18-12-2023, 06:41 | "Türkan Şorayın oynayacağını biləndə, çox üzüldüm"

"Türkan Şorayın oynayacağını biləndə, çox üzüldüm"


""Bedrana" filmi mənim üçün çox özəldir. Kitabını oxumuşdum və filmində oynamaq istəyirdim. Amma bir gün qəzetlərin birində bu rolu Türkan Şorayın oynayacağını oxudum, çox üzüldüm. Sonra fikir ayrılığı oldu və rol mənə gəldi. O rolla çox gənc yaşda Antalya Film Festivalında mükafat qazandım. Həmin mükafatı alanda mənim 16 yaşım var idi. 1971-ci ildə kinoya addım atdım və 1974-cü ildə "Ən yaxşı aktrisa" mükafatını qazandım. Bu film mənim həm kinoda, həm də həyatımda dönüş nöqtəsi oldu".

Respublica.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Yeşilcamın əfsanəvi aktrisası Perihan Savaş Türkiyə mətbuatına müsahibəsində deyib.

Kitab yazacağını dilə gətirən aktrisa həyat yoldaşı Yılmaz Zəfərin həyatından film çəkilməsi arzusunda olduğunu bildirib.

"Çalışacam ki, bunu həyata keçirim. Yılmazı Engin Akyürekin oynamasını istərdim. Mən onları bənzədirəm və düşünürəm ki, o, rolun öhdəsindən gələcək. Amma məni kimin oynayacağını bilmirəm. İnsanın özü üçün qərar verməsi çətindir".

Respublica.Az


18-12-2023, 06:39 | Türkiyənin daha bir məşhur müğənnisi Bakıya gəlir

Türkiyənin daha bir məşhur müğənnisi Bakıya gəlir




Türkiyənin məşhur müğənnisi Simgə Bakıya üz tutacaq.

Respublica.Az kult.az-a istinadən bildirir ki, sənətçi 24 fevral tarixində Bakı Konqres Mərkəzdə konsert verəcək.

Respublica.Az




17-12-2023, 10:52 | Reanimasiyaya yerləşdirilən Asyanın son vəziyyəti açıqlandı

Reanimasiyaya yerləşdirilən Asyanın son vəziyyəti açıqlandı


Reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın son vəziyyəti açıqlanıb.

Respublica.Az azxeber-ə istinadla bildirir ki, bloger Ramal İsayev Asyanın ayıldığını və vəziyyətinin yaxşılığa doğru getdiyini deyib:

"Şükür Allaha Asya ayıldı. Vəziyyəti yaxşılığa doğru gedir. İnşallah ki, tezliklə sağalacaq".

Xatırladaq ki, blogerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşmişdi.

Respublica.Az



17-12-2023, 10:44 | Ana olmağa hazırlaşan Qoncadan toy açıqlaması

Ana olmağa hazırlaşan Qoncadan toy açıqlaması


Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Qonca Vuslateri ana olacaq.

Respublica.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa nikahın doğuşdan sonra olacağını açıqlayıb.

"Anamla nikah mövzusunda dalaşırıq. Sentyabr və ya oktyabrda ailə qurmağı düşünürəm. Doğuşdan sonra daha rahat olacaq" deyə, Qonca bildirib.

Respublica.Az

14-12-2023, 07:38 | "ATV mənimlə işləmək istəmədi"

"ATV mənimlə işləmək istəmədi"



"İşim yoxdur. Ancaq serialdayam, veriliş yoxdur. ATV kanalından uzaqlaşdım, mənimlə işləmək istəmədilər".

Respublica.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor-aparıcı Azər Axşam "İncə səhər" proqramında deyib.

Hazırda işsiz olduğunu açıqlayan aparıcı ATV kanalından uzaqlaşmasından söz açıb:

"Layihə bir yerdə bitir, bir yerdə başlayır. Heç kimdən incikliyim yoxdur. Demək, həyat daha yaxşısını hazırlayır".

