13-02-2024, 06:09 | Doğuş canlı efirdə Xoşqədəmi AĞLATDI - VİDEO

ARB-də yayımlanan "Günaydın Azərbaycan" verilişində maraqlı anlar yaşanıb.
Efir zamanı Doğuşun söylədikləri Xoşqədəm Baxşəliyevaın xətrinə dəyib. Belə ki, müğənninin həyat yoldaşının kök vaxtlarını yada salması aparıcının xoşuna gəlməyib.
Əvvəl "iki Xoşqədəm ölçüsündə" idi, deyən Doğuş onun etirazı ilə qarşılaşıb.
Eşitdiklərindən məyus olan Xoşqədəm kövrəlib.
Həmin anları təqdim edirik://milli.az
13-02-2024, 05:57 | Mehribandan Zeynəb Xanlarovanın ona “day-daylıq” etməməyinə REAKSİYA

Əməkdar artist Mehriban Xanlarova bibisi, Xalq artisti Zeynəb Xanlarovadan danışıb.
bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Qapqara" verilişində həmkarı, aktyor Kamran Ağabalayevin suallarını cavablandırıb.
Kamranın "Hər bir sahədə hər kəsin bir "dayı"sı olmalıdır. Bunu isə görə-görə gəlirik. Çox maraqlıdır ki, bibiniz Zeynəb Xanlarova sizə "dayı" ola bilmədi" sözlərinə Mehriban belə münasibət bildirib:
"Kamran, illərdir ki, bu sənətdə addımlayırsan, sənin "dayı"n var? (Kamran cavab verir ki, yoxdur). Əgər bizim istedadımız varsa, içimiz dolub daşırsa və bu gün də rejissorlara lazımıqsa, o zaman "day-daya" nə ehtiyacımız var!?"
12-02-2024, 19:52 | “Fevralda toya pul yox, alça yazdıracam”

Şairə tamada Nazilə Səfərli maraqlı paylaşım edib.
O zarafatla marketdən alçanın bir ədədini 4 manata aldığını, 50 manata satacağını bildirib.
"Fevraldan marta qədər toylara gərək alça yazdıram, iki ədədi yüz manat eləyir. O vaxt bizim uşağın sünnət toyuna gələndə bir xonça gətirmişdilər, içində şokolad qutusu və bir də qabı açılmış ətir. Bu ondan yaxşıdı",- deyə Nazilə Səfərli bildirib.
12-02-2024, 11:12 | "Ən həyəcanlı çəkilişlərimizdən biri idi" -

Aparıcı Lalə Azərtaş işğaldan azad olunan Xocalıya yollanıb.
axşam.az-a istinadən xəbər verir ki, o, orada çəkdirdiyi fotonu instaqram hesabında yayımlayıb. Aparıcı Xocalıya gedişinin məqsədinin çəkiliş olduğunu vurğulayıb:
"Sözsüz, şükür Allaha. Dərin hörmət şəhid ruhuna, şəfalar qazi sağlığına, dualar Azərbaycan Ordusuna, böyük sevgi qayıdışın müəllifi böyük Ali Baş Komandana.
Ən həyəcanlı çəkilişlərimizdən biri idi. 26 fevralda "Təsir dairəsi"nin xüsusi buraxılışında izləyə biləcəksiniz".
12-02-2024, 11:04 | “Namiqlə Aygünün uşaqları olmadı deyə, ayrıldılar” -

Meyxanaçı Orxan Lökbatanlı başına gələn maraqlı hadisədən danışıb.
bakıvaxtı.az-a istinadən xəbər verir ki, Orxana məclislərin birində Namiq Qaraçuxurlu və Aygün Kazımova ilə bağlı sual ünvanlanıb.
Meyxanaçı isə sualı özünəməxsus şəkildə cavablandırıb:
"Namiqlə Aygünün təzə-təzə ayrılan vaxtlarıdır. Bir ağsaqqal gəldi, foyedə dayandı yanımızda. Hiss olunur ki, bir az da içkilidir, kefi kökdür. Dirənib ki, "Aygünlə Namiq niyə ayrıldılar, bala?" Bir dedi, iki dedi, üç dedi, axırda dayana bilmədim, dedim ki, "uşaqları olmurdu deyə, yola getmədilər, ayrıldılar". Daha mən ona nə deyim ki? Əl çəkmirdi".
12-02-2024, 10:59 | Azərbaycanlı məşhur müğənni qardaşı ilə QUDA OLUB - VİDEO

