"İnsanların psixoloji durumu bərbad vəziyyətdədir" - Xatun
"Hamımıza məlumdur ki, çox ağır günlərdən keçmişik və hələ də keçirik. Həm müharibə, həm də pandemiya zamanı saysız-hesabsız itkilər verdik".
Bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Stilist qardaşı Balaşı itirən ifaçı maddi və mənəvi sıxıntılar yaşadığını bildirib:
"Maddi və mənəvi çox sarsıldıq, ən əsası da insanların psixoloji durumu bərbad vəziyyətdədir. Həyat davam edir, səbrlə güc tapıb yaşamaq lazımdır. Mənə də bu çətin günlərdə barmaqla sayılacaq dostlarım və xalq dəstək oldu".
Tarix: 5-11-2021, 05:10