26-11-2023, 18:29 | "Savadsızlıq quyusunda boğulmağı seçirlər"

"Savadsızlıq quyusunda boğulmağı seçirlər"


"Həyatı necə yaşayacağımızı özümüz seçirik. Birimiz hər günümüzə sevinərək, sevincimizə və ağlamağımıza, əlimizdə olana və olmayana minlərcə şükr edərək yaşayırıq".

axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə yazıb. Sənətçi ömürlərini dedi-qoduya həsr edən insanları tənqid edib:

"Bəziləri də bir tikə ömürlərini öz inkişaflarına yox, qeybət, dedi-qoduya həsr edib, boşluq və qaranlıqda, paxıllıq, cahillik, savadsızlıq quyusunda boğulmağı seçirlər. Yazıq..."



26-11-2023, 18:23 | "Ağlayaraq Çağatayın qapısına getdim"

"Ağlayaraq Çağatayın qapısına getdim"


Aktrisa Hazal Kaya illər sonra həmkarı və yaxın dost olduğu Çağatay Ulusoyla bağlı etiraf edib.

Bildirir ki, aktrisa 9 aylıq hamilə olanda evində baş verən yanğından söz açıb.

"Fikrətə hamilə olanda evimizdə yanğın çıxdı. Mühafizə Çağatayın evinə getməyimizi məsləhət gördü. Ağlayaraq Çağatayın qapısına getdim. "Evimiz yanır" deyib, ağladım" deyə, aktrisa əlavə edib.// axşam.az//



24-11-2023, 06:39 | Efirə çıxan məşhurlar niyə ancaq intim mövzulardan danışırlar? – QALMAQALLI AÇIQLAMA

Efirə çıxan məşhurlar niyə ancaq intim mövzulardan danışırlar? – QALMAQALLI AÇIQLAMA


Bir zamanlar deyirdilər ki, mətbuat təkcə təbliğatçı, təşviqatçı yox, həm də təşkilatçıdır. Yəni mətbuatın cəmiyyətin yönünü dəyişdirməyə, onu istiqamətləndirməyə imkanları var. Amma bu gün biz bunu görmürük. Mətbuat çox zaman cəmiyyətin arxasınca sürünür, hadisələrin gerisində qalır.

Beləcə, mətbuat cəmiyyəti üst səviyyələrə daşımır, əksinə cəmiyyət mətbuatı aşağıya dartır.

İntellektual səviyyəsi və peşəkarlığı olmayan mətbuat ciddilikdən çıxaraq sarı rəngə boyanır. Təsadüfi deyil ki, bu gün televiziyaların, internet resurslarının çoxunda bayağı, şit mövzular daha çox auditoriya qazanır. İş o yerə çatıb ki, verilişlərdə erotik və seks söhbətləri gedir. Verilişə çıxanların əksəriyyəti məişət və intim mövzulardan daha çox və daha həvəslə danışırlar.

Respublica.Az xəbər verir ki, məsələyə münasibət bildirən Xalq artisti Əbdül Mahmudov Bizim.Media-ya açıqlamasında bildirib ki, efirlərdə biabırçılığın həcmi günbəgün genişlənir:

"Verilişlərdə intim mövzulara daha çox yer verilir. Yerindən duran seksopotoloq, psixoloq kimi danışır. Bu da ondan irəli gəlir ki, efirlər nəzarətsizdir. Pulu olan istənilən şəxs istədiyi televiziyada veriliş açıb, aparıcılıq edə bilir. Hazırda veriliş aparanların çoxunun televiziyaya, jurnalistikaya aidiyyatı yoxdur.

Belələri də nə danışmalıdır ki?

Bildikləri şey də seksdir, erotikadır. Savadsız, səviyyəsiz aparıcılar da özlərinə öz səviyyələrində müsahib tapırlar. Səviyyəsi olmayan insansa ancaq düşük, gərəksiz şeylərdən danışmalıdır. Bu məsələdə pis cəhət odur ki, belə söhbətlərə tamaşaçılar daha çox baxır. Bunun hesabına da həmin verilişlər reytinq qazanır, yaxşı reklam toplayırlar.

Təəssüf..." Tanınmış teleaparıcı, BDU-nun professor Qulu Məhərrəmli də sözügedən durumu biabırçılıq adlandırıb: "Televiziya verilişlərinin səviyyəsinin aşağı düşməsi, xüsusən də əyləncəli şou proqramlarında bayağı epizodların artması, aparıcıların tamaşaçı qarşısında məsuliyyət hiss eləmədən məişət səviyyəsində performanslar göstərməsi sadəcə biabırçılıqdır.

