"Şeron"la o tədbirdə utandım girdim yerə"
"Şeron"la o tədbirdə utandım girdim yerə"


"Şeron"da oxuyanda da fərqli idim. Hamı qara geyinirdi, mən ağ kostyumda gəlirdim. Birlikdə qatıldığımız sonuncu toy Xalq artisti Faiq Ağayevinki idi".

axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "7 Canlı" proqramında deyib. İfaçı "Şeron" qrupundan ayrılma səbəbini açıqlayıb:


"Bir dəfə Anar Məmmədxanov dedi ki, uşaqlar, başqa mahnınız yoxdur? Utandım, girdim yerə. 3 il fəaliyyət göstər, 3-4 mahnı olsun, 1 klip olmasın və az sayda kostyum olsun. Dedim, artıq mən dözə bilmirəm, çıxıram. Xoşlamıram kimsə desin ki, təzə mahnı yoxdur?".

Qeyd edək ki, Vaqif Gərayzadənin rəhbərliyi altında fəaliyyətə başlayan "Şeron" qrupunun solistləri Elnur Məmmədov, Samir Cavadzadə, Rüstəm Zeynallı, Ülvi Cəfərov olub.
Tarix: 15-06-2022, 09:22