Məktəbdə oxuyanda oğlanları döyürdüm" - Sevda Ələkbərzadə
Məktəbdə oxuyanda oğlanları döyürdüm" - Sevda Ələkbərzadə


"Anama çox bağlı olmuşam, onsuz bir gün də qalmırdım. Bir dəfə məni nənəmgildə qoydu, səhərə kimi onun paltarını qucaqlayıb ağlayırdım. Məktəbdə oxuyanda oğlanlar məndən qorxurdu, onları döyürdüm. Buna görə də valideynlərimi tez-tez məktəbə çağırırdılar".

Bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə "Özəl" proqramında danışıb. müğənni uşaqlığından, anasına bağlılığından danışıb.

S.Ələkbərzadə bir çoxlarının onun ifasından öyrənib ali məktəbə daxil olduğunu söyləyib:

"Kimin üçünsə məktəb olursansa, bu, yaxşıdır. Örnək olmaq başqa, məktəb olmaq başqadır. Mən məktəb oldum. Gələcəkdə də məktəb olacam. Ali məktəblərə mənim oxuduğum mahnıları öyrənir, universitetə daxil olurlar. Virtual müəlliməyəm. Londonda, İranda, Praqa, Türkiyədən bunu mənə yazırlar. hamısı da ali məktəbə daxil olur. Məni dinləyib, öyrənib, mənim kimi ifa edirlər. Ola bilsin başlanğıcda bunu edirlər, amma sonradan özlərini tapmalıdırlar".
Tarix: 20-10-2021, 08:40