Peyvənd varsa, PCR testi niyə aktuallığını itirmir?
Dünya əhalisinin 25%-i bu ilin sentyabr ayınadək tam peyvəndlənib. Peyvənd pasportu varsa, PCR test niyə gündəmdən düşmür? ABŞ-da aparılan araşdırma nəticəsində məlum olub ki, uçuşdan əvvəl PCR testi vermək virusa yoluxmuş sərnişinlərin sayında kəskin azalmaya səbəb olur. Hətta uçuşdan 72 saat əvvəl alınan PCR test cavabı yoluxmuş sərnişinlərin sayını təxminən 99.95% azaldır.
Mayo Clinic Proceedings-in araşdırma komandası, 2020-ci ilin dekabrından 2021-ci ilin mayına qədər Delta Air Lines-in uçuş öncəsi test proqramını analiz edib.
Atlantadakı Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanından və ya Nyu Yorkdakı John F. Kennedy Beynəlxalq Hava Limanından Roma və ya İtaliyaya səyahət edən 9853 nəfərin məlumatları təhlil edilib.
Araşdırmada beş fərqli test variantı qiymətləndirilib. Nəticə isə belədir ki, polimeralı zəncirvari reaksiya (PCR) COVİD-19-u aşkar etmək üçün qızıl standart hesab olunur. PCR testlər yuxarı tənəffüs yollarından götürülən nümunə əsasında koronavirusun genetik materialını aşkar etdiyi üçün yüksək dəqiq nəticələr verir. O da məlumdur ki, nümunə bir laboratoriyaya göndərilməli və mütəxəssis tərəfindən təhlil edilməli olduğundan, PCR testlər digər seçimlərə nisbətən baha başa gəlir və nəticə əldə etmək uzun çəkir. Bu da öz növbəsində PCR testlərindən istifadə etməyi çətinləşdirir.
Digər tərəfdən, sürətli testlər koronavirusun səthindəki antigenləri aşkar etməyə çalışır. Bu üsul PCR-dən daha sürətlidir və nəticələr 15 dəqiqə ərzində əldə edilir. Bu üsulda yanlış neqativlərin olma ehtimalı isə yüksəkdir. Yəni əslində yoluxmuş olsalar da mənfi nəticələr alan COVİD-19 xəstələri ilə qarşılaşmaq ehtimalı mümkündür.
Araşdırmanın bir hissəsi olaraq, test edilən təxminən 10.000 sərnişindən dördünün (0.04 faiz) həm molekulyar testi, həm də sürətli antigen testi müsbət olduğu üçün uçuşlarına icazə verilməyib. Bu nəticə, Delta Air Lines ilə uçan hər 2000 nəfərdən yalnız birinin Kovid-19-a yoluxması deməkdir.
aviatravel.az
Tarix: 23-09-2021, 06:34