20-05-2022, 10:45 | Aygün Kazımova əməliyyat olundu

Aygün Kazımova əməliyyat olundu



Xalq artisti Aygün Kazımova xarici görünüşündə dəyişiklik edib.

olay-a istinadən xəbər verir ki, pop ulduz ötən gün plastik əməliyyat etdirib.
Ətraflı

Hər addımı ilə diqqət çəkən, tez-tez imicini dəyişən "Diva" bu dəfə buxaq nahiyəsindəki piylərdən azad olub.

9-05-2022, 22:20 | "Buna cürətin çatmaz" - Eldənizdən Gülaya

"Buna cürətin çatmaz" - Eldənizdən Gülaya


Müğənni Eldəniz Məmmədov Gülay Zeynallının ondan inciməsinə cavab verib.

axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Şourum" kamerası qarşısında duet ortağına zəng edib, barışmaq istədiyini demək istəsə də, Gülay cavab verməyib:

"Ola bilsin inciklik var, amma boş şeydir. Əslində mən küsməliyəm. Gülay xanım qəlbimə dəyib, inciklik ondan yaranıb. Bunu da mən ona bildirmişəm, o, mənə yox. Sən məndən küsə bilməzsən, buna sənin cürətin çatmaz. Bitirə bilməz. Bitirmək istəsə də, ailəsi imkan verməz. Əgər qəlbinə dəymişəmsə bağışla. Amma belə incikliklər çox olub. Bundan da pisi olub, barışmışıq".

Milli.Az

1-03-2022, 10:06 | Azərbaycanlı müğənnilərə Rusiya toylarına getmək qadağa qoyulub?

Azərbaycanlı müğənnilərə Rusiya toylarına getmək qadağa qoyulub?


Pandemiya dövründə ölkədə toyların keçirilməsi qadağan olunduğu üçün bir çox yerli müğənnilər Rusiya, Gürcüstan və digər ölkələrdəki toylara üz tutmağa başladılar. Hazırda ölkədə toyların keçirilməsinə icazə verilsə də, bəzi müğənnilər hələ də Moskva toylarının sevimliləridir və bu ənənə dəyişmir. Lakin son günlərdə Rusiya-Ukrayna hərbi münaqişəsinin gərgin hal aldığını nəzərə alsaq, toyların keçirilməsi sual altına düşür.

Bəs görəsən yerli sənətçilər bu vəziyyət haqqında nə düşünür? Rusiyadan bu günlərdə toy təklifi alıblarmı?

Milli.Az xəbər verir ki, müğənni Afət Fərmanqızı bizim.media-ya açıqlamasında gərginlikdən narahat olduğunu dilə gətirib:

"Moskvadan 4-5 gün olar gəlmişəm, konsertim var idi. Mən gedəndə hələ müharibə başlamamışdı, xəbərlər gəzirdi sadəcə. Mən arxayın oldum ki, dolların məzənnəsində heç bir dəyişiklik olmaz amma sonra1 manata yaxın artımın olduğunu gördük. İndi də vəziyyət gözqabağındadır, insanlar kartdan belə 1 rubl çıxara bilmirlər. Mart ayının axırında Tumendə toya dəvət olunmuşam. Heç bilmirəm gedə biləcəyəm, ya yox. Ümidimiz var ki, ayın sonuna qədər vəziyyət düzələ, əks halda çətin olacaq".
İfaçı Damla ilə əlaqə saxladıq. Telefon zəngimizi prodüsseri cavabladı. Onun sözlərinə görə, əvvəlki templə işlərinə davam edirlər:

"Mart ayına 7-də tədbirə dəvət olunmuşuq. El şənliyi də var. Məbləği də dollarla danışmışıq. Təzəlikcə ordakılarla da əlaqə saxlamışıq, bizə hər şeyin qaydasında olduğunu deyiblər. Biletlərimizi alıb hazır saxlamışıq heç bir narahatlıq yoxdur".
Əməkdar artist Elnarə Abdullayeva isə hadisələrdən xəbərsiz şəkildə toya əvət olunmadığını bildirdi:

"Hələ ki, heç bir toya dəvət almamışam. Heç bir fikirim yoxdur bu məsələlərlə bağlı. Problem olmasa, toya dəvət edilsəm təbii ki, iştirak edəcəyəm".

Müğənni Zenfira İbrahimova isə hazırda Rusiyadadır və toy şənliklərində iştirak edir. Şəbnəm Tovuzlu isə hazırda çəkilişdə olduğunu qeyd edərək sualımızı cavablamadı. Bəllidir ki, hazırda ölkədədir. Nə deyək, təki ölkədə olub sağ-salamat işlərinə davam etsinlər.

