24-11-2023, 05:46 | Mənzurədən keçmiş həyat yoldaşına: "Bütün həyatımı alt-üst eləmisən"

"Yağışlı havada həyatımda ilk dəfə görüşə gedirdim, 18 yaşım var idi. Maşınsız idim, əlimdə çətir var idi. Görüş yerinə çatmamış ayağım sürüşdü və yerə yıxıldım. Dizim parçalandı. Hələ yeri də qalıb. Telefon da yox idi ki, zəng edim. Keçmiş həyat yoldaşımla görüşə gedirdim. Amma qayıtdım evə. Allah da o vaxt qoymurdu ki, sən bununla görüşə getmə".
Bu sözləri müğənni Mənzurə Musayevə "7 Tamam" verilişində dəyib. İfaçı bildirib ki, keçmiş həyat yoldaşı proqramlarda onun barəsində danışılmasını istəmir:
"Son vaxtlar keçmiş həyat yoldaşım zəng elədi və dedi ki, efirdə belə şeyləri danışma, bəsdir. Cavab verdim ki, bəs nə danışım? Bütün həyatımı alt-üst eləmisən. Məndə uydurma yoxdur. Yalan danışmıram. Efirdə onun haqda demişdim ki, pulları yastığın altına yığıb yatır. Qadağa qoymadı, kimdir ki, qadağa qoysun? Amma danışmağın da daha mənası qalmayıb"./axşam.az/
23-11-2023, 06:30 | Güneldən hədədolu mesaj: "Hamısını deyəcəyəm”

"Acı gerçəkləri bir də məndən dinləyin. İbrahim Tatlısəs deyə bir məktəb var. Bizlər də onun tələbələriyik".
axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Günel Zeynalova sosial şəbəkə hesabında yazıb. Sənətçi son günlər tənqid edilən İbrahim Tatlısəsi müdafiə edib
Günel daha sonra hazırladığı yeni albomdan yazıb:
"Həyəcanlıyam, xoşbəxtəm. Allahın insanın xəyalını gerçəkləşdirdiyi o an var. İndi həmin andır və mən parıldayıram. Nələrəsə, kimlərəsə və əngəllərə baxmayaraq 18 ədəd bir-birindən dəyərli əsəri səsləndirdim. Bu işdə ən böyük dəstəkçim İbrahim Tatlısəs oldu. Kimlərlə işlədim hamısını deyəcəyəm".
22-11-2023, 20:05 | “Əgər Şəfiqənin namizədliyi irəli sürülsə, qırğın salacam...” - Şeyx Əbdül

"O qadın çantasını da götürüb, səssiz-səmirsiz istirahətə getməlidir".
Bu sözləri birləşdirilən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizəd məsələsində Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanın adlarının hallanmasına münasibət bildirən Xalq artisti Şeyx Əbdül Mahmudbəyli Yenicag.az-a açıqlamasında deyib.
O, qurultayda Rasim Balayev və Şəfiqə Məmmədovanın namizədliyinin irəli sürülməsinə imkan verməyəcəyini bildirib:
"İki qoca artist gəlib paz olublar kinoya. Elə Şəfiqə də, Rasim də... Yaşlı adamlarsız... Birinin 80, o birinin 76 yaşı var. Vaxtında çəkilmisiniz, pulunuzu da almısınız, ad-san da öz yerində.
İmkan verin, kino çəkənlər yaşasın, onlara şərait yaradılsın. Oturublar orada, elə bil, şəxsi mülkiyyətləridir.
Rasimlə işim yoxdur, əsas hədəfim Şəfiqə Məmmədovadır. Bu ictimai təşkilatdır, sədr qurultayda seçilməlidir. Bu da düz 7 ildir qurultay keçirilmədən oturub orada, kef edir".
Şeyx öz namizədliyinin irəli sürülməsi barədə yayılan xəbərə də münasibət bildirib:
"İttifaqın sədri kinorejissor olmalıdır. Öz namizədliyimi verəcəyəm. 400 nümayəndə var, onların ən azı 60 faiz üstəgəl 1-i səs verməlidir ki, namizəd seçilsin. Mən birmənalı şəkildə kinorejissor olmayan adamın sədr seçilməsinə imkan verməyəcəyəm. Mənim də namizədliyimi irəli sürmək istəyənlər var.
Bəli, mənim 80 yaşım var, kinonun sağ qalan iki-üç ağsaqqalından biriyəm. Buna görə də xahiş edirəm, kinomuzu dirçəltmək üçün məni seçmək istəyənlər dəstəkləyəcəyim namizədə səs versinlər. Yox, əgər kino ilə alver etmək istəyirlərsə, onda gedib işləri ilə məşğul olsunlar.
Əgər Şəfiqənin namizədliyi irəli sürülsə, qırğın salacam. O qadın çantasını da götürüb, səssiz-səmirsiz istirahətə getməlidir. 80 yaşı var, kinoya aidiyyatı olmadan kef edib özü üçün". //milli.az/
22-11-2023, 19:56 | "ATV" Çingiz Abdullayevə görə aparıcını belə CƏZALANDIRDI

