Alkaraz 1990-cı ildən bəri Böyük Dəbilqə turnirinin ən gənc dörddəbir finalçısı olub
İspaniyalı tennisçi Karlos Alkaraz ABŞ Açıq Çempionarının ("US Open") dördüncü mərhələsində almaniyalı Peter Qoyovçik üzərində qələbə qazanıb.
Görüş 18 yaşlı ispaniyalının 5:7, 6:1, 5:7, 6:2, 6:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində K.Alkaraz dörddəbir final mərhələsinə yüksəlib.
Karlos Alkaraz 1990-cı ildən bəri Böyük Dəbilqə turnirinin ən gənc dörddəbir finalçısı olub. Dörddəbir finalda ispaniyalı tenisçi Frensis Tiafo (ABŞ) - Feliks Oje-Alyassim (Kanada) cütlüyünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Karlos Alkaraz Professional Tennisçilər Assosiasiyasının reytinqində 55-ci yerdədir.
Trend
Tarix: 6-09-2021, 10:21