2-11-2021, 06:24 | Xoşqədəm Hidayətqızı: "Körpələrimi qucağıma ala bilmirdim, qorxurdum" - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı şəxsi həyatı ilə gündəmə gəlib.
Aparıcı xaricdə uzun müddətli çəkilişlərdən sonra Türkiyəyə qayıdıb. Hava limanında onu həyat yoldaşı Doğuş və əkizləri qarşılayıblar.
Bu haqda instaqram hesabında paylaşım edən Xoşqədəm əkizlərinə hamilə olan zaman yaşadığı çətinliklərdən də danışıb:
"20 ildən sonra övladlarım dünyaya gəldi. Artıq mən ikinci dəfə ana olurdum. Aradan çox vaxt keçmişdi. Həmin vaxt bir ay uşaqlarıma Minə xanım öz balaları kimi baxdı. Körpələrimi qucağıma ala bilmirdim. Qorxurdum ki, onları əlimdən salaram. Bu zaman o, mənə çox kömək etdi".
BAKU.WS
2-11-2021, 06:16 | Qaynana qorxusu və yeni sevgilisinin pulu - Müğənnini açıq-saçıq geyimlə səhnəyə çıxmaqdan çəkindirdi

Konsertlərində üstünlük verdiyi açıq-saçıq çimərlik geyimlərini ciddi geyimlərlə əvəzləyən müğənni Hadisə bunu Mehmet Dinçerlərlə eşq yaşamağa başlayandan sonra edir. Ötən axşam bir məkanda səhnəyə çıxan müğənni qara uzun kombinezona üstünlük verib.
türk mediasına istinadən xəbər verir ki, İş adamı Mehmet Dinçerler ilə sevgili olan Hadisə keçən həftə gələcək qaynanası ilə də görüşüb. Mahnılarını oxuyarkən çəkdirdiyi fotoları İnstaqram hesabında yayımlayan Hadisə paylaşımına yalnız qara ürək və mikrofon qoyub.

2-11-2021, 06:10 | Əməkdar artist arvadını DÖYÜB: Elə deməyi ilə vurmağım bir oldu

Əməkdar artist Cavanşir Məmmədov həyat yoldaşını döyməsindən söz açıb.
Müğənninin sözlərinə görə, xanımı Xalidəyə yalnız bir dəfə əl qaldırıb:
"Bir həftə idi evlənmişdik. Gecə saat ikinin yarısı idi, toydan evə gəldim. Qapını açan kimi dedi ki, adam da bu vaxt evə gələr? Elə deməyi ilə vurulmağım bir oldu. Özümdən aslı olmayaraq onu vurdum. Demirəm ki, düz edib vurdum. Onu başa salmaq lazım idi. Amma elə bir yerdən gəlirdim ki, hövsələm daralmışdı. Kişi evə gələndə qadın ürəyində deməlidir ki, şükür olsun, sağ-salamat gəldi. Ondan sonra qarşısına çay qoymalısan, sonra deməlisən ki, necəsən? Mənim evimə gəlmisən ki, mənə qanun qoymağa? Yoxsa, mənə göstəriş verməyə gəlmisən?"
1-11-2021, 20:43 | Oğluna ərinin adını qoydu

Türkiyənin pop ulduzu Bengü ikinci dəfə ana olub.
Sənətçinin bu dəfə oğlan övladı dünyaya gəlib. Müğənni oğluna həyat yoldaşının adını, yəni Selim qoyub.
Qeyd edək ki, Bengünün ilk övladı Zeyneb 2019-cu ildə doğulub.
1-11-2021, 20:31 | İki sevgilisi olan Səidə Sultan: İki oğlan idi, dostluq etmişdik

"Bir müddət əvvəl bəd auranın içərisində idim. İşlərim alınmırdı. Allah onları məndən uzaqlaşdırdı".
Bu sözləri "Günün sədası" proqramında müğənni Səidə Sultan deyib. O, dostlarından ayrıldıqdan sonra işlərinin qaydasına düşdüyünü söyləyib:
"Yolum açıldı, ruzim oldu. İki insan həyatımdan çıxandan sonra həyatım dəyişdi. İki oğlan idi, dostluq etmişdik".
Sənətçi şəxsi həyatı ilə bağlı sualları da cavablandırıb. Səidə qeyd edib ki, çox istədiyi, dəyər verdiyi insan var:
"Hörmət olmayan yerdə gözəl heç nə olmur. Sevgi sözünü işlətməyə qorxuram. İnsan sevgini bir dəfə yaşayır. Ondan sonra olmur. Ona görə hörmət edirəm ki, qanacaqlı adamdır. "Panyatka" kişinin gözmuncuğudur".
1-11-2021, 20:25 | Mətanətin nəvəsi gecə saatlarında anasına bu səs yazısını göndərib - VİDEO