Xəbər verdiyimiz kimi, xalq yazıçısı Çingiz Abdullayev "ATV" telekanalını məhkəməyə verməyə hazırlaşır. Buna səbəb bir müddət əvvəl "ATV" telekanalının efirində yayımlanan "Xəbərin olsun" verilişinin aparıcısı Kubra Məhərrəmovanın Çingiz Abdullayevin əsərlərini "zir-zibil" adlandırmasıdır.
Məsələ ilə bağlı bizim.media-ya açıqlama verən "ATV" telekanalının mətbuat katibi Ozal İbrahimli bildirib ki, hadisə ilə bağlı aparıcı Kübra Məhərrəmovaya ciddi xəbərdarlıq edilib:
"Sözügedən ifadənin səsləndiyi verilişdən dərhal sonra kanal rəhbərliyi aparıcılar və redaksiya heyəti ilə iclas keçirib. Qeyd edilən ifadəni işlədən aparıcıya rəsmi şəkildə ciddi xəbərdarlıq edilib".
22-11-2023, 13:11 | Elgizin verilişində gərgin anlar: Pərvanə dalaşıb verilişdən getdi

ARB kanalında yayımlanan "Elgizlə İzlə" verilişində gərginlik yaşanıb.
Canlı yayım zamanı qonaqlar arasında müzakirə zamanı dava düşüb.
Verilişin aparıcılarından olan Pərvanə Tahirqızı fikir bildirmək istəsə də,ekspertlərin mübahisəsi ona danışmağa imkan verməyib.
Bu zaman aparıcı əsəbiləşərək canlı yayımda efiri tərk edib.
Baş verən qalmaqaldan sonra efirdə fasilə yaranıb.//oxu24.com/
21-11-2023, 08:50 | "Avroviziya" qalibi axtarışa verildi

Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanı 2016-cı ildə "Avroviziya"da təmsil edən və qalib olan Camalanı axtarışa verib.
Məlumatda sənətçinin 2023-cü ilin oktyabrından axtarışda olduğu qeyd olunub.
Məlumat bazasında axtarışın hansı maddə əsasında aparıldığı göstərilməyib.
Hüquq-mühafizə orqanlarından TASS-a bildirilib ki, səbəb Rusiya ordusu haqqında saxta xəbərlərin yayılması işi ilə bağlı ola bilər./axşam.az/
21-11-2023, 06:45 | Ölkəmizi “Avroviziya – 2024”də təmsil edəcək ifaçı namizədləri yaxından TANIYAQ

"İctimai" televiziya bu il ölkəmizi nüfuzlu "Avroviziya - 2024" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək ifaçıların seçim mərhələsini davam etdirir.
bizim.media bildirir ki, Azərbaycanı İsveçdə, yarışma səhnəsində təmsil etməyə namizəd olan ifaçılar musiqi zövqləri, builki Avroviziya mahnıları, səhnə xəyalları barədə fikirlərini bölüşüblər.
Münsif səsverməsi nəticəsində finala keçən ifaçılar Aisel, Qorqud, Fahree, Mila Miles, İlkin Dövlətov və Etibar Əsədli triosu, Səbinə Quluzadə və Emy Liadır.
Qeyd edək ki, "Avroviziya-2024" 7, 9 və 11 may tarixlərində İsveçdə Malmö Arenada baş tutacaq.
21-11-2023, 06:31 | Bu gün instaqramda nələr paylaşıldı?

Məşhurlar bu gün də ən yeni şəkillərini İnstaqram sosial şəbəkəsində paylaşıblar.
axşam.az-a istinadən həmin fotoları təqdim edir:
20-11-2023, 18:18 | Azərbaycanlı müğənni yeni yayılmış virusa yoluxub

Müğənni Lətifə Soyuöz keçirdiyi ağır günləri izləyiciləri ilə bölüşüb.
Sənətşi son 10 gündür sosial şəbəkə hesabında heç bir paylaşım etmədiyini deyib və bunun səbəbini açıqlayıb. O bildirib ki, virusa yoluxub:
"Çox ağır xəstə idim. Yerimdən belə qalxa bilmirdim. Yeni virus yayılıb, özünüzü qoruyun. Çoxlu vitamin için, telefonu belə əlimə alacaq halım yox idi. İmmunitetinizi qaldırın, özünüzü qoruyun. İnsan üçün ən önəmlisi sağlamlıqdır".// axşam//
20-11-2023, 15:17 | Şəbnəm Tovuzlu: Ərim belə edəndə onu vururam

Müğənni Şəbnəm Tovuzlu emosional açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Respublica.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Xəbərin var?" maqazin verilişində həyat yoldaşı Hacı Ramildən söz açıb.
Şəbnəm bildirib ki, əri ilə uzun müddət küsülü qala bilmir və barışmaq üçün hər zaman özü addım atır:
"Həyat yoldaşımla olub ki, 5 gün küsülü qalmışıq. Düşünürəm ki, axı, necə ola bilər, bu qədər küsülü qalmaq? Amma mən küsülülüyə dözə bilmirəm. Ona zəng edib, ürək sözlərimi deyirəm. Hətta qarşısına çıxıb, əsəbiləşərək onu vururam. Amma o heç zaman mənə əl qaldırmaz. Deyirəm ki, tez de, "Məni sevirsən, yoxsa sevmirsən? Gözümün içinə bax, de ki, Şəbnəm, səni sevmirəm".
O bu sözü mənə deyə bilər!? Deyə bilərsənmi!? Təbii ki, yox!".
Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramil ilə nikahından isə müğənninin Əli adlı oğlu var.


















