Lakin bu yanlış fikirdir.

Doğuşun stimulyasiyası heç də ziyansız deyil. Bu təbii doğuş prosesinə olan müdaxilədir. Stimulyasiya körpədə oksigen çatışmazlığına səbəb ola bilər ki, bu uşağın sağlamlığı üçün ziyanlıdır.

Digər tərəfdən süni şəkildə yaradılmış doğuş sancıları təbii doğuş sancılardan daha ağrılıdır. Bunu stimulyasiyadan keçmiş qadınların əksəriyyəti təsdiq edə bilər. Doğuş zamanı qadının qanına xüsusi təbii ağrısızlaşdıran maddələr ifraz olunur ki, qadın hətta güclü doğuş ağrısına dözə bilir. Lakin doğuş prosesinə olan müdaxilə (stimulyasiya) bu incə mexanizmləri pozur və doğuş daha ağrılı keçir. Bəzən ağrılar o dərəcədə güclü olur ki, həkimlər doğuş zamanı epidural anesteziyadan istifadə etmək məcbur olurlar. Anestetiklər isə həm qadın, həm də körpə üçün heç də ziyansız deyil.

Bəzən stimulyasiya heç bir effekt vermir. Bəzən isə hiperstimulyasiyaya səbəb olur ki, bunun nəticəsində uşaqlıq hətta yırtıla bilər.

Bütün bu səbəblərə görə doğuşun stimulyasiyasından yalnız buna ciddi səbəblər yarandıqda istifadə olunmalıdır. Həkim 100% əmin olmalıdır ki, stimulyasiya həqiqətən zəruridir və körpə məhz indi və məhz bu üsulla dunyaya gəlməlidir.

1. İlk növbədə stimulyasiya gecikmiş doğuşlarda istifadə oluna bilər. Normal hamiləliyin müddəti 40 həftə sayılır. Uşaqların əksəriyyəti 38-41 həftələr arası doğulur. Əgər hamiləliyin 41-ci həftəsi tamam olubsa, lakin doğuş fəaliyyəti yoxdursa, bu halda həkimlər doğuşun stimulyasiyasını tətbiq edə bilərlər. Daha çox ana bətnində qalmaq uşaq üçün ziyanlıdır. Cift qocalır və öz fəaliyyətini tam yerinə yetirə bilmir, uşağa oksigen və qidalı maddələr lazım olan miqdarlarda çatmır, uşaqda xroniki oksigen çatışmazlığı inkişaf edə bilər ki, bu onun sağlamlığı və hətta həyatı üçün təhlükəlidir.

Dölün vəziyyətindən asılı olaraq stimulyasiya hamiləliyin 40-cı həftəsində də tətbiq oluna bilər.

2. Qadında olan və onun özünün və körpəsinin sağlamlığı üçün təhlükəli olan bəzi xəstəliklər və pozulmalar, döldə olan bəzi pozulmalar doğuşun hətta 38-ci həftəsində stimulyasiyası üçün səbəb ola bilər.

3. Bəzən qadında dölyanı sular açılır, lakin doğuş fəaliyyəti (doğuş sancıları) başlamır. Əgər bu halda doğuş fəaliyyəti 12 saat ərzində başlamazsa, qadına doğuşun stimulyasiyası təyin olunur.

4. Bəzən doğuş fəaliyyəti zəif olduqda, uşaqlıq boynu açılmadıqda, doğuş sancıları azaldıqda, qadın doğuş zamanı çox yorulduqda da stimulyasiya tətbiq oluna bilər.

Stimulyasiyanın müxtəlif üsulları mövcuddur. Dərman preparatların arasında bu məqsədlə bu kimi preparatlardan istifadə olunur:

- Prostaqlandinlər. Bu fizioloji aktiv maddələr orqanizm tərəfindən ifraz olunur. Doğuş zamanı onlar uşaqlıq boynunu yumşaldır və açır. Süni sintez olunmuş prostaqlandinlər preparatları qadına şam və ya gel formasında vaqinaya yeridilir. Bir neçə saatdan sonra doğuş sancıları başlayır. Lakin bəzən bu baş vermir və həkimlər təkrar bu preparatdan istifadə edir və ya digər stimulyasiya üsullarına müraciət edirlər.

- Oksitosin. Bu süni şəkildə sintez olunmuş təbii oksitosin hormonunun analoqudur. Oksitosin doğuş zamanı qadının orqanizmində hazırlanır və uşaqlığın yığılmasını təmin edir.

