11-12-2024, 20:03 | Manatla bağlı PROQNOZ: Belə olsa...

Neft qiymətləri kəskin düşərsə, manatın məzənnəsinin tənzimlənməsi ehtimalı yaranacaq.
Bu barədə "Standard & Poor's Global Ratings" agentliyi 2027-ci ildə Azərbaycanın xarici valyuta axını ilə bağlı proqnoz verib.
Agentlik bildirib ki, neftin qiyməti kəskin düşərsə və uzun müddət qiymət yüksəlmərsə, hökumət manatın məzənnəsini tənzimləməyi nəzərdən keçirəcəyini ehtimal edir. Proqnoza görə, ölkəyə daxil olan xarici valyuta, ölkədən çıxan vəsaitdən az olacaq.
İqtisadçılar bildirirlər ki, bu, iqtisadi şəraitdən asılıdır və ehtiyatların azalması milli valyutanın tənzimlənməsini zəruri edə bilər. 2027-ci ildə bu vəziyyətin reallaşması Azərbaycanın ixracat layihələrindən asılıdır.
Asya
4-09-2021, 09:14 | Prezident İlham Əliyev hərbi xidmətə çağırılma və ehtiyata buraxılma barədə Sərəncam verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Sərəncamla "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alınır:
1. 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.
AZƏRTAC
12-05-2021, 07:26 | İlham Əliyev: "Azərbaycanda "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur"
