Nişanlısından 3 gün sonra öldü - 4 gün sonra toyları olacaqdı
QƏZA
İyunun 12-si Şəki şəhərində toya hazırlaşan nişanlı cütlük qəzaya uğrayıb. "Mersedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan nişanlısı 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.
qafqazinfo-ya istinadən xəbər verir ki, Balakən rayon Hənifə kənd sakini olan Göyüşova Günel bu gün Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Qeyd edək ki, cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı.
Tarix: 15-06-2022, 15:13