Doğuşun stimulyasiyası məqsədi ilə süni oksitosin damardaxili sistem şəklində qadının orqanizminə yeridilir. Yüksək dozada orqanizmə düşdükdə oksitosin körpədə oksigen çatışmazlığına və hiperstimulyasiyaya səbəb ola bilər. Bu səbəbdən oksitosin həkimin nəzarəti altında yeridilir və bu zaman körpənin vəziyyətinə (ürək döyüntüsü və s.) ciddi nəzarət edilir.

- Antihestagenlər (mifepriston və s.). Hal hazırda doğuşun stimulyasiyası üçün mama-ginekoloqlar süni sintez olunmuş antihestagenləri (həblər şəklində) istifadə edirlər. Bu həblər doğuş fəaliyyətin inkişaflna təkan verir, uşaqlıq boynunun yetişməsini və açılmasını sürətləndirir.

Bütün tibbi prosedurlarda olduğu kimi doğuşun stimulyasiyasının da müəyyən əks-göstərişləri var. Məsələn, əgər qadının uşaqlığında (Qeysəriyyə kəsiyi və digər cərrahiyyə əməliyyatlardan sorna) çapıqlar varsa, bu doğuşun stimulyasiyası üçün əks-göstəriş sayılır. Bu zaman hiperstimulyasiya uşaqlığın yırtılmasına səbəb ola bilər. Dölün uşaqlıqda düzgün olmayan yerləşməsi (köndələn və s.), gölün vəziyyətində olan bəzi pozulmalar, qadında olan bəzi xəstəliklər və patologiyalar, istifadə olunan preparatlara qarşı fərdi dözümsüzlük və s. stimulyasiyanın tətbiq edilməsi üçün əks-göstəriş sayılır.


1-03-2022, 11:31 | Şəhid ailələri üçün 500-ə yaxın ev tikilir

Şəhid ailələri üçün 500-ə yaxın ev tikilir


Azərbaycanın 41 şəhər və rayonunda şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın fərdi evin tikintisi artıq yekunlaşmaq üzrədir.

Milli.Az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında qeyd edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri, kollegiyanın sədri Sahil Babayev bildirib ki, evlər yaxın vaxtlarda istifadəyə veriləcək.

Nazir 2021-ci ildə imtiyazlı kateqoriyalardan olan vətəndaşlara təqdim edilən mənzillərin sayının 3 il əvvələ nisbətən 5 dəfə artaraq 3 minə çatdığını, cari ildə də bu istiqamətdə işlərin davam etdirildiyini deyib: "İndiyədək həmin vətəndaşlara 12 300-dən çox mənzil və fərdi ev verilib. 2022-ci ilin növbəti islahat paketi olaraq 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlarla başladığını, bu artımlara illik əsasda əlavə 2,1 mlrd. manat sərf olunacağını diqqətə çatdırıb.

Qeyd edilib ki, ötən dövrdə yaradılan, Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 2,1 mln. əhalini, o cümlədən sosial müdafiəyə cəlb olunmuş 450 min şəxsi əhatə edən 5 DOST mərkəzi tərəfindən 700 mindən çox vətəndaşa xidmət göstərilib. Bu il Bakı şəhəri üzrə 5 saylı Bakı DOST Mərkəzinin və DOST Agentliyinin ilk regional mərkəzi kimi Bərdə rayonunda DOST mərkəzinin açılması planlaşdırılır.

Agentliyin "Şərqi Zəngəzur və Qarabağ" Proqramı çərçivəsində Şuşa şəhərində xüsusi statusa malik Şuşa DOST filialı da açılacaq. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində isə "Ağıllı kənd" layihəsi çərçivəsində bu il "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayacaq.

Ümumən DOST şəbəkəsinin bölgələr üzrə genişlənməsi üçün bu il və növbəti illərdə müvafiq addımlar atılacaq. "Könüllü DOST" proqramının nailiyyətlərindən bəhs olunub və proqramın rəsmi saytının da hazırlanmaqda olduğu diqqətə çatdırılıb.

Əlilliyin müəyyən edilməsində yeni meyarların tətbiqinə hazırlıq işləri aparıldığı, əməkdaşların bu sahədə peşəkar səviyyədə hazırlığı üçün təlimlərə cəlb olunduqları və s. qeyd edilib. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən səyyar reabilitasiya və icma əsaslı reabilitasiya xidmətlərinə də başlanmasının nəzərdə tutulduğu, fərdi reabilitasiya proqramının tətbiqi işləri diqqətə çatdırılıb.

