10-05-2024, 08:01 | "Avroviziya 2024"də finala çıxan ölkələrin - Siyahısı

"Avroviziya 2024"də finala çıxan ölkələrin - Siyahısı


"Avroviziya 2024" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

İsveçin Malmö şəhərində baş tutan yarışmada Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Belçika, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marino finala keçmək uğrunda mübarizə aparıblar.

Sonda səsvermə nəticəsində 10 ölkə - Latviya, Avstriya, Niderland, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan və Ermənistan finala vəsiqə qazanıb.

Birinci yarımfinaldan son mərhələyə vəsiqə qazanan ölkələr isə Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburq olub.

Qeyd edək ki, Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.

Müsabiqənin finalı mayın 11-də keçiriləcək. Son mərhələyə birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.



10-05-2024, 07:42 | Nigar formada qalma sirrini açıqladı

Nigar formada qalma sirrini açıqladı


"Avroviziya 2011" qalibi Nigar Camal "Günaylı gün" verilişində qonaq olub.

"Sənin mənim əxlaqıma şübhən var, pozğun? " - Zarinadan SƏRT AÇIQLAMA - VİDEO
"Onlar məni maraqlandırmır"

, axşam.az-ın məlumatına görə, sənətçi proqramda formada qalma sirrini bölüşüb:

"Şirniyyat yesəm də, amma çörək yemirəm. Ümumiyyətlə axşam saat 18:00-a qədər yemək yeyirəm, amma o saatdan sonra yemirəm. Çalışıram qidama diqqət edim".


10-05-2024, 07:35 | "Həmin xəstəlikdən qurtulmaq olar amma..."

"Həmin xəstəlikdən qurtulmaq olar amma..."


"Heç nə geri dönmür. Xatirələr yara kimidir. Yaralarla yaşamaq xəstəlikdir".

Bu sözləri Xalq artisti Mehriban Zəki sosial şəbəkədə yazıb.

"İrəli, yalnız irəli... İnadkarlıqla, qorxularının üstünə getməklə, həmin xəstəlikdən qurtulmaq olar. Geri dönmə, ora qaranlıqdır" deyə, aktrisa paylaşımında əlavə edib.


29-04-2024, 13:23 | “Səni qımışdıranı tapacağam”

“Səni qımışdıranı tapacağam”



Əməkdar artist Lalə Məmmədova sosial media hesabında yeni fotolarını paylaşıb.

olay-a istinadən bildirir ki, sənətçinin gülümsədiyi şəkillərə həmkarlarından şərhlər gecikməyib.

Müğənni Xatirə İslam Məmmədovaya "Səni qımışdıranı tapacağam", - deyə, rəy yazıb.

5-03-2024, 12:03 | Mətanət evlənmək istəyir: “Təklif gəlsə…”

Mətanət evlənmək istəyir: “Təklif gəlsə…”



Əməkdar artist Mətanət İsgəndərli yenidən ailə qurmaq arzusundan danışıb.

Müğənni bu haqda "Rəngarəng səhər" proqramında danışıb. İfaçı "Əgər mənə evlilik təklifi gəlsə..." sözlərini belə davam etdirib:

"Evlilik təklifi gəlsə... Belə bir fikrim yoxdur. Amma düşünə bilərəm".

Qeyd edək ki, müğənni bir neçə gün əvvəl "İstəyirəm ağ atlı oğlan gəlsin, məni aparsın" sözləri ilə gündəmə gəlmişdi.

28-02-2024, 12:41 | "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

"Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO



Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrına yollanıblar.

R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:

"Bu video Hüsynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər teatrında işləmiş aktyor və aktrisalara həsr olunur. Allah dünyasın dəyişənlərə rəhmət eləsin.

Aktyorlar evinədə tamaşaya dəvət olunmuşuq. Ayşadla burada cavanlığımız keçib, gözəl rollar oynamışıq. Qrim otağımızda odun sobası yanırdı. Kartofu orada bişirib yeyirdik. Yoxumuz idi, nə edək. Yaxşı vaxtlar idi. Heyif... Heyif Hüseynağa müəllimdən. Artıq o və gözəl tamaşalar yoxdur. Rəhmətə getdi və bizi yetim qoydu

28-02-2024, 12:38 | Aparıcı ilə evlənən icra başçısının gündəm olan VİDEOSU

Aparıcı ilə evlənən icra başçısının gündəm olan VİDEOSU



Xəbər verdiyimiz kimi, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyudur. O, tanınmış aparıcı Alidə Mustafayeva ilə ailə həyatı quracaq.

RTV icra başçısı Seymur Orucovun gündəm olan videosunu təqdim edir:

19-02-2024, 12:43 | “Özümü çox pis hiss edirəm”: Cavidan Novruz

“Özümü çox pis hiss edirəm”: Cavidan Novruz



"Ata, səni xəstəxanaya özüm apardım. Çox sakit bir kəlmə dedi: "İşindən-gücündən niyə qalırsan ki? Sən ora gəlmə".

Ötən ilin bu günü, bu saatlarda səninlə canlı son görüşümüz oldu".

Bu sözləri mərhum Xalq artisti Ramiz Novruzovun aktyor oğlu Cavidan Novruzov sosial şəbəkə hesabında paylaşıb.

"Ata, səni xəstəxanaya özüm apardım. Çox sakit bir kəlmə dedi ki, "İşindən-gücündən niyə qalırsan ki? Sən ora gəlmə". Yenə də məhəl qoymadım, apardım və çox halsız idin, mənə çıxanda bir kəlmə dedin ki, "Hər şey əla olacaq", göz vurdu. Amma həmin gün heç nə əla olmadı və bir neçə saatdan sonra xəbər gələcək ki, sən artıq komadasan və mən isə çox əlacsız vəziyyətdə olacağam. Ata, sənin üçün anormalcasına darıxıram. Özümü hazırda çox pis hiss edirəm. Çox üzgünəm".

Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən ötən il fevralın 21-də 67 yaşında dünyasını dəyişib.

//lent.az/

16-02-2024, 11:45 | Uşaq evində böyüyən Hiss : “Üç yaşımda olanda...”

Uşaq evində böyüyən Hiss : “Üç yaşımda olanda...”



Üç yaşımda olanda təhlükənin gəldiyini hiss edirdim. Artıq sərhədlər qoymağa, bacı-qardaşımı qorumağa başlamışdım".

, "Qapqara" verilişində müğənni Hiss (Röya Məmmədova) deyib.

Uşaq evində böyüyən Hiss həmin qoruma instiktinin hazırda da davam etdiyini söyləyib.

Müğənni məşhurlaşdıqdan sonra dəyişmədiyini də vurğulayıb:

"Məşhurlaşandan sonra dəyişən adamlar mənim üçün görməmişdirlər".

14-02-2024, 12:05 | Nadir səs-küy alan "həyat yoldaşını" üzə çıxardı - VİDEO

Nadir səs-küy alan "həyat yoldaşını" üzə çıxardı - VİDEO



Müğənni Nadir Qafarzadə yeni layihəsini ərsəyə gətirib.

O bir müddət əvvəl sosial medianın gündəminə düşən, həyat yoldaşı kimi təqdim etdiyi xanımın kimliyinə bir daha aydınlıq gətirib.

Məlum olub ki, sözügedən kadrlar sənətçinin klip çəkilişindən olub. Nadir "Həyat yoldaşım" adlı yeni mahnısının video-çarxını yayımlayıb.

Müğənninin klipindən olan kadrları təqdim edirik:

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.