Aparıcılara şərt qoydu: "Mənə meyxanaçı deməyin" - VİDEO
Aparıcılara şərt qoydu: "Mənə meyxanaçı deməyin" - VİDEO

Müğənni Samirə Yusifqızı aparıcılara səslənib.

İfaçı "Həmin Zaur" verilişində bildirib ki, bu gündən sonra aparıcılar ona meyxanaçı deməsin:

"Buradan bütün efirlərə müraciət edirəm. Meyxana demək bacarığımın olması o demək deyil ki, mən meyxanaçıyam. Ustad meyxanaçıların yanında özümə meyxanaçı deməyim gülüncdür. Mən ali savadlı müğənniyəm. Vokal, muğam bitirmişəm. 17 il musiqi təhsilim var. Meyxanadan qabaq da tanınmışam. "Toylar kraliçası" olmuşam. AzTV-nin solisti olmuşam və dövlət tədbirlərində çıxış eləmişəm. Mənə meyxanaçı deyəndə sənətimə olan bütün həvəsim ölür".

lent.az
Tarix: 7-11-2021, 08:54