Bu il Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinin başa çatdırılacağı və istifadəyə veriləcəyi, 2 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin də əsaslı təmir və yenidənqurmadan sonra, həmçinin müəssisənin tikilən yeni korpusunun bu il açılışının nəzərdə tutulduğu bildirilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin filialları əsasında 12 Regional Sosial Xidmət Mərkəzi və onların tabeliyində ixtisaslaşmış sosial xidmət mərkəzlərinin yaradılacağı barədə məlumat verilib. Sosial təminat və sosial xidmət proqramların əhatə dairəsinin genişləndirilməsinin, uşaqların müəssisələrdən ailələrə qovuşmalarını nəzərdə tutan re-inteqrasiya tədbirlərinin gücləndirilməsinin əsas hədəflərdən olduğu, "Sosial Məsuliyyət Platformasının" hazırlanması işlərinin aparıldığı bildirilib.

Sosial sahədə rəqəmsal innovasiyaların tətbiqinin genişləndirilməsi işlərindən bəhs olunub. Nazirlik üzrə 110 e-xidmətin, o cümlədən 46 proaktiv xidmətin fəaliyyət göstərdiyi, Nazirliyin Elektron hökümət portalına yerləşdirilmiş xidmətlərinə bu ilin yanvar-fevral aylarında 2 635 400, e-sosial.az portalına 2 766 553 müraciət qeydə alındığı diqqətə çatdırılıb.

Nazirlik üzrə 30 növ e-arayış xidmətinin olduğu və həmin xidmətlər vasitəsilə bu ilin əvvəlindən artıq 108,8 min arayışın e-qaydada verildiyi bildirilib.

Qeyd edilib ki, Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən bu ilin əvvəlindən Nazirliyin informasiya bazalarına sorğu sayı 35 milyon olub.
Yeni hazırlanmaqda olan e-sistemlər barədə də məlumat verilib.

İclasda 2022-ci il üzrə qarşıda duran sosial hədəflərə doğru mühüm işlərin aparıldığı vurğulanıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Sosial Xidmətlər Agentliyinin, Əlillik siyasəti, Sosial təminat siyasəti, Strateji planlaşdırma və innovasiyalar şöbəsinin, Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbələrinin, Nazirliyin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin, DOST Agentliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin 2021-ci il üzrə fəaliyyətinin nəticələri və 2022-ci ildə qarşıda duran vəzifələri müzakirə olunub.

Həmçinin Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən həssas əhali qruplarından olan şəxslərə (ailələrə) maddi yardımın göstərilməsinə dair Təlimatın, yeni peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi məsələlərinin müzakirəsi aparılıb.

Nyus.Az


31-12-2021, 08:48 | Azərbaycanda nikahların sayı ARTIB

Azərbaycanda nikahların sayı ARTIB


Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı çoxalaraq 4.3 milyonu ötüb.

Bunu ədliyyə naziri Fikrət Məmmədov kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, 111 mindən çox doğum qeydə alınıb. Nazir deyib ki, nikahların sayı xeyli artaraq 55 mini keçib.

22-11-2021, 21:06 | Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq


"Qazıməmməd-Qazax" yüksəktəzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar 23.11.2021-ci il tarixində saat 09:00-dan etibarən işlər başa çatanadək İsmayıllı rayonunun tam olaraq (İsmayıllı şəhəri və rayonunun 28 kəndi), Ağsu rayonunun 5 kəndi, Göyçay rayonunun isə 7 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Birlik müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.



17-11-2021, 08:05 | Ünvanlı dövlət sosial yardım müraciətinə hansı halda imtina cavabı verilir?

Ünvanlı dövlət sosial yardım müraciətinə hansı halda imtina cavabı verilir?


Vətəndaş Vahid Elektron Müraciət Təyinat Altsisteminə (VEMTA) gəliri ilə bağlı məlumatı düzgün bəyan etmədikdə ünvanlı dövlət sosial yardım müraciətinə imtina cavabı verilir.

Trend-ə istinadən xəbər verir ki, bunu DSMF-nin "Sosial saat" verilişində çıxışı zamanı Fondun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov deyib.

O qeyd edib ki, ünvanlı dövlət sosial yardım müraciətlərində ən çox rastlaşdığımız imtina səbəbləri bəyan edilən gəlirlər ilə bağlı uyğunsuzluqlar olur.

"Bir çox hallarda vətəndaşlar ailə gəlirlərini aylıq əsasda bəyan edirlər. Lakin VEMTA-da son müraciət etdiyi gündən geriyə son 12 ayın gəlirləri bəyan edilməlidir. Bundan əlavə, ailə tərkibi düzgün qeyd edilməlidir" - deyə, o bildirib.

6-11-2021, 09:02 | Koronavirus öz-özünə sönəcək: Bəs nə vaxtdan? - Həkim AÇIQLADI

Koronavirus öz-özünə sönəcək: Bəs nə vaxtdan? - Həkim AÇIQLADI

"Ölkədə COVİD-ə yoluxanların sayı bir qədər artıb. Bunu sürətli artım hesab etmək olmaz".

