"Qarabağ"ın pley-offdakı rəqibləri bilindi - YENİLƏNİB
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək mərasimdə yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşdi.
"Qarabağ" "Legiya" (Polşa) - "Drita" (Kosovo) cütünün qalibi ilə oynayacaq.
"Qarabağ"ın potensial rəqibləri sentyabrın 24-də qarşılaşacaq.
Pley-offun qarşılaşmaları oktyabrın 1-də keçiriləcək. "Qarabağ" bir oyundan ibarət mərhələnin oyununu səfərdə keçirəcək.
Xatırladaq ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasında "Sileks"i (Şimali Makedoniya) 4:0, "Şerif"i (Moldova) 2:1 hesabı ilə məğlub edib, "Molde"yə (Norveç) qolsuz bitən görüşün penaltilər seriyasında uduzub - 5:6.
----------
14:57
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək mərasimdə yeganə təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Artıq Çempionlar Yolunda səpələnmişlər səbətində yer alan Ağdam klubunun rəqiblərinin sayı altıya enib.
"Qarabağ" aşağıdakı 3 cütlükdən birinə rəqib olacaq:
"Şerif" (Moldova) - "Dandalk" (İrlandiya) cütünün qalibi
"Legiya" (Polşa) - "Drita" (Kosovo) cütünün qalibi
"Klasksvik" (Farer adaları) - "Dinamo" (Tbilisi, Gürcüstan) cütünün qalibi
Qeyd edək ki, 3-cü təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.
Tarix: 18-09-2020, 15:32