22-04-2021, 12:00 | Türkiyə gözəli çəkiliş meydanından maraqlı görüntülər paylaşdı - VİDEO - FOTO

1998-ci ildə Türkiyə gözəli seçilən Zeynep Tokuş illər sonra "Aşkın Kıyameti" filmi ilə yenidən çəkiliş meydanına qayıdıb.
Aktrisa özünün "Instagram" hesabından filmin çəkiliş meydanından maraqlı paylaşımlar edib. Şəkillərdə onun həmkarları Pınar Deniz, Boran Kuzum, Yigit Kirazçı, Gürhan Altundaşar və Seda Türkmənə yoqa dərsi verməsi əks olunub.
Qeyd edək ki, Zeynep Tokuş əvvəllər "Deli yürek" (1999), "Çocuklar duymasın" (2004) seriallarında iştirak edib. Lakin sonralar fəaliyyətini yoqa müəllimliyi ilə davam edib.
22-01-2021, 10:33 | Zehra Yılmaz özünə yeni sevgili tapıb - FOTO

Bir müddət əvvəl müğənni sevgilisi Cem Belevi ilə yollarını ayıran aktrisa Zehra Yılmaz yeni eşq yaşamağa başlayıb.
Bildirir ki, Zehra bu dəfə iş adamı Ümit Oruçla sevgilidir. Cütlük artıq bir aydan çoxdur eyni evdə yaşayır.
Yılmazın İnstaqram hesabındakı fotosuna Ümitin ürək işarəsi qoyması da ikili arasında münasibətlərin olduğunu bir daha təsdiqləyib.
Xatırladaq ki, ötən il Zehra ifaçı Cem Belevi ilə nişanlamışdı. Daha sonra evlilik hazırlıqlarına başlayan cütlük gözlənilmədən ayrılmaq qərarına gəmişdi.(axşam.az)

25-12-2020, 10:50 | "Hərə öz ailəsinin qeyrətini çəksin" - Rozanın oğlu - VİDEO

Xəbər verdiyimiz kimi müğənni Roza Zərgərli qızı Bənövşənin adının Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə hallanır.
Məsələ ilə bağlı Rozanın ögey oğlu Corc "İnstagram" hesabında canlı yayıma çıxıb. O, bildirib ki, yayılan məlumatlar tamamən yalnışdır və Bənövşənin ciddi münasibətdə olduğu. sevdiyi şəxs var.
Videoya daha ətraflı baxmaq üçün həmin görüntüləri təqdim edirik:( big.az)
24-12-2020, 13:00 | Gəlini ilə qalmaqal yaşayan Mətanət ağladı: "Anam deyir, özümü 5-dən atacam"

Son günlər gəlini ilə qalmaqal yaşayan əməkdar artist Mətanət İsgəndərli canlı verilişlərin birində hönkürtü ilə ağlayıb.
Müğənni "Məni ləkələmək istəyirlər. Anam deyir ki, Mətanət bir də görsəm efirdə ağlayırsan, özümü 5-ci mərtəbədən atacam" deyərək, göz yaşlarını saxlaya bilməyib.
Müğənni veriliş boyu özü haqqında danışaraq, hönkür-hönkür ağlayıb.
Həmin videonu təqdim edirik:(big.az)
14-12-2020, 06:52 | Türkiyəli müğənni ETİRAF ETDİ - Ata tərəfim Gəncəlidir

Vətən müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirən məşhurlardan biri də türkiyəli müğənni Tuğba Ekinci olub.
Sənətçi müsahibələrindən birində daima azərbaycanlıların yanında olduğunu deyib:
"Ata tərəfim Azərbaycandandır, Gəncəliyik. Bütün azərbaycanlıların yarasına məlhəm olmaq istəyirəm. Biz həmişə onlarla iki qardaş kimi olmuşuq. İki dövlət, bir millətik. Onları heç vaxt özümüzdən ayrı tutmamışıq. Azərbaycanlı olduğum üçün fəxr edirəm". (publika.az)
1-12-2020, 17:05 | "Tezliklə Xankəndiyə gedib, klip çəkəcəyəm" - Xatirə

