28-06-2022, 08:11 | "Şortiki geyindim getdim" - Əməkdar artist - VİDEO

Əməkdar artist Kubra Əliyeva rəqs etdiyi görüntüləri tənqid edənlərə cavab verib.
axşam.az-a istinadən xəbər verir ki, aktrisa dəniz kənarında rəqs edərkən onun videosunu aparıcı Elgiz Əkbər çəkərək instaqramda yerləşdirib. İzləyicilərin əksəriyyəti isə K.Əliyevanın həm geyimini, həm də rəqsini tənqid edib.
"Getdik Elgizin bağına. Durub rəqs etmişəm instaqramda video yerləşdirmişik. İzləyicilər nələr yazıb. Yazıblar "Oynamağı Kubra xanıma yaraşdırmadım". Niyə? Evdə mən yemək hazırlayıram, musiqi eşidəndə qol qaldırıb oynayıram. Əsl bağ geyimində idik. Mən o bəyənməyənlər üçün yaşamıram, bəyənənlər üçün yaşayıram. Şortiki, güllü koftamı geyindim getdim. Bu qədər" deyə, aktrisa cavabında deyib.
27-06-2022, 11:21 | Tatlısəs qızını səhnəyə çıxarmaq üçün pul təklif etdi

Keçmiş həyat yoldaşı Adalet Sara və oğlu Ahmet Tatlısəsin ünvanına dediyi sözlərlə gündəmə gələn müğənni İbrahim Tatlısəs bu dəfə məkanların birində verdiyi konsertdə diqqət çəkib.
axşam.az-a istinadən xəbər verir ki, ifaçını izləməyə gələnlər arasında keçmiş həyat yoldaşı Ayşegül Yıldız və qızı Elif Ada Tatlısəs də yer alıb.
İbrahim qızını səhnəyə çıxartmağa çalışıb. Tatlısəs qızını nə qədər çağırsa da, o, utandığını deyib və səhnəyə çıxmayıb.
Müğənni isə "Gəl, pul verəcəm. 100 lirə verəcəm... 200, 300... " sözlərini söyləyib. Elif isə utandığı üçün, anasına qısılıb və ona cavab verməyib.
24-06-2022, 13:23 | Müşfiq Şahverdiyev bu kanalda aparıcılıq edəcək

"Xəzər" televiziyasının rəhbəri Murad Dadaşov aktyor Müşfiq Şahverdiyevi kanala gətirib.
teleqraf.com-a istinadən xəbər verir ki, Müşfiq Şahverdiyev televiziyada "Turbaz" adlı veriliş aparacaq.
Səyahət tipli proqram yaxın günlərdə yayımlanacaq.
24-06-2022, 13:22 | Elçin Əlibəyli boşanır

Tanınmış aparıcı və sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli həyat yoldaşı Dilruba Vaqifzadə ilə boşanır.
OLAY-a istinadən bildirir ki, cütlük bir neçə müddətdir ayrı yaşayır. Onların rəsmi boşanma prosesi də başlayıb.
Qeyd edək ki, bu, E.Əlibəylinin ikinci evliliyidir. Cütlüyün Alpər adlı bir oğlu var.
23-06-2022, 14:37 | Məşhur müğənnidən karyerasıyla bağlı gözlənilməz qərar

Türkiyəli məşhur müğənni Zərrin Özər karyerasını bitirib.
axşam.az-a istinadən xəbər verir ki, bu barədə 64 yaşlı sənətçi sosial şəbəkədə məlumat verib:
Ətraflı
"Bir neçə gün əvvəl öz istəyimlə karyeramı sonlandırdım. Pərəstişlarım üçün bildirim ki, səhhətim qaydasındadır. Səvənlərimə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Z.Özər "Son məktub", "Kıyamam", "Şimdi hayallerdesin", "Her şey seninlə güzel", "Paşa gönlüm" kimi mahnılarıyla məşhurlaşıb.
19-06-2022, 13:40 | Pol Uoker və Uma Turmanın Hollivudun Şöhrət xiyabanında ulduzu olacaq

