“Messi “Barselona”nı tərk edərsə, onu transfer etməyi düşünə bilərik”
“Messi “Barselona”nı tərk edərsə, onu transfer etməyi düşünə bilərik”


"Messi öz mövqeyini açıq şəkildə səsləndirsə də, hər şeyin mediada təqdim edilənlərlə nə qədər yaxın olduğunu deyə bilmərəm. Biz bu məsələdə iştirak etməmişik. Hər şey Messi ilə "Barselona" arasında oldu".

Bu sözləri "Mançester Siti"nin əməliyyat direktoru Omar Berrada deyib. O, "Barselona"nın kapitanı Lionel Messinin klubdan ayrılacağı təqdirdə futbolçunun "şəhərlilər"ə transfer olunma ehtimalından danışıb:

"Messinin "Mançester Siti"yə keçməyi real bir ehtimal olsaydı, bu barədə düşünə bilərdik. Aydındır ki, Messi, dünyanın ən yaxşı oyuçusudur. Ona görə də istənilən klub Messini tərkibində görmək istəyər. Ancaq bu, alınmadı.

Messinin "Mançester Siti"yə keçmək istəyi ilə əlaqədar bütün şayiələri görmək maraqlı idi. Bu, klubun irəlilədiyini, komandanın uğurlar qazandığını, Qvardiola və digərlərinin yaxşı işlədiyini göstərir. Gəlin, görək, necə olur. Messi "Barselona"nı tərk edərsə və onun transferi müzakirə edilərsə, bu variantı araşdıra bilərik".



Qeyd edək ki, argentinalı hücumçunun "Barselona"dan ayrılacağı və "Mançester Siti"yə keçəcəyi haqda xəbərlərlə yayılmışdı. Lakin Messi müqaviləsindəki 700 min avro təzminat ödənilməsi ilə bağlı bəndə görə, sözləşməyə xitam verməyəcəyini və Kataloniya klubunda qalacağını açıqlamışdı.
Tarix: 10-10-2020, 08:30