27-12-2021, 11:22 | "Həmin zülmü yenidən çəkmək istəmirəm" - Zaur Baxşəliyev

"Həmin zülmü yenidən çəkmək istəmirəm" - Zaur Baxşəliyev


Əvvəlki yaşıma qayıtmaq istəmirəm. Elə 41 yaş yaxşıdır. Əgər əldə etdiklərim əlimdə qalacaqsa, 20 yaşıma qayıtmaq istəyərəm. İndi statusla, həm maddi, həm mənəvi əldə etdiklərimlə qayıdaram. Qayıdıb yenidən o zülmü çəkmək istəmirəm. Nə çəkmişəmsə, bəsdir".

axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" proqramında deyib. O, proqramda tamaşaçılara ünvanladığı "Hansı yaşa qayıtmaq istəyərsiniz" sualına özü də cavab verib.

"Hər yaşın öz gözəlliyi var. İstəmirəm hansısa yaşa qayıdım. Adamlar var deyir ki, məktəb və universitet illərinə qayıdardım. Mən heç birinə istəmirəm. Yaşadıqlarımızın hamısı gözəldir".

15-12-2021, 07:40 | "28 yaşında evdə qalan qız yoxdur, hamısı küçədə..." - Azərbaycan gözəli

"28 yaşında evdə qalan qız yoxdur, hamısı küçədə..." - Azərbaycan gözəli


"Miss Azərbaycan 2019"un qalibi növbəti müzakirələrə səbəb olan fotosessiyasını etdirib.

lent.az-a istinadən xəbər verir ki, model yarıçılpaq şəkillərini paylaşaraq "sözlərimin arxasındayam" qısa şərhini yazıb.

Qeyd edək ki, bir müddət öncə o, "Artıq 28 yaşında evdə qalan qız yoxdur. Hamısı küçədə qalır" video açıqlaması müzakirələrə səbəb olmudşu.

26-11-2021, 13:05 | Arvadına 50 min dollarlıq hədiyyə aldı

Arvadına 50 min dollarlıq hədiyyə aldı


Türkiyəli aktyor Tolqahan Sayışman həyat yoldaşına aldığı hədiyyə ilə gündəmə gəlib.

Olay-a istinadən xəbər verir ki, model və aktrisa Almeda Abazi ilə evli olan sənətçi ona brilyant boyunbağı alıb.

Zinət əşyasının dəyərinin isə 50 min dollar olduğu bildirilib.

Qeyd edək ki, cütlüyün iki övladı var.

22-11-2021, 09:07 | Nadir Qafarzadə həyat yoldaşı Sevinc ilə

Nadir Qafarzadə həyat yoldaşı Sevinc ilə


Müğənni Nadir Qafarzadə sosial mediada paylaşım edib.

big.az-a istinadla xəbər verir ki, o, İnstaqram hesabında yeni fotosunu paylaşıb. Fotoda sənətçinin həyat yoldaşı Sevinc də yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub.

Həmin fotonu təqdim edirik:

17-11-2021, 07:43 | Əməkdar artistin qızı Elizabet 13 yaşında - FOTOlar

Əməkdar artistin qızı Elizabet 13 yaşında - FOTOlar


Əməkdar artist Manana Caparidzenin qızı Elizabet 13 yaşını qeyd edib.

olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında görüntüləri izləyiciləri ilə bölüşüb.

"Bir neçə gün əvvəl, bizim həyatımın mənası, sevgim və xoşbəxtliyim, Qızımın Ad Günü qeyd etdik. Elizabet artıq 13 yaşındadır. Rəsmi olaraq yeniyetmədir. Möcüzəvi hədiyyə üçün Allaha şükür! Doğum günün mübarək olsun, balam, biz səni çox sevirik!", - deyə, Manana bildirib.

Qeyd edək ki, Manana Caparidze Georgi adlı şəxslə evlidir. Cütlüyün bir oğul və bir qız övladı var.

17-11-2021, 07:41 | Qalmaqallı verilişdə ayrılıq

Qalmaqallı verilişdə ayrılıq


Model və aparıcı Deniz Akkaya "Söylemezsem olmaz" proqramından ayrılıb.

olay-a istinadən xəbər verir ki, bu barədə verilişin digər aparıcıları Bircan Bali və Seren Serengil məlumat verib.

Qeyd edək ki, D.Akkaya bu mövsümdən etibarən aparıcılıq edirdi. O, canlı yayımda həbs olunaraq verilişə başlamışdı.

17-11-2021, 07:39 | Nahidə Orucova mədəkiçiltmə əməliyyatından sonra kökəldi

Nahidə Orucova mədəkiçiltmə əməliyyatından sonra kökəldi


Əməkdar artist Nahidə Orucova ötən gün obyektivimizə tuş gəlib.

axşam.az-a istinadən xəbər verir ki, aktrisa həmkarları Əmrah Dadaşov və Asya Atakişiyevanın toy məclisinə qatılıb.

Plastik əməliyyatla bir müddət əvvəl xeyli arıqlayan N.Orucovanın yenidən kökəlməsi diqqət çəkib.

Qeyd edək ki, aktrisa mədəkiçiltmə əməliyyatı etdirmiş və 35 kiloqram arıqlamışdı.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.