6-09-2021, 10:07 | Xalq Artisti onlayn təhsilə qarşı çıxdı: İstədiyin səviyyə və keyfiyyət olmur

Muğam müsabiqəsi Şuşada keçirilə bilər".
Bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov deyib. Sənətkar bu il üçün keçirilməli olan Muğam müsabiqəsinin pandemiya səbəbindən təxirə salındığını da vurğulayıb:
"Bu il müsabiqənin vaxtı idi, amma olmadı, pandemiya imkan vermədi. Muğam müsabiqəsi canlı və tamaşaçı ilə keçirilməlidir. Müsabiqə tamaşaçısız olsa, o effekti verməyəcək. Hələ bundan əvvəl də müsabiqənin seçim turu olmalıdır. Seçim turu da bölgələrdə aparılır. Öncə müsabiqədə iştirak üçün 20 nəfər seçilməlidir". Sənətkar teatr və konsert salonlarının açılmasına ümid etdiyini bildirib:
"Yaradıcılıqdan, səhnədən uzaq qalmaq sənət adamları üçün çox çətindir. İki ilə yaxındır ki, səhnəyə çıxmırıq, teatr və konsert salonlarımız bağlıdır. Yoluxma çoxdur, görək nə qərar verəcəklər. Amma hələ rəsmi sevindirici xəbər yoxdur. Təkçə teatr deyil, konsert salonlarımız da qapalıdır. Ümid bəsləyirik ki, vaksinləşmə prosesindən sonra bəlkə yayılma azalar, salonlar açılar. Dərslərimiz də dayanıb. Bütün dərslər onlayndır. Onlayn dərsdə istədiyin səviyyə və keyfiyyət olmur, xüsusən də muğam sənətində".
30-08-2021, 06:42 | 50 yaşlı Aygün Kazımova dərin yarıqlı geyimdə - FOTO

Xalq artisti Aygün Kazımova sosial mediada yeni paylaşımı ilə diqqət çəkib.
Sənətçi "İnstagram" hesabında görüntülərini izləyiciləri ilə bölüşüb. Xalq artisti görüntüsündə dərin yarıqlı geyimi ilə diqqət çəkib. Onun paylaşımına çoxsaylı bəyəni gəlib.
Sözügedən fotoları təqdim edirik:



big.az
27-08-2021, 12:46 | Sponsor hesabına istirahət edirlər - FOTOlar

Türkiyənin məşhur cütlüyü Kərəm Bürsinlə aktrisa Hande Erçel Bodruma birgə istirahətə yollanıb.
Cütlüyün sponsor hesabına dincəldiyi deyilir. Sevgililər gecəsi 7 min TL olan oteldə istirahət edirlər. Xəbərlərin yayılmasına səbəb isə, Hande Erçelin sevgilisi ilə fotosunu paylaşaraq qaldıqları oteli də işarələməsi olub.
Qeyd edək ki, cütlüyün daha öncə Maldivdə də sponsor hesabına istirahət etdiyi deyilirdi.
26-08-2021, 13:47 | "Hamı bir-birini aldadıb, özünə xeyir güdür" - Xatirə gileyləndi

"Sizə elə gəlmir ki, son vaxtlar həyat çox maraqsız, mənasız və eyni zamanda çox adiləşdi?".
Bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb. Sənətçi son günlər sosial şəbəkədə paylaşdığı fotoları və yazdığı şərhləri ilə diqqət çəkib.
Sənətçi "Artıq insanlar bu həyatdan sağlamlıqdan başqa heç nə istəmir" deyə, sözlərinə davam edib.
"Özündən başqasına inanmayan qadın" deyən Xatirə daha sonra insanların etibarsızlığından gileylənib:
"İnsanlar dəyişir, bunu günbəgün hiss etmək olur artıq. Bu gözəl dünyanı insan əlləri yaratdı, insan əlləri də məhv etdi. Ana balaya, bala anaya yadlaşır. Hamı bir-birini aldadıb, özünə xeyir güdür. Allahım, özün kömək ol. Dünyamız murdarlanır".(axşam.az)
16-06-2021, 07:15 | Seda Ərbili təcavüzdə ittiham etdi - FOTO

Türkiyəli müğənni Seda Sayan şoumen Mehmet Əli Ərbilin onun haqqında dediyi "keçmişi təmiz deyil" sözlərinə cavab verib.
Sənətçi Mehmet Əli Ərbil ilə bütün fotolarını silərək İnstaqramın hekayə bölməsində bunları qeyd edib:
"Tuğba ilə evli olarkən evinizdə çalışan qulluqçuya təcavüz edəndə səssiz qaldığım üçün keçmişimin kirli olduğu doğrudur. Hələ ardı da var. Məncə işinlə məşğul ol, ruhunu təmizlə. Bu hadisə məni kirli etmir. Onsuzda boşanma səbəbin bu olduğu üçün bütün yaxınların, ailən hadisəni bilirdi. Hamı səni xilas etmək üçün çalışırdı. Mən yad idim. Keçmişi kirli olan sənsən".
Seda Sayan daha sonra paylaşımlarını silərək "Dua et uşaqlarının xətrinə, Allahdan üzr istə məndən yox" sözlərini yazıb. // axşam.az//



