5-01-2024, 13:15 | Azərbaycanda bu iki veriliş bağlana bilər - FOTO

Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişini bağlamaq barədə düşünür.
Bu barədə aparıcı etdiyi açıqlamada bildirib ki, o artıq bu proqramı aparmaq istəmir.
Zaur qeyd edib ki, həyat yoldaşı övladları ilə verilişi davam etdirə bilərlər, amma o artıq konkret qərar qəbul edib. Aparıcı əlavə olaraq bildirib ki, hətta "Bizimləsən" verilişi haqqında da bu qərarı verə bilər.
Xatırladaq ki, hər iki proqram ATV kanalına yayımlanır.
5-01-2024, 13:05 | Brilliant Dadaşova: “Hətta mən orada Elnurla tək otaqda olanda belə..." - VİDEO

Nağıllarda da görürsünüz ki, şeytan min dənə cildə girir. Min cildə girən insanlardan mən çox qorxuram. Hərdən mənə deyirlər ki, sən də onlar kimi ol. Sən çıxırsan qazetlərdə, televiziyada, radioda hisslərini dilə gətirirsən. Onlar altdan həmin işləri görürlər. Mən belə etsəm, gecə yata bilmərəm. Çünki şəxsiyyətim buna əsla yol verməz".
Bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.
Xalq artisti illərlə küsülü olduğu Əməkdar artist Lalə Məmmədova ilə münasibətlərindən söz açıb:
"Lalə ilə həyatda mən tanış deyildim. Sadəcə televizora baxıb, görürdüm ki, bir qız oxuyur və "xırdalıqları" gözəl edir. Lalənin çox yaxşı sənəti var. Mənim "xırdalıqlarımı" etmək hər adamın da işi deyil. Sonra gördüm ki, Lalə o etdiyi "xırdalıqlara" görə, özünə müəllim kimi başqasının adını çəkir. Məndə kənarda dayandım. Lalə efirə çıxıb haqqımda xoşaqəlməz şeylər danışırdı. Bunu isə o bir neçə dəfə təkrar etdi. Ondan sonra anladım ki, mənlik deyil... Amma yenədə Lalə öz səhvini başa düşdü. Sağolsun..."
Dadaşova bildirib ki, Məmmədova ilə ortaq stilist dostları Elnur Həsənovun gözəllik mərkəzində üz-üzə gəlsələr də, Lalənin barışıq addımını orada deyil, məhz ad günündə atmasını təəccüblə qarşılayıb:
"Stilist Elnur Həsənovun gözəllik salonunda çox oluram. Lalə də oraya tez-tez gəlir. Hətta biz orada da bir-birimizi görürdük. Amma salamlaşmırdıq. Münasibətimiz yox idi. Ad günümə Lalənin gəlməsinə çox təəccübləndim. Çünki o, Elnurun salonunda məni dəfələrlə görürdü.
Hətta mən orada Elnurla tək otaqda olanda belə, o, yanıma gələ bilərdi. Amma bunu məhz ad günümdə etdi. Yəqin bunu lazım bilib. Lalə ad günümə gələndə çox yorulmuşdum. Artıq gecə saat 00:00 idi. İndi aramızda "salam-sağolumuz" var. Lalə ilə görüşüb, qucaqlaşıb, öpüşürük.
Mən gördüm ki, Lalə səhvini başa düşdü. Ruslar demişkən "Лучше поздно, чем никогда" (Gec olsun, güc olsun). Laləyə nə etmişdim? Mən oxumuşdum. Kimsə isə məndən öyrənirsə... Jurnalistlər Lalənin üstünə gedib deyirdilər ki, sən Brilliant Dadaşovanı təqlid edirsən. Burada mənim nə təqsirim var? Mən nə edim ki?".
29-12-2023, 06:29 | Cavanşir Məmmədovun həbsdə olan keçmiş kürəkənindən xəbər var

Bakıda əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası martın 3-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Kemal İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi M.Kemalın şikayətini təmin etməyib.
Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Kemal İbili C.Məmmədov və ailə üzvlərinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M.K.İbili isə özünü təqsirli bilmir, əksinə zərərçəkmiş olduğunu deyir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, təqsirləndirilən şəxs dəfələrlə verilişlərə çıxaraq C.Məmmədovun qızının onu aldatdığını, ailə quracağını deyərək ona 300 min dollara yaxın hədiyyələr aldırdığını iddia edib. O, C.Məmmədovun qızı ilə Türkiyədə Sultan Ahmet məscidində imam nikahı bağladığını qeyd edib.
Müğənni isə iddiaları təkzib edib, İbilinin qızı ilə nikahı olmadığını deyib.
Respublica.Az
28-12-2023, 06:36 | Lolitaya çılpaq gecədən sonra cəza veriləcək: “Dözməyə çalışacağam...”

