Çoxallahlıq hansı dəlillərlə inkar olunur?
İslam çoxallahlığın bariz nümunəsi olan bütpərəstlik mühitində zühur etdi. İnsanlarınzaman-zaman etiqad etdiyi bütləri qırıb Allahın birliyinə inam yaratmaq, yalnız əsaslı dəlillər vasitəsi ilə mümkün idi. İslam məntiq və dəlillərləbu inamı yarada bildi.
Qurani-kərimdə buyurulur: "Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı, onların ikisi də pozulardı"[1]. Dünyanın obyektiv nizamlı quruluşu, Allahın birliyinə ən yetərli dəlillərdəndir.
Müşriklərbu dəlil qarşısında"tanrılar bir-birinə zidd olmasa, dünyanın nizamı pozulmaz", dedilər. İslam onlara belə cavab verdi: fərq və ziddiyyətidoğuran çoxluqdur. Fərdlərinoxşarlığı eyniyyət deyil və oxşarlıq ziddiyyəti azaltsa da, tam aradan qaldıra bilməz.
Bir kafir imam Sadiqdən (ə) soruşdu: "Allah necədir?". İmam (ə) buyurdu: "Bir halda ki, yaranış nizamlıdır, ulduzlar səmada öz yolu ilə gedir, bu həmahənglikyaradanın birliyinə dəlildir"[2].
Qurani-kərim tərslik edib kainatın nizamını Allahın birliyinə dəlil qəbul etməyənlərə "dəlilinizi gətirin"[3] deyir.
Əhli-beyt (ə) hədislərində məntiqə əsaslananbelə bir cavabla da rastlaşırıq: "Allahdan başqa tanrı olsaydı, o da öz peyğəmbərlərini göndərərdi. Hansı ki, bütün peyğəmbərlər bir Allah tərəfindən göndərildiklərini bildirmişlər".
Tarix: 31-12-2021, 09:10