Azərbaycanlı polkovnikə Türkiyədə vəzifə verildi
Kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru, polkovnik Rəşad Tahirov Türkiyənin Milli Müdafiə Universitetinə, MMU-nin prorektoru, professor doktor Tələt Canbolat isə bir il müddətinə Azərbaycan Milli Müdafiə Universitetinə təyinat alıblar.
Respublic.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, "Türkiyə Cümhuriyyətinin 100 illiyi" və "Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyi" münasibətilə 2023-cü il üçün iki xüsusi təlim nəzərdə tutulub.
Bildirilib ki, bu çərçivədə birincisi Türkiyədə 19 aprel-10 may tarixlərində keçirilib, ikincisi isə 16-25 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək.
Respublica.Az
Tarix: 19-10-2023, 15:43