Müğənni Xatirə İslam Xankəndi ilə bağlı arzusunu açıqlayıb.
Bunla bağlı "Onların səsi" proqramına danışan sənətçi tezliklə doğulduğu torpağa gedəcəyini deyib:
"Bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Qələbə bayramımız mübarək. Hərə öz torpağına qovuşdu. Tezliklə hər şey daha da yaxşı olacaq. Hər kəsə doğulduğu torpaq ona balası qədər şirindir.
Xankəndidə anadan olmuşam. Tezliklə mən də ora gedəcəm. İnanıram ki, orada klipim çəkiləcək. Bizim o torpağa adını qanla yazan şəhidlərimiz var".( axşam.az)
1-12-2020, 14:43 | “Bu gün atamın qəbri üstünə gedib, yüksək səslə qışqırdım ki...” - Məhəbbət Kazımovun oğlu
Laçın adı gələndə ilk o yada düşür. Laçınım deyərək bu dünyadan əbədi köçən, yurd həsrətli sənətkar Məhəbbət Kazımov, ruhun şad olsun, Laçın indi azaddır.

Kaş atam bu günləri görərdi, yeganə arzusu Laçını azad görmək idi.
Bu sözləri sfera.az-a açıqlamsında sənətkarın oğlu Rəşid Kazımov deyib:
"Hər kəs kimi mən də ümid edirdim ki, tez bir zamanda torpaqlarımız azad olunacaq. Mən indiyə qədər Laçını görməsəm də atam o torpağı mənə sözlərlə təsvir edib. Həmişə həvəsində olmuşam ki, Laçını görüm. Qiyabi də olsa Laçınavideomateriallarla, şəkillərlə səyahət etmişəm. Ancaq şükürlər olsun ki, artıq kiminsə çəkdiyi şəkillərdən yox, öz gözlərimizlə görüb, əllərimizlə o torpağına toxuna biləciyik".
Rəşid Kazımovun yeganə təsəllisi atasının qəbri üstünə gedərək, yüksək səslə "Laçının azaddır, ata!" deməsi olub:
"Tək bizim ailə yox, bütün Azərbaycan təssüf hissi keçirdi ki, Məhəbbət Kazımov bu günləri görmədi. Atam son nəfəsində də Laçın dedi. İlk təssəlim atamın qəbrinin üstünə gedib "Laçın azaddır" demək oldu. Adi günlərdə də gedirdim, ancaq bu gün atamın ziyarətinə o şad xəbərlə getmək çox qürurlu idi. Şükürlər olsun ki, atama nəsib olmasa da, işğaldan azad olunmuş Laçında yaşamaq mənim qismətimdə var imiş. Odur ki, köçürülmə prosesini çox böyük səbirsizliklə gözləyirəm".
26-11-2020, 10:00 | Tolqahan yenidən ata olacağının müjdəsini verdi - FOTO

Türkiyəli aktyor Tolqahan Sayışman yenidən ata olacaq.
Həyat yoldaşı Almeda Abazi ilə fotosunu yayımlayan aktyor qızının olacağını açıqlayıb.
T.Sayışman şəkillərinə "Ən möhtəşəm hədiyyə, ən xoşbəxt an. Bundan daha çox xoşbəxt ola bilməzdim" sözlərini yazıb.
Qeyd edək ki, cütlüyün Efehan adlı bir oğlu da var.



25-11-2020, 12:11 | Aparıcı Zaur Baxşəliyev ikinci dəfə ata oldu

Aparıcı Zaur Baxşəliyev ikinci dəfə ata olub.
Bu barədə aparıcı Aytən Səfərovanın etdiyi paylaşımın altında aparıcı Zaur Baxşəliyevlə üstüörtülü yazışmada qeyd edilib.
Qeyd edək ki, Zaur və Günay Baxşəliyevlərin Dilavər adlında bir qız övladları var.
Zaur öz anasının adını qızına verib. İkinci övladına isə hansı adın verildiyi hələlik açıqlanmır.( big.az)
24-11-2020, 05:44 | "Hülya Avşar Tatlısəsə dəli kimi aşiq idi, qapısında yatırdı"

Müğənni Erol Köse "Pişti" adlı verilişdə qonaq olarkən İbrahim Tatlısəslə Hülya Avşar haqqında keçmişdə yaşanan bir hadisəni ilk dəfə danışıb.
İfaçının açdığı 30 illik sirr qalmaqala səbəb olub.
Köse iki məşhurun eşq yaşadığını deyərək, "Avşar İbrahim Tatlısəsə dəli kimi aşiq idi və onun qapısında yatırdı" sözlərini əlavə edib.


