Aktyorlar Uma Turman, Pol Uoker (ölümündən sonra), Bill Pullman və digər mədəniyyət xadimləri 2023-cü ildə Hollivudun Şöhrət xiyabanında ulduz alacaqlar.
oxu.az-a istinadən bildirir ki, siyahıya həmçinin aktyor Vins Von, aktyor və rejissor Con Favro, müğənni Lenni Kravits, Cenni Rivera (ölümündən sonra), "Jonas Brothers" rok qrupu və digər məşhurlar daxildir.
Bundan əvvəl bildirilmişdi ki, aktyor Ceyms Honq Hollivudun Şöhrət xiyabanında ulduz alan ən yaşlı artist olub. Fevralın 22-də 93 yaşını qeyd edəcək sənətçi xiyabanın özündən 31 yaş böyükdür.
19-06-2022, 13:23 | Tom Kruz rekordunu yenilədi

Hollivud ulduzu Tom Kruz öz rekordunu yeniləyib.
Axşam.az-a istinadən xəbər verir ki, aktyorun həm rol aldığı, həm də prodüser kürsüsündə əyləşdiyi "Top Gun: Maverick" filmi kassada milyon dollar gəlir əldə etdi. Bu isə Tomun karyerasının ən yüksək kassa gəliridir.
Qeyd edək ki, sözügedən ekran işi təkcə kassa rekord qırmayıb, həm də 2022-ci ilin ən çox baxılan filmi olub. Ekran işi 36 ildən sonra davam filmi olaraq çəkilib.
Tom rol aldığı "Mission Impossible: Reflections" filmi isə bundan əvvəl 791 milyon dollar gəlir əldə edib.
17-06-2022, 07:44 | Karyerasını sıfırdan qurmuş dünyanın ən zəngin xanımları

"Forbes" jurnalı bu dəfə sıfırdan karyera qurmuş dünyanın ən zəngin qadınlarının reytinqini dərc edib.
axşam.az-a istinadən xəbər verir ki, nəşrin reytinqinə iş qadını Diane Hendrix liderlik edib. O, bu sıraya dam örtüyü satışından əldə etdiyi 12 milyard dollarla layiq görülüb. İkinci yerdə səhiyyə proqramlarının yaradıcısı Cudi Folkner yer alıb. Onun hesabında hazırda 6,7 milyard dollar pul var.
İlk onluğu amerikalı tok-şou aparıcısı Opra Uinfrin tamamlayır. 68 yaşlı teleaparıcı karyerası boyunca 2,6 milyard dollar qazanıb. Məşhur müğənni Rihanna isə 1,4 milyard dollar qazancla 21-ci sırada qərarlaşıb.
Ətraflı
Dünyaca məşhur 24 yaşlı model Kayli Cenner 600 milyonluq qazancı ilə siyahıda 41-ci ola bilib. Müğənnilər Madonna və Taylor Svift isə sıralamada 47 və 48-ci olublar.
Nəşrin siyahısında məşhurlar arasında yer alan ifaçı Beyons 61-ci, aktrisa Riz Uizerspun 65-ci, aparıcı Ellen Deceneresindi isə 72-ci yerdədir.
17-06-2022, 07:42 | Milyarddan çox baxış toplayan yerli müğənnilər - SİYAHI

