4-08-2026, 08:56 | "48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi"

"48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi"


Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb.

Respublica.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:

"48 il bir yerdə olduğum, məni qabaqlayıb dünyasını dəyişən qadın mənə qadının necə olduğunu öyrətdi. Deyirlər ki, qadın kişidən ağıllı olmamalıdır. Əksinə... Vahidə çox güclü şəxsiyyət idi. Çox ağıllı, mütaliəli, maraqlı insan idi. Vahidə dünyasını dəyişəndə dedim ki, səninlə sona qədər tanış ola bilmədim. Qadın bir gücdür, onu oxumaq, qaldırmaq, anlamaq mümkün deyil. Qadın mənim üçün ən azından əxlaqımdır, yerişimdir, danışığımdır. Qadın məni tərbiyə edir".

F.Manafov əxlaq anlayışından da söz açıb:

"Əxlaq həyata olan münasibətdir. İstəmirəm deyim ki, bu, mədəniyyətdir. Biri var daxili, biri də var öyrənilmiş mədəniyyət. Bundan asılı deyil. Bu, insanda ya var, ya da yoxdur".

Aktyor zamanın sürətlə keçməsindən də bəhs edib:

"Tanrı bizi tələsdirir. Təsəvvür edin ki, 24 saat hər zaman var. Saat eyni gedir, amma işıq və qaranlıq tələsir. Əvvəllər çatdıra bildiyim işi indi eyni vaxtda çatdıra bilmirəm. Nə baş verdiyini bilmirəm. Artıq bələkdə olan uşaq telefonu məndən yaxşı bilir". (Axşam.az)

Respublica.az

4-08-2026, 08:51 | Zülfiyyə nəvələri ilə - FOTOLAR

Zülfiyyə nəvələri ilə -  FOTOLAR


Əməkdar mədəniyyət işçisi, aşıq Zülfiyyə İbadovanın nəvələri ilə yeni fotosu diqqət çəkib.

Görüntünü sənətçinin oğlu Babəkin övladı Renat sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, aşığın iki nəvəsi var. Paylaşım izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Respublica.az









3-08-2026, 06:31 | "Dima Bilan, tamaşaçılardan üzr istəməlisən"

"Dima Bilan, tamaşaçılardan üzr istəməlisən"


Rusiyalı müğənni Dima Bilanın Moskvada baş tutan konserti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Respublica.az xəbər verir ki, buna səbəb səhnənin həddindən artıq hündür qurulması olub. Tamaşaçılar bildiriblər ki, hətta ön sıralarda əyləşənlər belə ifaçını rahat görə bilməyiblər.

Konsertdən sonra sosial şəbəkələrdə Dima Bilana ünvanlanan çoxsaylı tənqidi rəylər yazılıb.

İzləyicilər "Birinci sırada oturanda belə belə olursa, digərləri nə etsin?", "Görmək üçün nə etməli idik?", "Təşəkkür, Dima. İnsanlar heç nə görə bilmədi", "Dima, izləyicilərdən üzr istəməlisən" kimi şərhlərlə narazılıqlarını ifadə ediblər.

Müğənni isə hələlik məsələ ilə bağlı açıqlama verməyib./Axşam.az

Respublica.az

27-07-2026, 07:11 | Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu


Xalq artisti Aygün Kazımova "DreamFest" beynəlxalq musiqi festivalının firuzəyi xalçasında görüntülənib.

Respublica.az xəbər verir ki, ölkənin əsas ulduzu tədbirə xüsusi tərzi ilə damğa vurub.

Pop kraliça zövqlü geyimi və fərqli saç düzümü ilə diqqət mərkəzində olub, qonaqların və fotoqrafların marağına səbəb olub./Axşam.az

Respublica.az

26-02-2026, 10:17 | İzzət Zeynallı faciəvi şəkildə öldü

İzzət Zeynallı faciəvi şəkildə öldü


Uzun illər turizm sahəsində çalışmış İzzət Zeynallı faciəvi şəkildə vəfat edib.

Miərhum uzun müddər "Summer Tour Azerbaijan" şirkətində Turizm Məhsulları Şöbəsinin rəhbəri vəzifəsində çalışıb və 1 ildən çox müddətdir işdən ayrılıb.

İzzət Zeynallı Vətən müharibəsi iştirakçısı olub və medallara layiq görülüb.(yenisabah)

16-02-2026, 15:09 | Məşhur xanəndə Zaurun qalmaqallarına görə 4 aydır EFİRƏ ÇIXMIR

Məşhur xanəndə Zaurun qalmaqallarına görə 4 aydır EFİRƏ ÇIXMIR


Əməkdar artist Babək Niftəliyev "Rəngarəng" verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Xanəndə son 4 ayda efirlərdə az görünməsinin səbəbini açıqlayıb və bəzi qalmaqallara münasibət bildirib.

Sənətçi qeyd edib ki, aparıcı Zaur Nəbioğlu ətrafında yaranan müzakirələrə görə efirlərə çıxmaq istəmir:

"Xalqın içindəyik. Bəzi hallarda deyirlər ki, Zaur filankəslə niyə belə etdi, yaxşı oğlan deyil və s. Mən deyirəm ki, siz onunla bir süfrədə oturmamısınız, yaxından tanımırsınız. Real həyatda yaxşı insandır, həm də gözəl aparıcıdır".

