"Müğənni siqaret çəkib, içki içməməlidir" - Brilliant Dadaşova
"Bəziləri müğənnini görünüşünə, bəzisi isə qulağı ilə sevir. Elə bu da qadın kimidir: elə qadınlar var ki, qulağı ilə sevir, gözəl sözlərə aldanır. Eləsi də var ki, zahiri görünüşə, intellektə baxır. Həm də maddiyat böyük rol oynayır. Həyat tərzi çox bahalaşıb. Musiqidə də böyük vəsaitlər var. Bizim sənət bahalıdır. Mahnı almaqdan, studiyaya qədər xərclənən pullar... Bir şeyi iki dəfə geyinəndə zəng edirlər ki, onu geyinmişdin də".
Bu sözləri Xalq artisti Brilliant Dadaşova "Özəl" proqramında deyib. O, müğənnilik sənətinin bahalı olmasından danışıb. Dadaşova bildirib ki, sənət adamları bir geyimi iki dəfə geyinə bilmir.
Müğənni eyni zamanda gənclərin həyat yoldaşı seçimindən gileylənib:
"İndi gənclər üçün öz yarısını tapmaq çət.
axşam.az
Tarix: 10-10-2021, 10:22