General-mayor Artur Vanetsyan: yalanı, tost qaldırmağı, informasiya boşluğu yaratmağı dayandırın
General-mayor Artur Vanetsyan: yalanı, tost qaldırmağı, informasiya boşluğu yaratmağı dayandırın

Ermənistanın keçmiş xüsusi xidmət rəisi, "Vətən" partiyasının rəhbəri general-mayor Artur Vanetsyan cəbhədəki ağır vəziyyət barədə danışıb və əhalini ümumi səfərbərliyə çağırıb.

Bu barədə Artur Vanetsay Facebook səhifəsindən müraciət edən zaman bildirib.

“Gənclər, vətən təhlükədədir. Yalnız üç həftə ərzində tamamilə mümkün olmayan arxa xidmətlə məşğul olanların olduğunu bilirəm. Lakin biz bir daha zərbələr endirməliyik. Bizim ön cəbhədə yağışda, soyuqda dayanan dostlarımızın dəstəyinə və dəyişdirilməsinə ehtiyac var".

Vanetsyanın sözlərinə görə, “hazırkı məqamda yalanlar, tostlar və məlumat boşluğu reallığı əks etdirməyən sakitlik yaradır”.

“Ancaq inanın ki, həqiqətən nəyinsə üzərində işləmək üçün çox şey var. Gəlin, birlikdə vətəni qoruyacağıq, gənclərə ehtiyacımız var. Hamını gözləyirəm, vaxt çox qiymətlidir", - o deyib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bütün merlərə, icma və yerli özünüidarə orqanlarının rəhbərlərinə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında özünümüdafiə dəstələrinin yaradılması tələbi ilə müraciət edib.

Qeyd edək ki, Dağlıq Qarabağdakı Ermənistan ordusunun əhəmiyyətli hissəsi Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı məğlub olub. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri artıq döyüşə getməkdən imtina edir və mövqelərini tərk edir. Azərbaycan Ordusu sürətlə irəliləyir, işğal olunmuş kəndləri bir-birinin ardınca azad edir.(Virtualaz.org)
Tarix: 22-10-2020, 12:55