Məşhur rusiyalı sənətçi Lolita Milyavskaya, bloqer Anastasiya İvleyevanın təşkil etdiyi "çılpaq gecədə" iştirakından sonra televiziya verilişlərindən kənarlaşdırılmasını təbii hal kimi qəbul edib.
Respublica.Az oxu.az-a istinadən bildirir ki, bu barədə o, RBC nəşrinə müsahibəsində danışıb.
"Mən bununla bağlı heç nə edə bilmirəm, sadəcə təbii şəkildə bununla razılaşa bilərəm. Mən buna görə kədərləndim, təzyiqim də qalxdı. Dözməyə çalışacağam", - deyə Milyavskaya bildirib. Məlumata görə, Rusiya telekanalları Lolitanın və müzakirəsi gedən şənliyin digər iştirakçılarının çıxışlarının efirdən çıxarılmasını nəzərdən keçirir. Tədbirdən çəkilən foto və videomateriallar ictimai rezonansa səbəb olub.
Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, çox güman, üzrxahlıq videosunu çəkən sənətçilər verilişlərdə arxa planda qalacaqlar, lakin onların səhnədəki çıxışları həqiqətən sual altındadır.
Xatırladaq ki, dekabrın 21-nə keçən gecə "Mutabor"da televiziya aparıcısı Anastasiya İvleyeva qonaqlıq təşkil edib və qonaqlara "praktiki olaraq çılpaq" gəlmələri təklif olunub. İvleyevanın şənliyi internetdə narazılığa səbəb olub. Dövlət Dumasının deputatı Mariya Butina bildirib ki, yoxlama aparılması və şənliyə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi, "Roskomnadzor" və Mədəniyyət Nazirliyinə müraciət edib. Dumanın İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn qeyd edib ki, "Roskomnadzor" İvleyevanın internetdə yerləşdirdiyi "çılpaq şənliyin" bəzi materiallarında LGBT təbliğatının əlamətlərini görür. Deputat onu da qeyd edib ki, tənzimləyici artıq bu məzmunda paylaşımları silməyə və bloklamağa başlayıb.
Respublica.Az
28-12-2023, 06:17 | “Çılpaq gecə” qalmaqalı: Məşhur bloger həbs edilir

Vergi idarəsi Nastya İvleyevaya qarşı yoxlamalara başlayıb.
Respublica.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə "Maş" (Mash) Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, rusiyalı blogeri "xüsusilə külli miqdarda vergidən yayınma" ittihamı ilə beş ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, İvleyevanın təşkil etdiyi gecə mərasimi Rusiyada böyük rezonansa səbəb olub. Bu tədbirə qatılan rusiyalı məşhurların bəzilərinin tamamilə çılpaq və yaxud həddən artıq açıq-saçıq geyinməsi, o cümlədən LGBT təbliği rusiyalı ictimai fəalları və ziyalıları, politoloqları, ekspertləri qəzəbləndirib. Tədbirə qatılan Filip Kirkorovdan "xalq artisti" adının geri alınması üçün hətta Duma üzvü Mədəniyyət Nazirliyinə müraciət edib.
Rusiya ziyalıları isə ardıcıl çıxışlar edərək, bu tədbirdə iştirak edənlərin "bağışlanmamasını" tələb edirlər.
Dünən isə məlum olub ki, Moskva məhkəməsi Nastya İvleyevaya qarşı 1 milyard rubl tələbi ilə bağlı iddia ərizəsini qəbul edib. Məhkəmə iclası gələn il keçiriləcək.
Respublica.Az
26-12-2023, 06:40 | Bir zamanların məşhur modeli çətin vəziyyətdə - FOTO

