COVID-19 insan orqanizmində neçə ay qala bilər?
Koronavirus bədənin əksər orqanlarına, xüsusən də ürəyə və beyinə daxil olmağa və orada yeddi aydan çox qala bilir.
Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) alimlərinin araşdırmanın nəticələrində göstərilib.
Məlumata əsasən, mütəxəssislər COVID-19-dan ölən 44 şəxslərin cəsədlərindən nümunələri təhlil ediblər və "simptomların özünü göstərməyə başlayandan 230 günə qədər beynin bütün bölgələri də daxil olmaqla bir çox anatomik yerlərdə davamlı SARS-CoV-2 RNT" tapıblar.
Alimlər bildiriblər, koronavirus bədənin demək olar ki, bütün orqanlarında aşkar edilib və hətta yüngül simptomları olan xəstələrdə də geniş yayılıb. Eyni zamanda, tənəffüs yollarından kənarda ciddi iltihab müəyyən edilməyib.
Tarix: 27-12-2021, 06:14