Şou-biznes əhli zaman-zaman şəxsi həyatları, bahalı və lüks yaşayış tərzləri ilə gündəmə gəlsələr də, onlar arasında sənət nümayiş etdirənlər də az deyil. Səhərdən axşama qədər təmtəraqlı məclislərdə sevilən ifalarını təqdim edən sənət adamları əldə etdikləri gəlirlə mahnı alır, eyni zamanda bahalı kliplər çəkdirirlər. Ərsəyə gətirdikləri həmin ekran işlərini isə şəxsi yutub kanallarına yerləşdiriərək sevənlərinin ixtiyarına verirlər. Bu platformaya ümumi olaraq nəzər salsaq, əksər ifaçılarımızın milyonlarla baxış sayı yığan kliplərini görmüş olarıq.
Bu dəfə baku.ws saytı olaraq yutub sosial platformasında klipləri daha çox izlənilən azərbaycanlı müğənnilərin kimliyini araşdırdıq. Onların siyahısını siz oxucular üçün təqdim edirik:
Yutubda klipləri ən çox izlənilən məşhurlar arasında müğənni Üzeyir Mehdizadə ilk yerdədir. Onun şəxsi yutub kanalının 1 milyon 88 min abunəçisi mövcuddur. Bu platformada 2012-ci ildə özünə kanal açan Üzeyirin ən çox baxılan klipi "Yaxsi olar" mahnısına çəkilən ekran işidir. Sənətçinin bu klipi nə az nə çox, 283 milyon dəfə izlənilib. Sənətçinin kanalındakı kliplərin ümumi baxışı isə 877 milyondan çoxdur.
Müğənni Nahidə Babaşlının yutub kanalı 2017-ci ildən fəaliyyət göstərir. Buna baxmayaraq ifaçının 1 milyon 39 min izləyicisi var. Onun şəxsi kanalına yerləşdirilən "Ay yüzlüm" ifasının görüntüləri 84 milyon baxış sayı toplayıb.
Müğənni Talıb Talenin yutubda 1 milyon 18 min abunəçisi var. Mahnılarının böyük əksəriyyətinin özü bəstələyən sənətçinin klipləri də yetəri qədər baxış sayı yığıb. Onun həmkarı Zeynəb Həsəni ilə akustik tərzdə oxuduğu "Səbr elə" mahnısı 125 milyon dəfə izlənilib.
Müğənni Şəbnəm Tovuzlunun yutub kanalı 2016-cı ildə açılıb. Sənətçinin 1 milyon 8 min izləyicisi var. Onun "Xəstəyəm" mahnısının görüntüləri 54 milyondan çox baxış sayı toplayıb.
Müğənni Damlanın yutubda təxminən yarım milyon, yəni 560 min abunəçisi var. Onun "Popuri" mahnıların ibarət klipi 38 milyon dəfədən çox izlənilib.
Ətraflı
Gənc ifaçılardan olan Çinarə Məlikzadə yutub kanalı 2017-ci ildə açılıb. Onun 400 min abunəçisi var. İfaçının musiqiçi Alişahinlə akustik tərzdə ifa etdiyi "İhtiyacı var" mahnısının görüntüləri 60 milyon baxış sayı toplayıb.
Xalq artisti Röya Ayxanın yutubda 337 min izləyicisi var. İfaçının ən çox dinlənilən ifası "Düşürsən tez-tez yada" adlı kompozisiyasıdır. Sözgedən mahnının görüntüləri 13 milyondan çox izlənilib.
Xalq artisti Miri Yusifin yutub kanalı 2012-ci ildən fəaliyyətdədir. Hər zaman sevilən hitləri ilə diqqət mərkəzində olan sənətçinin 204 min abunəçisi var. Onun ən çox dinlənilən mahnısı isə həmkarı Röya Ayxanla ifa etdiyi "Səndən bir dənədir" duetidir. Kompozisiyanın görüntüləri 25 milyondan çox izlənilib.
Hazırda İndoneziyanın Bali şəhərində yaşayan müğənni Çingiz Mustafayev də klipləri daha çox izlənilən sənətçilər sırasındadır. Onun yutub kanalının 186 min izləyicisi var. İfaçının ən çox baxılan klipi "Can can" adlı mahnıya çəkilən ekran işidir. Klip yutubda 17 milyondan çox baxış sayı toplayıb.
Uzun müddətdir efirlərdən qonarar tələb etməsi xəbərləri ilə gündəmə gələn müğənni Natavan Həbibinin yutubda 103 min abunəçisi var. Onun ən çox baxış sayı toplayan kompozisiyası "Sevgi bizi yola verdi" adlı mahnısı olub. Klip 15 milyondan çox baxış sayı toplayıb.
Gənc müğənni Əhməd Mustafayevin yutub kanalı 2014-cü ildə açılıb. Sənətçinin ən çox baxılan klipi "Canan" adlı mahnıya çəkilən ekran işi olub. Kompozisiya 28 milyondan çox insan tərəfindən izlənilib.
Müğənni Zamiq Hüseynov da yutubda klipləri də kifayət qədər izlənilən ifaçılarımızdandır. Sənətçinin bir zamanlar musiqi platformalatını alt-üst edən "Kaman" adlı ifası 32 milyondan çox baxış sayı toplayıb. Hüseynovun yutubda 111 min abunəçisi var.
17-06-2022, 07:20 | Ana ola bilməyən Fidan Axundova: "Çox istədim, amma..."

Aktrisa-aparıcı Fidan Axundova ana ola bilməməsindən danışıb.
axşam.az-a istinadən xəbər verir ki, "Maqazin plus" verilişinə müsahibə verən sənətçi övladı olmasa da, analıq hissini yaşadığını bildirib:
"Çox istədim, amma qismət olmadı. Əngəllər var idi. Analıq hissini bacım Aydana baxmaqla yaşamışam. Uşaqlıqdan əlimdə böyüyüb, ananın göstərdiyi bütün qayğıları çəkmişəm. Özü də deyir ki, sən mənim ikinci anamsan".
Qeyd edək ki, Fidan aktrisa Aydan Axundovanın bacısıdır.


