1970-ci illərdə "Bayan bacak" ləqəbi ilə məşhurlaşan keçmiş model, aktrisa və müğənni Serpil Örümcer uzun aradan sonra ortaya çıxıb.
Respublica.Az axşam.az-a istinadən xəbər verir ki, 71 yaşlı keçmiş model ikinci əl əşyalar sataraq həyatına davam etdiyini bildirib. O, şöhrətə gedən yolda qarşılaşdıqlarından və sərvətini necə itirməsindən danışıb:
"Cağaloğlu"da əczaçılıq anbarının ofisində katibə işləyirdim. Mən diqqəti cəlb edən parlaq bir qız idim. Rəhbərim dedi ki, modellik kurslarına getməlisən. O, modellik kursumun pulunu ödədi. Həmin vaxt məşhur brendlər üçün model seçən kurslara daxil olmaq da çətin idi. Seçimlərə Avropadan mütəxəssislər gəlirdi. 1967-ci ildə keçirilən gözəllik müsabiqəsinin finalına çıxdım. Sonra müğənni olmaq təklifi gəldi.
1971-ci ildə Berkant Akgürgenlə ailə qurduq. Pis adam deyildi, amma çox spirtli içki qəbul edirdi. İçki içəndə başqa adama çevrilirdi. Elə vaxtlar olurdu ki, evdən çıxıb iki gün geri gəlmirdi. Sonra bildim ki, birinci həyat yoldaşının yanına gedir. Mənim qazandığım pulla onunla gəzirdi. 1974-cü ildə, qızım Fulya 8 aylıq olanda boşandıq. Ondan sonra heç görüşmədik. Qızını sonuncu dəfə elə 1 yaşında görüb. Sonra Almaniyaya gedib orada evləndi. İki uşağı oldu.
Aktrisalığa başladıqdan sonra təkliflər gəldi. Bu təkliflərdən birini qəbul etdim. Xəbərim olmadan erotik filmə çəkildim. Aldığım digər film təklifləri mənə musiqidə olduğu qədər pul qazandırmadı. Həm də kino sənayesində məcburi müqavilələr var idi. Sonra aktrisalığı tərk etdim".
Serpil ən böyük peşmalığını belə ifadə edib:
"Ən böyük peşmanlığım son iki evliliyimdir. O qədər peşman oldum ki... Berkantla evliliyimdə də problemlər oldu, amma son iki evliliyimdə bütün var-dövlətimi itirdim".
O, hazırda ikinci əl əşyalar sataraq dolandığını açıqlayıb:
"Ev sahibimin məni mənzildən çıxarmasından qorxuram. Kredit kartı borcum var, işıq və su pulumu ödəyə bilmirəm. Ətrafımdakı insanlar istifadə edilməmiş əşyalarını gətirirlər, bazarda satıram. Satışlardan və aldığım yardımlarla dolanmağa çalışıram. Mənim kimi çətin vəziyyətdə olan sənətçilər üçün həmkarlarımız xeyriyyə gecələri təşkil etsə, yaxşı olardı. Təkcə özüm üçün deyil, mənim kimi çətin vəziyyətdə olan başqa insanlardan da var, onlara da yardım edilmiş olar".
Respublica.Az
26-12-2023, 06:36 | Mənzurə pilləkəndən yıxıldı - Canlı efirdə QORXUNC ANLAR - VİDEO

Müğənni Mənzurə Musayevanın başına "Günaydın Azərbaycan" verilişinin canlı yayımı zamanı iş gəlib.
Milli.Az titul.az-a istinadən xəbər verir ki, müğənni verilişin çəkildiyi villaya qalxdığı zaman canlı efirdə pilləkəndə yıxılsa da, məhəccərdən tutaraq ağır xəsarət almasına mane olub.
Bunu eşidən aparıcı Xoşqədəm Hidayətqızı dərhal bayıra qaçaraq Mənzurənin əlindən tutaraq evə daxil olublar.
Ətraflı
Müğənni Mənzurə Musayevanın başına "Günaydın Azərbaycan" verilişinin canlı yayımı zamanı iş gəlib.
Respublica.Az titul.az-a istinadən xəbər verir ki, müğənni verilişin çəkildiyi villaya qalxdığı zaman canlı efirdə pilləkəndə yıxılsa da, məhəccərdən tutaraq ağır xəsarət almasına mane olub.
Bunu eşidən aparıcı Xoşqədəm Hidayətqızı dərhal bayıra qaçaraq Mənzurənin əlindən tutaraq evə daxil olublar.
Respublica.Az
Həmin kadrlar:
24-12-2023, 15:54 | “Yaşlı halınla səni tutub saxlaya bilmirəm”

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuşla bağlı açıqlaması gündəm olub.
Respublica.Az olay-a istinadən xəbər verir ki, o, "Günaydın, Azərbaycan" verilişində gəncləşmək istədiyini deyən müğənniyə maraqlı reaksiya verib:
"Nəyə görə sən gəncləşməlisən? Mən hələ səni yaşlı halınla tutub saxlaya bilmirəm. İki ölkənin manşetində qalmışam. Otur oturduğun yerdə".
Respublica.Az
24-12-2023, 15:49 | “Mənim bir xasiyyətim var, hotelə gedəndə pul verirəm..."

Aparıcı Zaur Baxşəliyevin növbəti açıqlaması gündəm olub.
Respublica.Az olay-a istinadən xəbər verir ki, o, "Zaurla Günaydın" verilişində qəribə vərdişindən danışıb:
"Mənim bir xasiyyətim var, hotelə gedəndə pul verirəm, bunları da mənə görə qoyublar. Niyə götürməyim?", - deyə, bildirib.
Respublica.Az
23-12-2023, 09:25 | Qonşusu məşhur aktyoru öldürmək istədi

Amerikalı aktyor Çarli Şinin qonşusu onu boğmağa çalışıb.
Respublica.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Hadisə aktyorun evində olub. 47 yaşlı qadın Çarlinin qapısını döyüb və aktyor qapını açan kimi ona hücum edərək döyməyə və daha sonra boğmağa başlayıb.
Şin qadın evinə qayıtdıqdan sonra polisə müraciət edib. Hadisə yerinə təcili yardım da gəlib, lakin aktyor xəstəxanaya yerləşdirilməyib. Aktyor qonşunun niyə belə aqressiv davranması barədə heç bir fikri olmadığını söyləyib.
Çarli polisə açıqlamasında bildirib ki, bu yaxınlarda qonşusu onun maşınına naməlum yapışqan maye səpib və evinin qapısının önünə zibil qoyub.
Silahlı hücum və quldurluqda ittiham olunan qadın həbs olunub.
Respublica.Az


















