28-05-2021, 13:46 | Məşhurun qızı açıq-saçıq şəkli ilə heyran qoydu - FOTO

Məşhurun qızı açıq-saçıq şəkli ilə heyran qoydu - FOTO


Amerikalı reper Eminemin qızı Heyli Mazers açıq-saçıq şəkli ilə pərəstişkarlarını heyran qoyub.

Bu barədə fotonu o, özünün "Instagram" hesabında paylaşıb.

Ağ çimərlik geyimində olan şəklini Mazers "Yay günlərinə hazıram", - deyə şərhi ilə paylaşıb.( oxu.az)


28-05-2021, 13:44 | "Bütün ailəm qumara düşkündür" - Müğənnidən gözlənilməz açıqlama

"Bütün ailəm qumara düşkündür" - Müğənnidən gözlənilməz açıqlama


Türkiyəli müğənni Emel Müftüoğlu "Dur bir dinlə" proqramında açıqlaması ilə diqqət çəkib.

Sənətçi qumara olan sevgisindən danışıb:

"İdarə edə biləcəyim oyunu oynayıram. Bəlli limitim var. Nadir hallarda uduzuram, məntiqliyəm. Aludəçisiyəm, çünki çox sevirəm, bütün ailəm qumara düşkündür".(axsam.az)

21-05-2021, 07:08 | “Avroviziya”nın növbəti finalçıları bəlli oldu - YENİLƏNİB - VİDEO - FOTOlar

“Avroviziya”nın növbəti finalçıları bəlli oldu - YENİLƏNİB - VİDEO - FOTOlar

Niderlandın Rotterdam şəhərindəki "Ahoy Arena"da "Avroviziya" mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub.

Yarışmanın finalına bu dəfə Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya çıxıb.

Beləliklə mayın 22-də keçiriləcək finalda Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan Finlandiya yarışacaq. (milli.az)


21-05-2021, 07:05 | İlhamə Quliyevanın mirası kimə qaldı? - Əli Mirəliyevin qızı açıqladı - VİDEO

İlhamə Quliyevanın mirası kimə qaldı? - Əli Mirəliyevin qızı açıqladı - VİDEO

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Əli Mirəliyev olub.

Sənətçiyə mərhum xalq artisti İlhamə Quliyevanın mirası ilə bağlı sual verilib. Söhbət əsnasında müğənninin qızı Samirə studiyaya gələrək maraqlı açıqlamalar edib:

"İlhamə xanım rəhmətə gedən gün hər kəs onun evində yığışmışdı. Ögey bacıları da orada idi. Gördüm ki, evdə atmosfer ağırdır. Hər kəs sual dolu baxşılarla bir-birinə baxır. Evə mən, qızım və Orxandan başqa girən olmurdu. İlhamə xanımın vəsiyyəti vardı. Həmişə deyirdi ki, əgər mənə bir şey olsa, mənim var-dövlətim uşaq evlərinə, əsgərlərə, kasıblara qalsın. Mən orada olan doğmalara bu vəsiyyəti dedim. Təklif etdim ki, İlhamə xanımın qızıllarından da hər qohuma birini yadigar kimi paylayaq. Mənim sözüm yaxşı qarşılanmadı. Hətta Firuzə İbadovaya 7 min pul borcu vardı, onun borcu da qaytarılmadı. İlhamə Quliyevanın mirası ögey bacılarına qaldı. Mənə isə yalnız onun diplomatik pasportu qaldı".


21-05-2021, 07:00 | Serenay Sarıkayanın fotoları gündəm oldu - VİDEO - FOTO

Serenay Sarıkayanın fotoları gündəm oldu - VİDEO - FOTO

Türkiyənin tanınmış aktrisası Serenay Sarıkaya sosial media hesabından yeni fotolarını paylaşıb.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, açıq-saçıq fotolarını paylaşan aktisaya sosial mediada çoxsaylı şərhlər daxil olub. Bəziləri onu qınasa da, çoxları onun paylaşımına xoş sözlər yazıb.

21-05-2021, 06:54 | Hər kəs Türkanın bu açıq-saçıq GEYİMİNDƏN DANIŞIR - FOTO

Hər kəs Türkanın bu açıq-saçıq GEYİMİNDƏN DANIŞIR - FOTO

Müğənni Türkan Vəlizadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Türkan "İnstagram" hesabında yeni fotosunu paylaşıb. Fotoda açıq-saçıq geyimi ilə görüntülənən müğənni izləyicilərin tənqidinə tuş gəlib. Belə ki, o, fotonu paylaşıb rəy bölümünü bağlasa da onun fotosu qısa zaman ərzində sosial şəbəkədə yayılaraq müzakirələrə səbəb olub.

Həmin fotonu təqdim edirik:big.az

21-05-2021, 06:52 | Rəqsanə ilə videosu yayılan KİŞİ GÖRÜN KİM İMİŞ - VİDEO

Rəqsanə ilə videosu yayılan KİŞİ GÖRÜN KİM İMİŞ - VİDEO

Müğənni Rəqsanə İsmayılovadan xəbər var.

Müğənni sosial media hesabında yeni görüntülərini paylaşıb. Həmin görüntülərdə Rəqsanənin həyat yoldaşı da yer alıb.

Onların səmimi görüntüləri izləyicilər tərəfindən maraqla qarşılanıb. big.az

19-05-2021, 07:40 | Samira Əfəndi "Avroviziya-2021" mahnı müsabiqəsinin finalına çıxıb - VİDEO - FOTO

Samira Əfəndi "Avroviziya-2021" mahnı müsabiqəsinin finalına çıxıb - VİDEO - FOTO

Niderland Krallığının Rotterdam şəhərində "Avroviziya -2021" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Trend bildirir ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq "Mata Hari" mahnısını ifa edib. Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış ediblər.

Birinci yarımfinaldan finala Norveç, İsrail, Rusiya, Azərbaycan, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna təmsilçiləri vəsiqə qazanıblar.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.



19-05-2021, 07:38 | Azərbaycan təmsilçisi "Avroviziya -2021" mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edib - VİDEO

Azərbaycan təmsilçisi "Avroviziya -2021" mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edib - VİDEO

Niderland Krallığının Rotterdam şəhərində "Avroviziya -2021" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Trend bildirir ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq "Mata Hari" mahnısını ifa edib.

Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa etdiyi "Mata Hari" lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış ediblər.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

15-05-2021, 08:12 | Damlanı tənqid etdi

Damlanı tənqid etdi

"Əvvəldən demişəm, efirə tək çıxmağa layiq olanlar bizdən böyüklərdi. Bu gün Aygün Kazımova tək çıxsın. Onun sənəti, özü haqda danışacaq o qədər mövzusu var. Bir gün səhərdən axşama kimi aparıcı bezməz ona sual verməkdən".

Bu sözləri müğənni Şəbnəm Tovuzlu "Birə-bir" proqramında deyib. Sənətçi həmkarı Damlanın verilişlərə tək çıxma tələbini tənqid edib:

"Damlanın şəxsi işidir, qarışmıram, özü bilər. Damla, niyə tək çıxaq? Bəlkə dörd-beş ildən sonra olar. Mənim üçün də, Damla üçün də bu tezdir. Özümüzü ucuzlaşdırmıram, bizim də etdiklərimiz və sevənlərimiz var. Amma 2 saat efirdə qonaqlarla olanda daha maraqlı keçir. Tək olanda tamaşaçı da bezir". (Axşam.az)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.