Bunun bir sıra səbəbləri var.

Əsas səbəbi yayım siyasətinin düzgün qurulmamasıdır. Bəzi televiziyalar böyük auditoriya toplamaq, reytinq qazanmaq və nəticədə daha çox reklam cəlb eləmək üçün hər yola gedirlər. Çox təəssüf ki, efirdəki biabırçılığa auditoriyanın adekvat reaksiyası yox dərəcəsindədir. Auditoriyanın müəyyən seqmenti var ki, onlar bu tip verilişlərə baxırlar. Bunun hesabına da həmin verilişlərin reytinqi artır".

Bunların qarşısını necə almaq olar?

"Burda 2 xətti dəqiq bilməliyik. Birinci xətt büdcədən maliyyələşən televiziyalardır, ikinci xətt isə kommersiya kanallarıdır. Ona görə də bizim tələbimiz daha çox büdcədən maliyyələşən televiziyalardan olmalıdır ki, onlar özlərinin proqram siyasətini ardıcıl və mükəmməl həyata keçirsinlər. Çünki, büdcədən pul almaq o deməkdir ki, verilən pulda hər birimizin əməyi var. Ona görə də büdcədən maliyyələşən televiziyalar marifləndirmək, əyləndirmək və xəbər vermək prinsiplərinə doğru-düzgün əməl etməlidirlər.

Kommersiya televiziyalarına gəldikdə isə heç kim onlara ixtiyar verməyib ki, verilişlərin hamısı əyləncəli olsun, şou proqramları daha çox olsun.

Bu məsələdə bəlli bir hədd var.

Yəni ən azından verilişlərin 40 faizi marifləndirici və məlumatlandırıcı olmalıdır. Təəssüf ki, özəl kanalların bir çoxu yayım siyasətlərini ancaq şou proqramların üzərində qurub. Keyfiyyətli şouya etiraz yoxdur. Yaxşı aparıcısı olan, ciddi problemlər qoyan verilişlər də var.

Amma verilişlərin çoxunun səviyyəsi də aşağıdır, aparıcısı da savadsızdır. Ona görə həm cəmiyyət, həm də televiziya rəhbərləri belə hallara qarşı mübariz olmalıdırlar. Nüfuz, reytinq qazanmağın müasir yolları da var. Sadəcə onlardan istifadə eləmək lazımdır".

Respublica.Az

24-11-2023, 06:31 | "Televiziyalar "mənə maçı ver" oxuyan müğənniləri təbliğ edir"

"Televiziyalar "mənə maçı ver" oxuyan müğənniləri təbliğ edir"


"Xalq artistlərinin əksəriyyəti fonoqram oxuyur. Anam 35 il musiqi dərsi verib. Anamla mən şokdayıq... Görün, toylarda o zamanlar kimlər oxuyurdu... Adları, hamısı şəxsiyyətdir. Akif İslamzadə toylarda nömrə bir idi. Rəhmətlik Hüseynağa Hədiyev... Artıq bir-bir onların adını çəkməyəcəyəm, çünki nə qədər sadalasam, soruşacaqlar ki, "onlar kimdir?", sonra da başlayacaqlar onların adlarını internetdə "Google" da axtarmağa.

Sonra xalq artisti Brilliant Dadaşova gəldi və s.. Əvvəllər televiziyada təbliğ olunan müğənnilər toylarda çıxış edirdilər. İndi baxın, görün ki, televiziya hansı müğənnilərin təbliğini aparır... "Mənə maçı ver...." Axı bu nə mahnıdır? Bu nə sözlərdir? Mənə izah edin, zəhmət olmasa..."

Respublica.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri "Planet Parni İz Baku" komandasının məşhur üzvü, Əməkdar artist Tahir İmanov qonaq olduğu "YouTube"da yayımlanan "Фруктовый чай" verilişində deyib.

Aktyor musiqi mədəniyyətində baş alıb gedən özbaşınalıqlara, bayağılığa və xaosa üsyan edib. Əməkdar artist bunun günahını televiziyalarda təbliğ olunan bayağılıqda görüb: "Azərbaycan mədəniyyətinə yaxından bələd olmasaydım, məndə belə bir hiss yaranmışdı ki, bu xalqın Rəşid Behbudovu, Şövkət Ələkbərovası yoxdur... Çünki televiziya belə bir vəziyyətə gətirib hər şeyi çıxarıb.

