Azərbaycanla oyunöncəsi böyük hesabla uduzdu
Azərbaycanla oyunöncəsi böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində yer aldığı qrupda növbəti oyun keçirilib.

apasport.az-bildirir ki, Gürcüstan liderlər qrupunda qərarlaşan İsveçrəni qəbul edib.

Qoridəki Tengiz Burjanadze adına stadionda baş tutan qarşılaşma qonaqların üstünlüyü şəraitində keçib. Rəqib qapısından 3 cavabsız top keçirən İsveçrə xallarının sayını 21-ə yüksəldib və yenidən liderliyi ələ keçirib. Gürcüstanın isə aktivində 9 xal var.

Qeyd edək ki, 2-ci qrupda Azərbaycan millisi 6 xalla 5-ci pillədə qərarlaşır. Dünən Slovakiyaya 1:2 hesabı ilə məğlub olan yığmamız oktyabrın 13-də Gürcüstanın qonağı olacaq.
Tarix: 10-10-2020, 10:04