Məşhur müğənni Yusif Mustafayevin qudalarından biri elə öz doğma qardaşı Rafael imiş.
titul.az-a istinadən xəbər verir ki, bu barədə müğənni özü məlumat verib.
Ətraflı videoda:
9-02-2024, 09:09 | Əməkdar artist üzünü dəyişib BELƏ OLMAĞA HAZIRLAŞIR - Xarici ulduzlara bənzədi

Əməkdar artist Nigar Şabanova özünü tanınmaz dərəcədə dəyişdirmək barədə düşünür.
Gənc sənətçi xarici görünüşündə ediləcək əməliyyat sonrası baş verəcək dəyişikliyi nümatyiş etdirib.
Nigar üzündə aparılacaq əməliyyatlar sonrası baş verəcək dəyişikliyi bu cür şərh edib:
"Doktor proqram göstərdi ki, mənim burnum və dodaqlarım kiçilsə, üzüm çəkilsə mən bu cür görünəcəm. Çox bəyəndim".
Nigarın sözügedən görüntülərini təqdim edirik:
9-02-2024, 08:54 | Mühafizəçi Aqşinin göstərişlərini yerinə yetirib - “ByFateh”dəki davanın təfərrüatı

Tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi "ByFateh" restoranında baş verən davaya görə açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi başa çatıb.
Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Aqşin Fatehin özü də iştirak edib.
Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla müəyyən edilib ki, zərərçəkmiş F.Alıyev restoranının sonuncu və yeni icarəçisi kimi obyektə gəlib və orada olan işçi heyətinə buna dair sənədlər göstərərk oranı tərk etmələrini tələb edib. Bu zaman restoranda çalışanlar Aqşin Fatehə zəng edərək məsələ ilə bağlı məlumat veriblər.
Aqşin Ömər adlı tanışı ilə restorana gələrək Füzuli ilə özünə məxsus əşyaları götürməklə bağlı mübahisə edib. Əşyaların Aqşinə, yaxud obyektin sahibinə məxsus olmasına dair məlumatı olmadığı üçün Füzuli buna icazə verməyib.
Aqşin isə öz işçilərinə özünə aid əşyaları götürməklə bağlı göstəriş verib. Cinayət işində təqsirləndirilən şəxs Vaqif Nadirov (ad-soyad şərtidir) əşyaları götürmək istəyərkən qarşı tərəf buna mane olub. Nəticədə mühafizəçi işləyən Vaqif qarşı tərəfi itələyib, onlar arasında dartışma olub. Bu zaman hadisəni restoranda gül satan Fəridə adlı qadın telefonu ilə videoya çəkmək istəyib. Aqşin isə qadının telefonunu əlindən alaraq yerə çırpıb.
Məhkəmə belə qənaətə gəlib ki, hadisə zamanı təqsirləndirilən şəxs heç kimə xəsarət yetirməyib. Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlinib ki, mühafizəçi Aqşin Fatehin göstərişlərini yerinə yetirib, heç kimə hədə-qorxu gəlməyib, xəsarət yetirməyib.
Vaqif Nadirovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilib.
qafqazinfo.az
8-02-2024, 08:49 | Kamil Şəbnəmi ARIQLADACAQ

Müğənni Şəbnəm Tovuzlu idmana başlayıb.
bakıvaxtı.az-a istinadən xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.
Kamil Zeynallının fitnes zalından paylaşım edən ifaçı idmana başladığını bildirib.
O, müəlliminə hər gün idmana gələcəyinə söz verib.
Kamil Zeynallı isə Şəbnəm Tovuzlunu 15 gün müşahidə edəcəyini, idmana gələcəyi təqdirdə çəkib, sosial media hesabında paylaşacağını bildirib.
Qeyd edək ki, Şəbnəm Tovuzlu bir neçə gün öncə artıq çəkidən əziyyət çəkdiyini
23-01-2024, 14:48 | Zaur və Günay ayda bu qədər qazanır - MƏBLƏĞ

Məşhurların qazancı məlum olub.
Bu barədə "ARB" kanalında yayımlanan "Günə son" proqramına qonaq olan tanınmış bloger Ramal İsayev danışıb.
Ölkədə sözügedən reklamlardan ən çox pul qazanan bloger Arzu Məmmədovadır. O, reklamlardan aylıq 65 min gəlir əldə edir.
Bloger Elmira Namazova, aparıcı Zaur Baxşəliyev və Günay Baxşəliyeva aylıq 50 min, İsa Şükürov isə 10 min qazanır.
Produser Tarix Əliyev də bu reklamlardan yüksək gəlir əldə edənlər sırasındadır.
Milli.Az


