Bunu milli.az-a açıqlamasında həkim-infeksionist Azər Nağıyev deyib.

İnfeksionist bildirib ki, yoluxanların sayında kəskin artım mümkün deyil:

"Dördüncü dalğanın nə vaxt bitəcəyini proqnozlaşdırmaq olmur. Çünki pandemiyanın başladığı vaxtdan geridə qalan zaman müddətində gördük ki, məhdudlaşdırıcı tədbirlər nəticəsində yoluxma sayı kəskin azalır, ondan sonra təzədən artanda bu, yeni dalğa kimi dəyərləndirilir. Amma bu dəfə yüngül azalma olandan sonra təhsil müəssisələri, məktəblər açılandan sonra yoluxma sayı yenidən artdı. Hələ yoluxma müəyyən rəqəmlərdə stabil durur.

4-cü dalğanın bu gedişlə nə qədər uzanacağını proqnozlaşdırmaq mümkün deyil. Amma düşünürəm ki, kəskin artım da mümkün deyil. Çünki artıq bir hissə yoluxdu, xəstəliyi keçirdi, böyük bir hissə artıq peyvənd olunub və peyvəndləmə prosesi də sürətlə davam etdirilir. Ona görə kəskin epidemioloji vəziyyətin yaranacağı ən azından yaxın vaxtlarda gözlənilmir.

Köhnə qaydalara görə digər virus infeksiyalarının epidemioloji gedişatlarını nəzərdən keçirsək, bir neçə ildən sonra COVİD 19-un da adi bir virus infeksiyasına dönəcəyini deyə bilərik. Amma onun nə zaman baş verəcəyi biraz bəlli deyil. İnsanlarda kütləvi immunitet formalaşacaq. Ondan sonra əlbəttə ki, infeksiya öz-özünə sönəcək. Biz "Pandemiyaya qalib gəldik" deyəcəyik, amma virus öz-özünə sönəcək".

Təhməz Əsədov

4-11-2021, 09:47 | Dövlət Komitəsi şad xəbəri açıqladı: Bu şəxslərə ev veriləcək

Dövlət Komitəsi şad xəbəri açıqladı: Bu şəxslərə ev veriləcək


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhərində 1242 ailəlik qəsəbə tikilməkdədir.

Komitədən verilən məlumata görə, tikintisi 2021-ci ilin ortalarında başlayan qəsəbənin, 2022-ci ilin ortalarında istifadəyə verilməsi gözlənilir.

Dövlət Komitəsi tərəfindən 2019-2020-ci illərdə ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksləri Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi iştirakçılarına, Qarabağ əlillərinə, şəhid ailələrinə, əlillərə verildiyi kimi, 1242 ailəlik qəsəbənin də tikintisi başa çatdıqdan sonra, həmin kateqoriyadan olan insanlara verilməsi nəzərdə tutulub.

Azərbaycanın ötən ilin payızında Ermənistanı məğlubiyyətə uğradaraq, öz tarixi ərazilərini işğaldan azad etməsi nəticəsində yaranan yeni reallıqlar, o cümlədən məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına hazırlıq başlayıb. Təhlükəsizlik şəraiti, kommunikasiya təminatı yaradıldıqdan, yaşayış sahələri bərpa olunduqdan və yenidən tikildikdən sonra məcburi köçkünlərin, beynəlxalq normalar əsasında, həmin ərazilərə köçürülməsinə başlanacaqdır.

4-11-2021, 06:00 | Koronavirusa yoluxduğuna görə dərsə getməyən müəllimlərin əməkhaqqında heç bir kəsinti olmur - RƏSMİ

Koronavirusa yoluxduğuna görə dərsə getməyən müəllimlərin əməkhaqqında heç bir kəsinti olmur - RƏSMİ

Koronavirusa yoluxub dərsə getməyən fənn müəllimlərini həmkarları əvəz edir və onların əməkhaqlarında heç bir kəsinti olmur.

Bunu Trend-ə açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

O bildirib ki, bu hal pandemiyadan əvvəl də belə tənzimlənirdi: "Yəni, hansısa bir müəllim hansısa xəstliyə görə işə gəlməyəndə onu digər müəllim yoldaşı əvəz edirdi. İbtidai siniflər distant təhsilə keçəndə isə müəllim tədrisi onlayn formada davam etdirir. Bu hallara görə müəllimin əməkhaqqında heç bir kəsinti olmur. Belə bir hal olmayıb".


21-10-2021, 11:00 | Bütün müavinət, təqaüd, kompensasiyalar BU TARİXDƏ ödəniləcək

Bütün müavinət, təqaüd, kompensasiyalar BU TARİXDƏ ödəniləcək


Oktyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.