Mətanət İsgəndərlinin gəlini Canana "Tarixin bir günü" verilişində duyqusal anlar yaşayıb.
Milli.Az xəbər verir ki, əməkdar artistin keçmiş gəlini məhkəmənin qərarı ilə atası ilə yaşayan böyük övladının gecə saatlarında ona göndərdiyi səs yazısını verilişə təqdim edib. Aparıcı Tarix Əliyev (Tolik) həmin səs yazısını efirə verib. Canananın oğlu Tuncay anasının onları yatırarkən hər axşam oxuduğu mahnını göndərib.
Efirdə həmin səs yazısı səslənərkən əməkdar artistin keçmiş gəlini göz yaşını saxlaya bilməyib.
Xatırladaq ki, Kərim və Canananın üç övladı var. Cütlük bir neçə gün əvvəl boşanıb və uşaqların qəyyumluğu ataya verilib.
22-10-2021, 08:58 | “Desəydilər, həyat yoldaşın olacaq, gülərdim”

"Uşaq idim, evimizdən dəfələrlə səsi gəlirdi, televizorda görürdüm, verilişinə baxırdım... O gün desəydilər ki, bir neçə il sonra bu oğlan sənin sevdiyin adam, həyat yoldaşın, qızının atası olacaq, gülüb keçərdim".
Milli.Az olay-a istinadən yazır ki, bu sözləri aparıcı İlkin Həsəninin həyat yoldaşı, bloger Aysel Həsəni sosial media hesabında yazıb.
O, Həsəniyə təbriki belə ifadə edib:
"Tam 7 ildir 21 oktyabr mənim üçün vacib və sevincli günlərimdən biridir. Nə deyim? Daha təsəvvür belə etməyəcəyimiz qədər qeyd edək. Əl-ələ, sevgin, sevgimiz daim artsın. Hər gün daha bərk sevgi ilə günə birlikdə başlayıb, birlikdə bitirək.S əni sevirəm ad günün mübarək, mister Həsəni".
Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların Alisa adlı bir qızı var.
21-10-2021, 12:04 | “Qardaşım yanlış vurulmuş iynədən öldü” - Pərvin

Aktrisa Pərvin Abıyeva illər əvvəl yaşadığı qardaş itkisindən danışıb.
Bunu o, ilk dəfə "Özəl" verilişində etiraf edib. Abıyeva qardaşının həkim məsuliyyətsizliyi, yanlış vurulmuş iynədən həyatını itirdiyini deyib:
"Ailədə ortancılam. Məndən böyük bir bacım, özümdən altı yaş balaca bir qardaşım var. Bacımdan öncə rəhmətə getmiş bir qardaşım olub. Anam həmişə deyirdi ki, ona çox oxşayırsan".
Aktrisa ikinci, üçüncü sinfə qədər saçının qısa olduğunu bildirib:
"Anam məni oğlan kimi böyüdürdü. Bir növ məndə onu görürdü. Anam saçımı özü kəsirdi. Elə bil o saç məni oğlan kimi böyüməyə məcbur edib. Mənim uşaqlığımı xatırlayan insan indi məni görəndə şoka düşür ki, sən oğlan uşağı olmusan".
Qafqazinfo
21-10-2021, 11:02 | Toy tarixləri bəlli oldu

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyənin ən zəngin iş adamlarından olan Hacı Sabancı ilə Nazlı Kayının ailə arasında nikah mərasimi baş tutmuşdu.
Cütlük gələn ilin iyununda təmtəraqlı toy edəcək.
Çırağan Sarayında keçirilməsi planlaşdırılan məclisdə 650 nəfər iştirak edəcək.
20-10-2021, 08:54 | Əməkdar artistin qızı hicaba keçdi - FOTO

Əməkdar artist Rəfael İsgəndərovun qızı Gülarə İsgəndərova hicab bağlayıb.
Sənətçinin yazarlıqla məşğul olan qızı köhnə fotolarını sosial media hesabından silib.
Qeyd edək ki, G.İsgəndərova 2016-cı ildə Ələsgər adlı bəylə ailə qurub.




olay


