15-06-2021, 09:33 | "Ən böyük xəyalım qaçmaqdır" - Fatma

"Yeşilcam" ulduzu Fatma Girik müsahibəsi ilə gündəmə gəlib.
Başından və budundan əməliyyat olunan 78 aktrisa hazırda yeriməkdə çətinlik çəkdiyini deyib:
"Yuxularımda qaçıram. Əvvəlki günlərim üçün çox darıxıram. Ən böyük xəyalım qaçmaqdır".
F.Girik Bodrumdaki evini satışa çıxardığını və bacısı ilə İstanbuldakı evində yaşayacağını bildirib.
Qeyd edək ki, aktrisa kömək olmadan yeriyə bilmir.
axşam.az
15-06-2021, 09:15 | Afaq Gəncəli tanınmaz halda - FOTO

Aparıcı Afaq Gəncəli növbəti İnstaqram paylaşımı ilə diqqət çəkib.
O yeni fotolarını profilində yerləşdirib. İzləyiciləri onu tanıya bilmədiklərini söyləyiblər. Aparıcının görünüşündəki dəyişikliklər diqqətdən qaçmayıb. Hətta A.Gəncəlini Rəqsanə İsmayılovanın qızı Aysuna da bənzədənlər də olub

.big.az
4-06-2021, 08:21 | Karyerası məhv olan aktyor qalmaqallardan sonra ilk filmə çəkilir - FOTO

2017-ci ildə cinsi təcavüz iddialarından sonra karyerası məhv olan amerikalı aktyor Kevin Speysi Turin şəhərində italiyan rejissor Franko Neronun "L'uomo che disegnò Dio" ("Allahın şəklini çəkən insan") filmində çəkilişlərə başlayıb.
Bu barədə "La Repubblica" qəzeti xəbər yayıb.
Nəşr həmçinin Speysinin Turinin tarixi kafelərindən birində bir neçə fotoşəklini yayımlayıb.
Bundan əvvəl Neronun Hollivud ulduzunu yeni filmində rol almağa dəvət etdiyi bildirilmişdi.
"Kevinin razılaşdığına görə xoşbəxtəm. Onu görkəmli bir aktyor hesab edirəm və işə başlamağı səbirsizliklə gözləyirəm", - deyə rejissor bildirib.
Filmdə həmçinin məşhur italyan aktyorları Stefaniya Rokko və Massimo Ranyeri iştirak edəcək. Bundan əlavə, britaniyalı aktrisa Vanessa Redgrayv kiçik bir rol oynamalıdır.
Bu il 80 yaşı tamam olacaq Neronun özü, filmində yetkinlik yaşına çatmayanlara cinsi təcavüz etməkdə haqsız olaraq şübhəli bilinən bir kor rolunu oynayacaq.
Son dörd ildə Speysi 15 adama qarşı təcavüzdə günahlandırılıb, lakin heç kim günahkar olduğunu sübut edə bilməyib və məhkəmə işləri bağlanıb.
Buna baxmayaraq ittihamlar onun karyerasına təsir edib, qalmaqallar fonunda aktyor "Frank Andervud" rolunu oynadığı "House of Cards" serialının çəkilişindən uzaqlaşdırılmış, "All the Money in the World" filmindəki rolu isə Kristofer Plammerə həvalə olunmuşdu.
İki dəfə "Oscar" mükafatına layiq olan aktyor özü ona qarşı irəli sürülən bütün ittihamları qəti şəkildə rədd edir.
oxu.az
4-06-2021, 08:19 | Xudayberdiyeva gündəm yaratdı - Dekoltesi ilə - FOTO

Rusiyalı fiqurlu konkisürmə üzrə çempion Yelizaveta Xudayberdiyeva gündəm yaradıb.
Milli.Az xəbər verir ki, idmançının fotoları İnstagramda yerləşdirilib. 18 yaşlı gözəl ağ maykada fotolarını Soçidən paylaşıb. "Sən sadəcə ilahəsən", "Sizin gözəllikdən heyran qala bilmirəm" deyə şərhlərdə yazılıb.
Kamran Seyidov
4-06-2021, 08:17 | "Friends”in təqdimatından sonra nişanlısından ayrıldı - FOTO

"Friends"in ("Dostlar") ulduzu Mettyu Perri serialın xüsusi buraxılışından sonra nişanlısı Molly Hurmitzlə yollarını ayırıb.
Bu barədə "People" aktyorun özünün verdiyi açıqlamaya istinadən xəbər verib.
2018-ci ildə görüşməyə başlayan 51 yaşlı Perri və 29 yaşlı ədəbi agent Hurvitz 2020-ci ilin noyabrında nişanlandıqlarını xəbər vermişdilər. Ancaq "Friends"in təqdimatından bir neçə gün sonra ayrıldıqlarını elan etdilər.
"Bəzi şeylər sadəcə alınmır və bu da onlardan biridir. Molliyə ən yaxşısını diləyirəm", - deyə Perri bildirib.
oxu.az


