Babək Niftəliyev bildirib ki, bəzi qalmaqalları bu veriliş yaradır və digər aparıcılar da eyni müzakirələrin arxasınca gedir:

"Zaur bəzən qalmaqal yaradır, bir çox aparıcı da o mövzunun ardınca düşür. Ona görə də belə vaxtlarda efirə getmirəm. Sakitlik olsun, sonra çıxım. Tamaşaçılar az görünməyimdən şikayət edir, amma səbəb budur".

Xanəndə vurğulayıb ki, indiyədək adı heç bir qalmaqalda hallanmayıb:

"Mən həmişə sənətimlə gündəmə gəlmişəm. Kimi kiməsə söz atır, kimisi saç yolur - baxıram, ürəyim ağlayır. Mədəniyyətimiz, musiqimiz niyə bu günə düşməlidir? Bəzi aparıcıları qınayıram".

Onun bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin mövqeyini dəstəkləyiblər.milli.az

16-02-2026, 14:49 | Əməkdar artist ilk dəfə xanımı ilə GÖRÜNTÜLƏNDİ - FOTO

Əməkdar artist ilk dəfə xanımı ilə GÖRÜNTÜLƏNDİ - FOTO


Əməkdar artist Ehtiram Hüseynov həyat yoldaşı ilə Axşam.az obyektivinə tuş gəlib.

Cütlük birlikdə Əməkdar artist Abbas Bağırovun konsertinə qatılıb.

Qeyd edək ki, E.Hüseynovun 2 övladı var. O, hazırda Qarabağ Universitetində müəllim kimi çalışır.


7-02-2026, 09:18 | "Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"

[center]"Bir "Bayatı-şiraz"ın var, indi xırıldayırsan, OXUMURSAN!"[/center]

Aşıq Namiq canlı efirdə müğənni Tacir Şahmalıoğlunun ünvanına səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlib.

Dənətçi Tacir Şahmalıoğlunun onun sənəti ilə bağlı səsləndirdiyi tənqidlərə emosional şəkildə reaksiya verib. Aşıq Namiq bildirib ki, bəzi ifaçıların yaşı irəlilədikcə davranışları da dəyişir və artıq nə danışdıqlarının fərqində olmurlar:

"Bəzilərinin yaşı 60-a çatıb, ağılları yüngülləşib, bilmirlər nə danışırlar. Bir dənə 'Bayatı-Şiraz' oxumusan, nə xidmətin olub? İndi sən oxumursan, xırıltı ilə səslər çıxarırsan".

Aşıq Namiq vurğulayıb ki, onun şəxsi kimliyinə və sənətinə toxunulmasını heç vaxt qəbul etməyəcək:

"Kimliyindən asılı olmayaraq, mənim şəxsiyyətimə toxunsa, cavabını alacaq. Elə söz deyərəm ki, deyəni yerində qoyar. 'Oxuya bilmirəm' deyəndə yola verirəm, amma sənətimi təhqir etməyə heç kimin haqqı yoxdur".

Sənətçi özünü ustad şagirdi adlandıraraq cavabının təkcə Tacir Şahmalıoğluna deyil, ümumilikdə sənətə hörmətsizlik edənlərə yönəldiyini deyib:

"Mən ustad ocağından çıxmışam. Cavabımdan sonra bir çox müğənnilər zəng edib dedi ki, düz deyirsən, boğaza yığılmışıq. Hər 'mən-mən' deyən sənətkar deyil. Zeynəb Xanlarova, Yaqub əmi, Cabbar, Səxavət, hələ yeni nəsil xanəndələri demirəm, onlar kimdir?"

Aşıq Namiq əlavə edib ki, sənətdə hörmət və çəkini qorumaq vacibdir:

"Yaxşı saz ifaçısını görəndə sənətini qəbul edirəm. Amma sambalını saxla ki, desinlər filankəs gəlir. Beşgünlük dünyada qəlbə dəyməyə dəyməz".

Sənətçi sosial şəbəkələrdə yayılan görüntülərə də toxunaraq bildirib ki, onun çıxışı Tacir Şahmalıoğlunun açıqlamasından daha çox maraq doğurub:

"Onun danışığına 20 min baxış olub, mənim çıxışıma isə 80-90 min baxış, 2 minə yaxın rəy yazılıb və əksəriyyəti mənim tərəfimdədir. Mən xalqın qarşısında baş əyirəm".

Aşıq Namiqin bu çıxışı efirdə və sosial şəbəkələrdə geniş rezonans doğurub, sənət cameəsində ciddi müzakirələrə səbəb olub.


Milli.Az

25-08-2025, 11:45 | Hakan Handedən anasına görə ayrılıb?

Hakan Handedən anasına görə ayrılıb?


Aktrisa Hande Erçelin iş adamı sevgilisi Hakan Sabancıdan ayrıldığı iddia olunub.

Buna səbəb cütlüyün birgə bütün fotolarını silməsi olub.

Onlar bir-birilərini izləsələr də, şəkilləri silməkləri diqqət çəkib. Hakan Sabancının anası da paylaşımı ilə gündəmə gəlib.

Hande Erçeli bəyənmədiyi xəbəri yayılan Arzu Sabancı "Cəhalət yuxu kimidir. Sizi oyandıran insana ilk reaksiyanız qəzəbdir" sözlərini yazıb.


25-08-2025, 09:40 | O da gözəllik üçün bıçaq altına yatdı

O da gözəllik üçün bıçaq altına yatdı


Müğənni Əminə Şirin maraqlı etirafı ilə diqqət çəkib.

Sənətçi bədənşəkilləndirmə əməlliyyatı etdirdiyini bildirib.

"Mən plastik əməliyyatlar etdirmişəm. Bədənşəkilləndirmə də eləmişəm. Bir az da qəşəng olum".

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.