Lütfiyar İmanov, Müslüm Maqomayev, Polad Bülbüloğlu yox idi... Nə üçün Rəşid Behbudovu yalnız vəfatında və doğum günündə xatırlayırıq. Sonu olmayan böyük repertuarımız var. Mən xalq mahnılarımızı, Cahangir Cahangirov kimi böyük bəstəkarlarımızın yazdığı şedevr əsərləri nəzərdə tuturam. Bəstəkar Tofiq Quliyevin repertuarını götürsəniz, bütün toyu idarə etmək kifayətdir. Orada lirika, 6/8-lik ritm və vals da var. Ümumiyyətlə, nə istəyirsən var..."

T.İmanov fəxri adı olan müğənnilərin məşhur bəstəkarlarımızın yaratdığı əsərləri deyil, kimliyi bəlli olmayan qeyri-peşəkarların mahnılarını oxumasına qarşı çıxıb: "Niyə bizim Xalq və Əməkdar artistlər Bokanın repertuarından mahnılar oxuyurlar və ya Azərbaycan mədəniyyətimizə heç bir aidiyyatı olmayan insanların repertuarından musiqilər səsləndirirlər? Budur, televiziyamızın təbliğ etdiyi mədəniyyət. Müğənnilərimiz "Başımızın üzərindən durnalar uçur" adlı mahnı oxuyurlar. Haradadır böyük və məşhur bəstəkarların mahnıları? Niyə bu bəstəkarların repertuarlarına müraciət etmirsiniz? Bütün bunları görmək və eşitmək çox məyusedicidir... Özümə yer tapa bilmirəm görəndə ki, Xalq və Əməkdar artistlər və onları başqa Xalq artisti musiqiçi müşayiət edib, anlaşılmaz adamların repertuarından mahnılar oxuyurlar. Soruşanda ki, niyə belə mahnılar oxuyursan, o, cavab verir ki, "məclis sahibləri belə istəyirlər". Axı siz onlara deyə bilərsiniz ki, nə oxuyacam, nə də ifa edəcəm. İnanın səmimiyyətimə mən şəxsən bütün bu mahnılara dözə bilmirəm".

Respublica.Az


24-11-2023, 05:54 | "Günah onları teatra işə götürüb, bədbəxt edənlərdədir"

"Günah onları teatra işə götürüb, bədbəxt edənlərdədir"


"Ailə tərbiyəsi başqadır, teatr tərbiyəsi başqa. Aktyorda teatr tərbiyəsi olmalıdır. Tamaşa vaxtı səhnə arxasında gəzmək, səs salmaq olmaz. İsgəndərin monoloqunu deyəndə, səhnədə təkəm və zalda tam sakitçilikdir. Baxıram arxada kimsə danışır, səsindən tanıyıram. Kulisə gedəndə özünə də dedim. Bu, mane olur. Bilə-bilə cibinə telefon qoyub səhnəyə çıxanlar olur".

axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Anar Heybətov "Dikdaban" proqramında deyib. Aktyor teatrda gördüyü qüsurlardan danışıb:

"Teatrın yazılmamış qanunları var. Adi küçə ayaqqabısı ilə səhnəyə çıxmaq olmaz. Amma elə aktyorlar var ki, evdən necə gəlirsə, elə də səhnəyə çıxır. Olmaz, paltarını dəyişməlisən. İlk növbədə onlar özlərinə, işlərinə hörmət etməlidirlər. İş yerini sevməlidirlər.

Mən səhnədə aktyorun zalda oturan şəxslə mesajlaşdığını görmüşəm. Gedib, dəqiqləşdirmək üçün özündən soruşmuşam, gülüb, təsdiqləyib. "AzDrama"da işlədiyim üçün, oradan danışıram. Bilmirəm, başqa teatrlarda necədir.

Günah belələrini illər əvvəl teatra işə götürüb, bədbəxt edənlərdədir. Əllərindən nə aktyorluq, nə də başqa iş gəlir".


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.