Əməkdar artist: "Musiqidə "tərbiyəsiz" müğənnilərin diskləri daha çox satılır"
Əməkdar artist: "Musiqidə "tərbiyəsiz" müğənnilərin diskləri daha çox satılır"

Əməkdar artist Teymur Əmrah yeni açıqlaması ilə gündəmə gəlib.

"Tarixin bir günü" proqramına qonaq olan musiqiçi "tərbiyəsiz" ifaçıların disklərinin daha çox satıldığını bildirib:

"O vaxtlar yadınıza gələr, bəzi studiyalar original disklər buraxırdılar. Orada klassik şöbənin rəhbəri mən idim. Rəşid Behbudov, Şövkət Ələkbərova, Əlibaba Məmmədov kimi sənətkarların disklərinə təşkilatçı olaraq mənim adım qeyd edilirdi.

Bir gün bir alıcı gəlib toy müğənnisinin diskini soruşdu. O, tərbiyəsiz müğənni idi. Musiqidə "tərbiyəsiz" idi. Dedi ki, "Bunun diski yaxşı satılır, yoxsa Rəşid Behbudovun diski?" Dedim ki, o, hər il mahnı oxumalıdır ki, gündəmdə qalsın və diskləri daha çox satılsın. Amma Rəşid Behbudovun diskləri isə azad satılır, hər zaman da satılacaq".

oxu.az
Tarix: 2-11-2021, 06:29